| Enid Porter | |
|---|---|
| Doğum tarixi | 8 oktyabr 1908 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 yanvar 1984(75 yaşında) |
| Vəfat yeri |
|
| Uşağı | yoxdur |
| Təhsili |
|
| Fəaliyyəti | folklorşünas, tarixçi, kurator[d], müəllimə |
Enid Meri Porter (8 oktyabr 1908, Sautend-on-Si, Esseks[d] – 16 yanvar 1984, Kembric[d], Kembricşir qraflığı[d]) — Kembricşirdə folklorşünas və Kembric və Qraflıq xalq muzeyinin (indiki Kembric muzeyi) ən uzun müddət xidmət etmiş kuratoru olmuşdur. O, 1947-ci ildən 1976-cı ilədək burada çalışmışdır. Onun işi Kembricşir sakinlərinin mədəni və sosial adətlərinin qeydə alınması idi və o bu işdə əvəzsiz rol oynamışdır. O, sosial tarix kolleksiyası sahəsində yenilikçi yanaşma sərgiləmiş, şifahi tarix metodunu tətbiq edərək işləyən insanlarla əlaqələr qurmuş və folklorçuların əvvəllər diqqətdən kənarda qoyduğu bölgələrdə araşdırmalar aparmışdır. Hazırda Kembric muzeyinin arxivində saxlanılan qeyd dəftərləri, Kembricşirə aid adətlər, hekayələr və mahnılar barədə böyük bir məlumat xəzinəsi təşkil edir.
Həyatı
| ]Enid Meri Porter 8 oktyabr 1908-ci ildə İngiltərənin Esseks qraflığının Vestklif-on-Si şəhərində anadan olmuşdur. Onun atası Hyu Porter və anası Etel Meri Porter idi. Atası Hyu əslən Bedforddan idi və Kembricdəki ali məktəbdə müəllim təhsili aldıqdan sonra Sautend liseyində orta məktəb müəllimi kimi çalışmışdır. Anası Etel Meri (qızlıq soyadı Skott) Kembricdə XVII əsrə qədər kökləri izlənilə bilən bir ailədən gəlirdi. Buna görə də Enid tez-tez Kembric şəhərindəki qohumlarını ziyarət edir və bu bölgəni yaxşı tanıyırdı. Sonrakı illərdə o, Kembricşir ailəsindən topladığı yerli folklor məlumatlarını qeydə alacaqdı. Porter ailəsi peşəkar orta təbəqəyə mənsub idi və Birinci Dünya müharibəsinə qədər bir xidmətçi saxlayırdı.
Enid London Universitet Kollecində müasir dillər üzrə təhsil aldıqdan sonra (həmin dövrdə, 1911-ci ildən etibarən burada Folklor Cəmiyyətinin kitabxanası yerləşirdi), atasının yolunu davam etdirərək Londondakı Katolik tədris kollecində müəllimlik ixtisası üzrə təhsil aldı. O, İkinci Dünya müharibəsindən sonrakı dövrə qədər müxtəlif məktəblərdə müəllim kimi çalışdı. Lakin onun əsas maraqları tədrisdən kənarda idi. 1947-ci ildə Kembric və Şəhər Xalq muzeyində iş vakansiyası elan olunduğunu gördükdə müraciət etdi və həmin ilin sentyabr ayında muzeyin köməkçi kuratoru vəzifəsinə təyin olundu.
Fəaliyyəti
| ]Kembric muzeyində kuratorluq
| ]Muzeyin təşkili ideyası 1934-cü ildə Kembric Gildxolunda keçirilmiş və o vaxt Kembricşir Qadınlar İnstitutunun sədri olan Ketrin Parsons tərəfindən təşkil olunmuş "Qədim zamanlar festivalı"ndan qaynaqlanır. Kembric muzeyi 1936-cı ildə yerli Rotari klubunun və Kembric Universitetinin üzvləri tərəfindən, tərk edilmiş Vayt Hors İnnin yerində yaradılmışdır; muzey bu gün də eyni məkanda fəaliyyət göstərir. Muzeyin ilkin məqsədi "ümumi ictimaiyyətin faydalanması və təhsil məqsədilə yerli maraq doğuran və ümumi istifadə üçün olan obyektləri toplamaq və qorumaq" idi. Muzeyin rəsmi açılışı zamanı Sir Kiril Foks "Mən düşünməyə meyilliyəm ki, Kembric Universitetində, tutaq ki, Papuanın sosial antropologiyası haqqında Pampisford haqqında olduğundan daha dəqiq bilik var" deyə qeyd etmişdir. Kembric muzeyi, universitetdən ayrı olaraq, Kembricşirin tarixi haqqında kolleksiya toplamaq, qorumaq və ictimaiyyəti maarifləndirmək məqsədilə bu gün də fəaliyyətini davam etdirir.
Enid Porter 1947-ci ildə fəxri kurator Tomas Uayett Beqşenin köməkçi kuratoru təyin edilmiş və 1950-ci ildə tam kurator olmuşdur. O, muzeyə bitişik xüsusi otaqda yaşayırdı. Muzey maliyyə cəhətdən çətin vəziyyətdə idi və üzvlük haqları, ianələr, giriş haqları (uşaqlar üçün 3 pens, böyüklər üçün 6 pens) hesabına mövcudluğunu qoruyurdu. Enid həm bilet satıcısı, həm təmizlikçi, həm də kurator kimi çalışırdı; 1965-ci ildə onun həftəlik maaşı cəmi 8 funt idi və on beş il ərzində heç bir artım olmamışdı. 1960-cı illərdə Porter muzeyi bir cəmiyyət mərkəzinə çevirdi və bu dövrdə ziyarətçi sayı sabit şəkildə artdı. Onun sağlamlığı 1960-cı illərdə pisləşməyə başladı və o, 1974-cü ildə bir neçə dəfə infarkt keçirdikdən sonra təqaüdə çıxdı.
Folklor kolleksiyası
| ]
Kembric və Şəhər Folklor muzeyinin kolleksiyası Enid Porterin kuratorluğu dövründə xeyli genişləndi; o, ianələri qəbul edir və tez-tez muzey üçün əşyalar almaq məqsədilə hərraclara gedirdi. Hazırda muzeyin kolleksiyası Porterin şəxsi qeydləri istisna olmaqla, 20.000-dən çox obyekti əhatə edir.
Porterin şəxsi dəftərlərində tarixi sənədlərin surətləri, qəzet məqalələri və ticarət kataloqları vardı ki, bunlardan o, fərdlərin, bizneslərin və binaların hərəkətini izləmək üçün istifadə edirdi. Onun dəftərlərində həm də peşə fəaliyyəti dövründə tanış olduğu insanlarla bağlı qeydlər, xalq adət-ənənələri, xurafatlar və mahnı mətnləri yer alırdı. Onun bəzi qeydləri və transkripsiyaları Kembric muzeyi tərəfindən həyata keçirilən Enid Porter layihəsi çərçivəsində rəqəmsallaşdırılıb və layihənin veb saytında baxıla bilər: [1]
Porterin Eli adası, Kembricşirin şimalındakı kənd bölgələrindən biri olan Fensdə apardığı tədqiqatlar onu Uolter Henri (Cek) Barrett (1891–1974) ilə tanış etmək imkanı qazandırdı və onlar birlikdə Fensdən nağıllar" (1963), Fensdən daha çox nağıllar"(1964) və "Fenmanın hekayəsi" (1965) adlı kitabları nəşr etdilər.
Porter Artur Redvers Randell ilə birlikdə Fenmanın altmış ili" və "Fenlənddə dəmir yolu işçisi" adlı kitablarını yazmışdır. O, 1968-ci ildə Folklor Cəmiyyəti tərəfindən Kute Leyk medalı ilə təltif olunmuşdur.
Porter şifahi tarix toplanmasının metodologiyası standartlaşdırılmadan illər əvvəl, bölgədə yaşayan insanlarla görüşərək onların hekayələrini, anekdotlarını və şəxsi təəssüratlarını toplayırdı. O, müasir yazı texnologiyalarının müsahiblərə mənfi təsir göstərdiyini və toplanan materialı təhrif etdiyini düşünərək, qeydlərini əsasən əlyazma şəklində aparırdı. Akademik tarixçilər tərəfindən bəzi üsulları qeyri-elmi hesab edilsə də, onun fəaliyyəti Kembric Universiteti tərəfindən 1972-ci ildə ona fəxri magistr dərəcəsi verilməsinə səbəb oldu. Daha sonra 1980-ci ildə Açıq Universitet də ona eyni dərəcəni təqdim etdi.
2015-ci ildə Kembric muzeyində onun adını daşıyan mavi lövhə quraşdırıldı. [2]
Əsərləri
| ]- Tales from the Fens (London: Routledge, & Kegan Paul, 1963) — W. H. Barrett, edited by Enid Porter
- More Tales from the Fens (London: Routledge, & Kegan Paul, 1964) — W. H. Barrett, edited by Enid Porter
- A Fenman's Story (London: Routledge, & Kegan Paul, 1965) — W. H. Barrett, edited by Enid Porter
- Sixty Years a Fenman (London Routledge & Kegan Paul, 1966) — Arthur Randell, edited by Enid Porter
- Fenland Railwayman (London Routledge & Kegan Paul, 1968) — Arthur Randell, edited by Enid Porter
- Fenland Memories (London Routledge & Kegan Paul, 1969) — Arthur Randell, edited by Enid Porter
- Victorian Cambridge (Dobson, 1969)
- Cambridgeshire Customs & Folklore (London: Routledge & Kegan Paul, 1969)
- Fenland Molecatcher (London Routledge & Kegan Paul, 1970) — Arthur Randell, edited by Enid Porter
- The Hearth and the Kitchen (Cambridge & County Folk Museum, 1971)
- The Folklore of East Anglia (London: B. T. Batesford, 1974)
- Victorian Cambridge: Josiah Chater's Diaries, 1844–83 (Phillimore & Co., 1975)
İstinadlar
| ]- Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- Carmen Blacker, in Women and Tradition, ed. Hilda Davidson and Carmen Blacker (Carolina Academic Press, 2001)
- WH Barrett (1965). A Fenman's Story. Routledge & Kegan Paul.
- WH Barrett. A Fenman's Story. Routledge & Kegan Paul. 1965.
- Enid Porter. Cambridgeshire Customs & Folklore. Routledge & Kegan Paul. 1969.
- Jacqueline Simpson and Steve Roud, A Dictionary of English Folklore (Oxford University Press, 2003)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediya azad ensiklopediya Enid PorterDogum tarixi 8 oktyabr 1908 1908 10 08 Dogum yeri Sautend on Si Sautend on Si d Esseks d Ingiltere Boyuk Britaniya ve Irlandiya Birlesmis KralligiVefat tarixi 16 yanvar 1984 1984 01 16 75 yasinda Vefat yeri Kembric d Kembricsir d Kembricsir qrafligi d Ingiltere Birlesmis KralliqUsagi yoxdurTehsili London Universitet Kolleci 1927 1930 Fealiyyeti folklorsunas tarixci kurator d muellime Enid Meri Porter 8 oktyabr 1908 Sautend on Si Esseks d 16 yanvar 1984 Kembric d Kembricsir qrafligi d Kembricsirde folklorsunas ve Kembric ve Qrafliq xalq muzeyinin indiki Kembric muzeyi en uzun muddet xidmet etmis kuratoru olmusdur O 1947 ci ilden 1976 ci iledek burada calismisdir Onun isi Kembricsir sakinlerinin medeni ve sosial adetlerinin qeyde alinmasi idi ve o bu isde evezsiz rol oynamisdir O sosial tarix kolleksiyasi sahesinde yenilikci yanasma sergilemis sifahi tarix metodunu tetbiq ederek isleyen insanlarla elaqeler qurmus ve folklorcularin evveller diqqetden kenarda qoydugu bolgelerde arasdirmalar aparmisdir Hazirda Kembric muzeyinin arxivinde saxlanilan qeyd defterleri Kembricsire aid adetler hekayeler ve mahnilar barede boyuk bir melumat xezinesi teskil edir Heyati span Enid Meri Porter 8 oktyabr 1908 ci ilde Ingilterenin Esseks qrafliginin Vestklif on Si seherinde anadan olmusdur Onun atasi Hyu Porter ve anasi Etel Meri Porter idi Atasi Hyu eslen Bedforddan idi ve Kembricdeki ali mektebde muellim tehsili aldiqdan sonra Sautend liseyinde orta mekteb muellimi kimi calismisdir Anasi Etel Meri qizliq soyadi Skott Kembricde XVII esre qeder kokleri izlenile bilen bir aileden gelirdi Buna gore de Enid tez tez Kembric seherindeki qohumlarini ziyaret edir ve bu bolgeni yaxsi taniyirdi Sonraki illerde o Kembricsir ailesinden topladigi yerli folklor melumatlarini qeyde alacaqdi Porter ailesi pesekar orta tebeqeye mensub idi ve Birinci Dunya muharibesine qeder bir xidmetci saxlayirdi Enid London Universitet Kollecinde muasir diller uzre tehsil aldiqdan sonra hemin dovrde 1911 ci ilden etibaren burada Folklor Cemiyyetinin kitabxanasi yerlesirdi atasinin yolunu davam etdirerek Londondaki Katolik tedris kollecinde muellimlik ixtisasi uzre tehsil aldi O Ikinci Dunya muharibesinden sonraki dovre qeder muxtelif mekteblerde muellim kimi calisdi Lakin onun esas maraqlari tedrisden kenarda idi 1947 ci ilde Kembric ve Seher Xalq muzeyinde is vakansiyasi elan olundugunu gordukde muraciet etdi ve hemin ilin sentyabr ayinda muzeyin komekci kuratoru vezifesine teyin olundu Fealiyyeti span Kembric muzeyinde kuratorluq span Muzeyin teskili ideyasi 1934 cu ilde Kembric Gildxolunda kecirilmis ve o vaxt Kembricsir Qadinlar Institutunun sedri olan Ketrin Parsons terefinden teskil olunmus Qedim zamanlar festivali ndan qaynaqlanir Kembric muzeyi 1936 ci ilde yerli Rotari klubunun ve Kembric Universitetinin uzvleri terefinden terk edilmis Vayt Hors Innin yerinde yaradilmisdir muzey bu gun de eyni mekanda fealiyyet gosterir Muzeyin ilkin meqsedi umumi ictimaiyyetin faydalanmasi ve tehsil meqsedile yerli maraq doguran ve umumi istifade ucun olan obyektleri toplamaq ve qorumaq idi Muzeyin resmi acilisi zamani Sir Kiril Foks Men dusunmeye meyilliyem ki Kembric Universitetinde tutaq ki Papuanin sosial antropologiyasi haqqinda Pampisford haqqinda oldugundan daha deqiq bilik var deye qeyd etmisdir Kembric muzeyi universitetden ayri olaraq Kembricsirin tarixi haqqinda kolleksiya toplamaq qorumaq ve ictimaiyyeti maariflendirmek meqsedile bu gun de fealiyyetini davam etdirir Enid Porter 1947 ci ilde fexri kurator Tomas Uayett Beqsenin komekci kuratoru teyin edilmis ve 1950 ci ilde tam kurator olmusdur O muzeye bitisik xususi otaqda yasayirdi Muzey maliyye cehetden cetin veziyyetde idi ve uzvluk haqlari ianeler giris haqlari usaqlar ucun 3 pens boyukler ucun 6 pens hesabina movcudlugunu qoruyurdu Enid hem bilet saticisi hem temizlikci hem de kurator kimi calisirdi 1965 ci ilde onun heftelik maasi cemi 8 funt idi ve on bes il erzinde hec bir artim olmamisdi 1960 ci illerde Porter muzeyi bir cemiyyet merkezine cevirdi ve bu dovrde ziyaretci sayi sabit sekilde artdi Onun saglamligi 1960 ci illerde pislesmeye basladi ve o 1974 cu ilde bir nece defe infarkt kecirdikden sonra teqaude cixdi Folklor kolleksiyasi span Eli seherinde 18 ci esrin sonlarinda el isi olan taxta qozqiran Enid Porter terefinden 7 8 aprel 1964 cu ilde Eli seherinde kecirilen herracda Drill Holda alinib Kembric ve Seher Folklor muzeyinin kolleksiyasi Enid Porterin kuratorlugu dovrunde xeyli genislendi o ianeleri qebul edir ve tez tez muzey ucun esyalar almaq meqsedile herraclara gedirdi Hazirda muzeyin kolleksiyasi Porterin sexsi qeydleri istisna olmaqla 20 000 den cox obyekti ehate edir Porterin sexsi defterlerinde tarixi senedlerin suretleri qezet meqaleleri ve ticaret kataloqlari vardi ki bunlardan o ferdlerin bizneslerin ve binalarin hereketini izlemek ucun istifade edirdi Onun defterlerinde hem de pese fealiyyeti dovrunde tanis oldugu insanlarla bagli qeydler xalq adet eneneleri xurafatlar ve mahni metnleri yer alirdi Onun bezi qeydleri ve transkripsiyalari Kembric muzeyi terefinden heyata kecirilen Enid Porter layihesi cercivesinde reqemsallasdirilib ve layihenin veb saytinda baxila biler 1 Porterin Eli adasi Kembricsirin simalindaki kend bolgelerinden biri olan Fensde apardigi tedqiqatlar onu Uolter Henri Cek Barrett 1891 1974 ile tanis etmek imkani qazandirdi ve onlar birlikde Fensden nagillar 1963 Fensden daha cox nagillar 1964 ve Fenmanin hekayesi 1965 adli kitablari nesr etdiler Porter Artur Redvers Randell ile birlikde Fenmanin altmis ili ve Fenlendde demir yolu iscisi adli kitablarini yazmisdir O 1968 ci ilde Folklor Cemiyyeti terefinden Kute Leyk medali ile teltif olunmusdur Porter sifahi tarix toplanmasinin metodologiyasi standartlasdirilmadan iller evvel bolgede yasayan insanlarla goruserek onlarin hekayelerini anekdotlarini ve sexsi teessuratlarini toplayirdi O muasir yazi texnologiyalarinin musahiblere menfi tesir gosterdiyini ve toplanan materiali tehrif etdiyini dusunerek qeydlerini esasen elyazma seklinde aparirdi Akademik tarixciler terefinden bezi usullari qeyri elmi hesab edilse de onun fealiyyeti Kembric Universiteti terefinden 1972 ci ilde ona fexri magistr derecesi verilmesine sebeb oldu Daha sonra 1980 ci ilde Aciq Universitet de ona eyni dereceni teqdim etdi 2015 ci ilde Kembric muzeyinde onun adini dasiyan mavi lovhe qurasdirildi 2 Eserleri span Tales from the Fens London Routledge amp Kegan Paul 1963 W H Barrett edited by Enid Porter More Tales from the Fens London Routledge amp Kegan Paul 1964 W H Barrett edited by Enid Porter A Fenman s Story London Routledge amp Kegan Paul 1965 W H Barrett edited by Enid Porter Sixty Years a Fenman London Routledge amp Kegan Paul 1966 Arthur Randell edited by Enid Porter Fenland Railwayman London Routledge amp Kegan Paul 1968 Arthur Randell edited by Enid Porter Fenland Memories London Routledge amp Kegan Paul 1969 Arthur Randell edited by Enid Porter Victorian Cambridge Dobson 1969 Cambridgeshire Customs amp Folklore London Routledge amp Kegan Paul 1969 Fenland Molecatcher London Routledge amp Kegan Paul 1970 Arthur Randell edited by Enid Porter The Hearth and the Kitchen Cambridge amp County Folk Museum 1971 The Folklore of East Anglia London B T Batesford 1974 Victorian Cambridge Josiah Chater s Diaries 1844 83 Phillimore amp Co 1975 Istinadlar span Oxford Dictionary of National Biography ing C Matthew Oxford OUP 2004 Carmen Blacker in Women and Tradition ed Hilda Davidson and Carmen Blacker Carolina Academic Press 2001 WH Barrett 1965 A Fenman s Story Routledge amp Kegan Paul WH Barrett A Fenman s Story Routledge amp Kegan Paul 1965 Enid Porter Cambridgeshire Customs amp Folklore Routledge amp Kegan Paul 1969 Jacqueline Simpson and Steve Roud A Dictionary of English Folklore Oxford University Press 2003 Kateqoriyalar 8 oktyabrda dogulanlar1908 ci ilde dogulanlarIngilterede dogulanlar16 yanvarda vefat edenler1984 cu ilde vefat edenler75 yasinda vefat edenlerKembricsirde vefat edenlerLondon Universitet Kollecinin mezunlariGizli kateqoriyalar Vikipediya Vikidatada menbeleri olan meqalelerElifba sirasina gore sexsler