2025-ci ildə Azərbaycanda çevrilişinə cəhd — Azərbaycan hökumətini devirmək məqsədilə təşkil edilmiş, ölkənin siyasi elitasının yüksək vəzifəli nümayəndələrinin də adlarının hallandığı dövlət çevrilişi planı. Planın əsas təşəbbüskarı kimi uzun illər dövlət idarəçiliyində mühüm rol oynamış, 1994–2019-cu illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ramiz Mehdiyev göstərilirdi. O, 2025-ci ilin oktyabrında həbs edilmişdir.
| 2025 Azərbaycanda hərbi çevrilişə cəhd | |||
|---|---|---|---|
| Tarix | 2025-ci ilin yanvarı | ||
| Yeri | Azərbaycan | ||
| Nəticəsi | Uğursuzluq | ||
| Münaqişə tərəfləri | |||
| |||
| Komandan(lar) | |||
| | |||
| | |||
Zəmin
Ramiz Mehdiyev onilliklər boyunca həm Heydər Əliyevin, həm də İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi elitasının aparıcı nümayəndələrindən biri olmuşdur. O, Moskva yönümlü siyasi baxışları və Rusiya hakim dairələri ilə yaxın əlaqələri ilə tanınırdı. Mehdiyev Azərbaycan hökumətində və elmi təsisatlarda bir sıra nüfuzlu vəzifələr tutaraq dövlət idarəçiliyində mühüm rol oynamışdır.
Azərbaycan–Rusiya münasibətləri 2024-cü ilin sonlarında kəskin şəkildə pisləşdi, Rusiyaya məxsus zenit-raket kompleksi tərəfindən Azərbaycan mülki təyyarəsinin vurulması nəticəsində 38 nəfərin həlak olması iki ölkə arasında ciddi diplomatik böhrana səbəb olmuşdur. Prezident İlham Əliyev hadisəyə görə məsuliyyəti üzərinə götürmədiyinə görə Moskvanı açıq şəkildə tənqid etdi, bu isə münasibətlərin dərin soyumasına gətirib çıxardı.
2025-ci ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar baş tutdu. Görüşdə Putin təyyarənin vurulmasının Rusiya tərəfindən törədildiyini etiraf edərək qurbanların ailələrinə təminat və kompensasiya vəd etdi. Əliyev bu addımı müsbət qarşılayaraq münasibətlərdə müəyyən yumşalma ehtimalından bəhs etsə də, sonrakı siyasi hadisələr bu yaxınlaşmanın davamlılığına ciddi şübhələr yaratdı.
Hadisələr
Azərbaycan KİV-lərinin 16 oktyabr 2025-ci il tarixli məlumatına əsasən, Mehdiyevin həmin ilin əvvəllərində, ən gərgin dövründə, rusiyalı təmasları vasitəsilə hökuməti əvəzləyəcək müvəqqəti dövlət şurası yaratmaq təşəbbüsü ilə çıxış etdiyi iddia olunurdu. Məlumatda qeyd edilirdi ki, Mehdiyev bu şuraya özü rəhbərlik etməyi planlaşdırırdı və Rusiya rəsmiləri ilkin mərhələdə bu ideyaya maraq göstərsələr də, sonradan onun uğur qazanmayacağını düşünərək məsafə saxlamışdılar.
Azərbaycan mətbuatı həmçinin iddia etmişdi ki, Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Düşənbədə keçirilən görüş zamanı bu plan barədə Azərbaycan prezidenti [[İlham Əliyevə məlumat vermişdir. Mehdiyev "dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər"də və qanunsuz yolla əmlak əldə etməkdə ittiham olunurdu.
Səbəblər
Uzun illər Azərbaycan siyasi sisteminin ən güclü fiqurlarından biri kimi tanınan Ramiz Mehdiyev əvvəl Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin prezidentliyi dövründə Prezident Administrasiyasına rəhbərlik etmişdir. Dövlət idarəçiliyinə dərin təsiri səbəbindən o, ölkənin "boz kardinal"ı kimi tanınır, hakimiyyət mexanizminin əsas istiqamətlərini kölgə arxasından idarə edən şəxs kimi xarakterizə edilirdi. Buna baxmayaraq, onun 2019-cu ilin oktyabrında vəzifədən uzaqlaşdırılması ilə nəticələnən struktur dəyişikliyi onun siyasi enişinin başlanğıcı və hakim elita daxilində təcridinin simvoluna çevrilmişdir.
Müşahidəçilərin fikrinə görə, Mehdiyevin sonrakı dövrlərdə artan tənqidi ritorikası dərin siyasi narazılığın əlaməti idi. Onun 2019-cu ildən sonra vəzifədən uzaqlaşdırılması, Heydər Əliyev dövründən bəri mövcud olmuş ənənəvi siyasi balansın pozulması və sovet dövrü kadrlarının yeni nəslin xeyrinə sıxışdırılması kimi qiymətləndirilmişdir.
Toy qalmaqalı
Mehdiyev ilə hökumət arasında gərginlik 2020-ci ilin avqustunda pik həddə çatdı. Həmin vaxt onun nəvəsinin kənd iqamətgahında karantin qaydalarını pozaraq keçirilmiş dəbdəbəli toyu barədə görüntülər yayıldı. Gəlinin atası, prezident İlham Əliyevin həmadaşı və Mehdiyevin kürəkəni İlham Əliyev saxlanılmış, 15 sutka inzibati həbs cəzasına məhkum edilmişdir. Dövlətə yaxın media orqanlarının geniş yaydığı kadrlar karantin məhdudiyyətlərinə məruz qalmış ictimaiyyət arasında ciddi qəzəb doğurmuşdu. Hakimiyyət bu narazılığı Mehdiyevi nüfuzdan salmaq üçün istifadə etmiş, onu "hakimiyyətdən uzaq, korrupsioner köhnə elita"nın simvolu kimi təqdim etmişdir.
24 avqust 2020-ci il tarixində Milli Elmlər Akademiyasının saytında dərc olunan bəyanatında Mehdiyev hakimiyyəti "ikili standartlar"da günahlandırmışdır. O, digər vəzifəlilərin də karantin dövründə özəl məclislər keçirdiyini, lakin onlara qarşı bu cür ictimai qınaq və təzyiqin göstərilmədiyini bildirmiş, baş verənləri "planlı ləkələmə kampaniyası" adlandırmışdır. Ertəsi gün Mehdiyev daha sərt bəyanatla çıxış etmiş, onu "Rusiyanın beşinci kolonu* adlandıran deputatlara, jurnalistlərə və siyasi analitiklərə qarşı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlamışdır.
İstinadlar
- "Azerbaijani power struggle intensifies". eurasianet.org. eurasianet.org. İstifadə tarixi: 19 oktyabr 2025.
- Kitachaev, Bashir. "Why Is Azerbaijan Ramping Up Tensions With Russia?". carnegieendowment.org. Carnegie Politika. İstifadə tarixi: 19 oktyabr 2025.
- "While Russia barks, Azerbaijan shows no fear of Moscow's bite". eurasianet.org. eurasianet.org. İstifadə tarixi: 19 oktyabr 2025.
- "Putin admits Russia shot down Azerbaijani passenger jet, killing 38". news.sky.com. . İstifadə tarixi: 19 oktyabr 2025.
- Quillien, Stephen. "Putin admits Russian role in 2024 Azerbaijani jet crash, offers redress". www.aljazeera.com. Al Jazeera. İstifadə tarixi: 19 oktyabr 2025.
- https://eurasianet.org/azerbaijani-power-struggle-intensifies
- "Azerbaijan's Former Presidential Chief of Staff Placed Under House Arrest". www.occrp.org. OCCRP. İstifadə tarixi: 20 oktyabr 2025.
- Kucera, Joshua. ""Queen of the Caucasus" makes state visit to Moscow". eurasianet.org. eurasianet.org. İstifadə tarixi: 20 oktyabr 2025.
- "String of scandalous lawsuits in Azerbaijan over prohibited wedding". jam-news.net. Jamnews. İstifadə tarixi: 20 oktyabr 2025.
- "AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin açıqlaması". science.gov.az (Azerbaijani). AMEA. İstifadə tarixi: 20 oktyabr 2025.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
2025 ci ilde Azerbaycanda cevrilisine cehd Azerbaycan hokumetini devirmek meqsedile teskil edilmis olkenin siyasi elitasinin yuksek vezifeli numayendelerinin de adlarinin hallandigi dovlet cevrilisi plani Planin esas tesebbuskari kimi uzun iller dovlet idareciliyinde muhum rol oynamis 1994 2019 cu illerde Azerbaycan Prezidentinin Administrasiyasinin rehberi daha sonra ise Azerbaycan Milli Elmler Akademiyasinin prezidenti olmus Ramiz Mehdiyev gosterilirdi O 2025 ci ilin oktyabrinda hebs edilmisdir 2025 Azerbaycanda herbi cevrilise cehdTarix 2025 ci ilin yanvariYeri AzerbaycanNeticesi UgursuzluqMunaqise terefleriAzerbaycan Dovlet Surasi Destekleyenler Rusiya Azerbaycan Respublikasinin Prezidenti Dovlet Tehlukesizliyi Xidmeti Azerbaycan Komandan lar Ramiz Mehdiyev Ilham Eliyev Eli NagiyevZeminRamiz Mehdiyev onillikler boyunca hem Heyder Eliyevin hem de Ilham Eliyevin hakimiyyeti dovrunde Azerbaycanin siyasi elitasinin aparici numayendelerinden biri olmusdur O Moskva yonumlu siyasi baxislari ve Rusiya hakim daireleri ile yaxin elaqeleri ile taninirdi Mehdiyev Azerbaycan hokumetinde ve elmi tesisatlarda bir sira nufuzlu vezifeler tutaraq dovlet idareciliyinde muhum rol oynamisdir Azerbaycan Rusiya munasibetleri 2024 cu ilin sonlarinda keskin sekilde pislesdi Rusiyaya mexsus zenit raket kompleksi terefinden Azerbaycan mulki teyyaresinin vurulmasi neticesinde 38 neferin helak olmasi iki olke arasinda ciddi diplomatik bohrana sebeb olmusdur Prezident Ilham Eliyev hadiseye gore mesuliyyeti uzerine goturmediyine gore Moskvani aciq sekilde tenqid etdi bu ise munasibetlerin derin soyumasina getirib cixardi 2025 ci ilin oktyabrinda Tacikistanin paytaxti Dusenbede kecirilen gorus zamani Ilham Eliyev ve Rusiya prezidenti Vladimir Putin arasinda danisiqlar bas tutdu Gorusde Putin teyyarenin vurulmasinin Rusiya terefinden toredildiyini etiraf ederek qurbanlarin ailelerine teminat ve kompensasiya ved etdi Eliyev bu addimi musbet qarsilayaraq munasibetlerde mueyyen yumsalma ehtimalindan behs etse de sonraki siyasi hadiseler bu yaxinlasmanin davamliligina ciddi subheler yaratdi HadiselerAzerbaycan KIV lerinin 16 oktyabr 2025 ci il tarixli melumatina esasen Mehdiyevin hemin ilin evvellerinde en gergin dovrunde rusiyali temaslari vasitesile hokumeti evezleyecek muveqqeti dovlet surasi yaratmaq tesebbusu ile cixis etdiyi iddia olunurdu Melumatda qeyd edilirdi ki Mehdiyev bu suraya ozu rehberlik etmeyi planlasdirirdi ve Rusiya resmileri ilkin merhelede bu ideyaya maraq gosterseler de sonradan onun ugur qazanmayacagini dusunerek mesafe saxlamisdilar Azerbaycan metbuati hemcinin iddia etmisdi ki Rusiya prezidenti Vladimir Putin oktyabr ayinda Dusenbede kecirilen gorus zamani bu plan barede Azerbaycan prezidenti Ilham Eliyeve melumat vermisdir Mehdiyev dovlet hakimiyyetinin ele kecirilmesine yonelmis hereketler de ve qanunsuz yolla emlak elde etmekde ittiham olunurdu SebeblerUzun iller Azerbaycan siyasi sisteminin en guclu fiqurlarindan biri kimi taninan Ramiz Mehdiyev evvel Heyder Eliyevin daha sonra ise Ilham Eliyevin prezidentliyi dovrunde Prezident Administrasiyasina rehberlik etmisdir Dovlet idareciliyine derin tesiri sebebinden o olkenin boz kardinal i kimi taninir hakimiyyet mexanizminin esas istiqametlerini kolge arxasindan idare eden sexs kimi xarakterize edilirdi Buna baxmayaraq onun 2019 cu ilin oktyabrinda vezifeden uzaqlasdirilmasi ile neticelenen struktur deyisikliyi onun siyasi enisinin baslangici ve hakim elita daxilinde tecridinin simvoluna cevrilmisdir Musahidecilerin fikrine gore Mehdiyevin sonraki dovrlerde artan tenqidi ritorikasi derin siyasi naraziligin elameti idi Onun 2019 cu ilden sonra vezifeden uzaqlasdirilmasi Heyder Eliyev dovrunden beri movcud olmus enenevi siyasi balansin pozulmasi ve sovet dovru kadrlarinin yeni neslin xeyrine sixisdirilmasi kimi qiymetlendirilmisdir Toy qalmaqali Mehdiyev ile hokumet arasinda gerginlik 2020 ci ilin avqustunda pik hedde catdi Hemin vaxt onun nevesinin kend iqametgahinda karantin qaydalarini pozaraq kecirilmis debdebeli toyu barede goruntuler yayildi Gelinin atasi prezident Ilham Eliyevin hemadasi ve Mehdiyevin kurekeni Ilham Eliyev saxlanilmis 15 sutka inzibati hebs cezasina mehkum edilmisdir Dovlete yaxin media orqanlarinin genis yaydigi kadrlar karantin mehdudiyyetlerine meruz qalmis ictimaiyyet arasinda ciddi qezeb dogurmusdu Hakimiyyet bu naraziligi Mehdiyevi nufuzdan salmaq ucun istifade etmis onu hakimiyyetden uzaq korrupsioner kohne elita nin simvolu kimi teqdim etmisdir 24 avqust 2020 ci il tarixinde Milli Elmler Akademiyasinin saytinda derc olunan beyanatinda Mehdiyev hakimiyyeti ikili standartlar da gunahlandirmisdir O diger vezifelilerin de karantin dovrunde ozel meclisler kecirdiyini lakin onlara qarsi bu cur ictimai qinaq ve tezyiqin gosterilmediyini bildirmis bas verenleri planli lekeleme kampaniyasi adlandirmisdir Ertesi gun Mehdiyev daha sert beyanatla cixis etmis onu Rusiyanin besinci kolonu adlandiran deputatlara jurnalistlere ve siyasi analitiklere qarsi mehkeme iddiasi qaldirmaq niyyetinde oldugunu aciqlamisdir Istinadlar Azerbaijani power struggle intensifies eurasianet org eurasianet org Istifade tarixi 19 oktyabr 2025 Kitachaev Bashir Why Is Azerbaijan Ramping Up Tensions With Russia carnegieendowment org Carnegie Politika Istifade tarixi 19 oktyabr 2025 While Russia barks Azerbaijan shows no fear of Moscow s bite eurasianet org eurasianet org Istifade tarixi 19 oktyabr 2025 Putin admits Russia shot down Azerbaijani passenger jet killing 38 news sky com Istifade tarixi 19 oktyabr 2025 Quillien Stephen Putin admits Russian role in 2024 Azerbaijani jet crash offers redress www aljazeera com Al Jazeera Istifade tarixi 19 oktyabr 2025 https eurasianet org azerbaijani power struggle intensifies Azerbaijan s Former Presidential Chief of Staff Placed Under House Arrest www occrp org OCCRP Istifade tarixi 20 oktyabr 2025 Kucera Joshua Queen of the Caucasus makes state visit to Moscow eurasianet org eurasianet org Istifade tarixi 20 oktyabr 2025 String of scandalous lawsuits in Azerbaijan over prohibited wedding jam news net Jamnews Istifade tarixi 20 oktyabr 2025 AMEA nin prezidenti akademik Ramiz Mehdiyevin aciqlamasi science gov az Azerbaijani AMEA Istifade tarixi 20 oktyabr 2025
