Kunyomi (訓読み, くんよみ, hərf. "adi oxunuş") — mənasına uyğun olaraq yapon dilində oxunuşu, yəni Çin simvollarının yapon dilinə tərcüməsi.
Metod kimi
| ]Kunyomi metodu əsasən yerli yapon sözləri (yamato kotoba, 大和言葉 — hərf. "Yamato sözləri") əsasında yaradılmışdır. Bu sözlərə mənaca uyğun seçilmişdir. Başqa sözlə, kunyomi Çin simvollarının yapon dilinə tərcüməsi kimi qəbul olunur. Bəzi heroqliflərin birdən çox kunyomi oxunuşu ola bilər, bəzilərinin isə heç olmaya bilər.
Məsələn, 東 simvolu "şərq" mənasını verir və onun onyomi oxunuşu "to"dur, lakin yapon dilində heroqliflərdən əvvəl bu istiqaməti ifadə etmək üçün iki söz mövcud idi: higashi və azuma. Bu sözlər həmin heroqlifin kun’yomi oxunuşu kimi qəbul edilmişdir. Digər tərəfdən, 寸 simvolu Çin ölçü vahidini (təxminən 4 sm) göstərir və yapon dilində onun ekvivalenti olmadığı üçün yalnız onyomi oxunuşu ("sun") mövcuddur. Kunyomi yapon sözlərinin heca strukturuna əsaslanır. Əksər isim və sifətlərin kunyomi oxunuşu 2–3 hecadan ibarətdir, fel kunyomiləri isə daha qısadır — 1–2 heca. Bu hal fel formalarını ifadə edən, hiraqana ilə yazılan, lakin fel heroqliflərinin oxunuşunun bir hissəsi hesab olunan okuriqana hərəkatınının nəzərə alınmadığı təqdirdə keçərlidir.
Çox vaxt bir yapon sözünü yazmaq üçün müxtəlif heroqliflərdən istifadə olunmuşdur. Bu, mənanın fərqli çalarlarını əks etdirməyə xidmət etmişdir. Məsələn, "naosu" sözü 治す şəklində yazıldığı halda "sağaltmaq", "[sağlamlığı] düzəltmək" mənasını verir, 直す şəklində yazıldıqda isə "[səhvləri] düzəltmək", "təmir etmək" mənasını ifadə edir. Bəzən fərq açıq görünür, bəzən isə çox incə olur. Məzmun fərqlərini düzgün göstərmək üçün söz bəzən hiraqana ilə yazılır. Məsələn, "moto" (hərf. "əsas") sözünü ifadə etmək üçün beş fərqli heroqlifdən istifadə olunur: 元, 基, 本, 下, 素. Eyni kunyomi oxunuşuna malik heroqliflərin istifadəsindəki incə fərqləri hətta yaponlar üçün də anlamaq çətindir.
İstinadlar
| ]- Кунъёми // Энциклопедия Ниппоника : [яп.] = 日本大百科全書 : 全26冊巻. — 2版. — 東京 : 小学館, 1994—1997年.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Kunyomi 訓読み くんよみ herf adi oxunus menasina uygun olaraq yapon dilinde oxunusu yeni Cin simvollarinin yapon diline tercumesi Metod kimi span Kunyomi metodu esasen yerli yapon sozleri yamato kotoba 大和言葉 herf Yamato sozleri esasinda yaradilmisdir Bu sozlere menaca uygun secilmisdir Basqa sozle kunyomi Cin simvollarinin yapon diline tercumesi kimi qebul olunur Bezi heroqliflerin birden cox kunyomi oxunusu ola biler bezilerinin ise hec olmaya biler Meselen 東 simvolu serq menasini verir ve onun onyomi oxunusu to dur lakin yapon dilinde heroqliflerden evvel bu istiqameti ifade etmek ucun iki soz movcud idi higashi ve azuma Bu sozler hemin heroqlifin kun yomi oxunusu kimi qebul edilmisdir Diger terefden 寸 simvolu Cin olcu vahidini texminen 4 sm gosterir ve yapon dilinde onun ekvivalenti olmadigi ucun yalniz onyomi oxunusu sun movcuddur Kunyomi yapon sozlerinin heca strukturuna esaslanir Ekser isim ve sifetlerin kunyomi oxunusu 2 3 hecadan ibaretdir fel kunyomileri ise daha qisadir 1 2 heca Bu hal fel formalarini ifade eden hiraqana ile yazilan lakin fel heroqliflerinin oxunusunun bir hissesi hesab olunan okuriqana herekatininin nezere alinmadigi teqdirde kecerlidir Cox vaxt bir yapon sozunu yazmaq ucun muxtelif heroqliflerden istifade olunmusdur Bu menanin ferqli calarlarini eks etdirmeye xidmet etmisdir Meselen naosu sozu 治す seklinde yazildigi halda sagaltmaq saglamligi duzeltmek menasini verir 直す seklinde yazildiqda ise sehvleri duzeltmek temir etmek menasini ifade edir Bezen ferq aciq gorunur bezen ise cox ince olur Mezmun ferqlerini duzgun gostermek ucun soz bezen hiraqana ile yazilir Meselen moto herf esas sozunu ifade etmek ucun bes ferqli heroqlifden istifade olunur 元 基 本 下 素 Eyni kunyomi oxunusuna malik heroqliflerin istifadesindeki ince ferqleri hetta yaponlar ucun de anlamaq cetindir Istinadlar span Kunyomi Enciklopediya Nipponika yap 日本大百科全書 全26冊巻 2版 東京 小学館 1994 1997年 Kateqoriyalar KanciYapon yazi sistemi
