Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Belmont hesabatı ing Belmont Report insanları tədqiqat subyektləri olaraq qorumaq üçün etik prinsipləri və təlimatları t

Belmont hesabatı

Belmont hesabatı
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Belmont hesabatı (ing. Belmont Report) — insanları tədqiqat subyektləri olaraq qorumaq üçün etik prinsipləri və təlimatları təqdim edən bir sənəddir. Bu hesabat Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən hazırlanmışdır.

Hesabat 30 sentyabr 1978-ci ildə irəli sürülmüş və 18 aprel 1979-cu ildə Federal Reyestrdə dərc edilmişdir. Hesabat tərtib edildiyi "Belmont" konfrans mərkəzinin adını daşıyır. Əvvəllər Smitsonian İnstitutunun bir hissəsi olan "Belmont" konfrans mərkəzi Merilend ştatının Elkridj şəhərində, Baltimordan 10 mil cənubda yerləşir. 2010-cu ilin sonuna qədər bu mərkəz Kolumbiya İctimai Kollecinin idarəsində yerləşirdi.

Belmont hesabatında üç əsas prinsip müəyyən edilir:

  • şəxsiyyətə hörmət;
  • iştirakçıların rifahı;
  • ədalət.

Bu hesabatın tövsiyyələrinə isə aşağıdakıları misal göstərmək olar:

  • İnformasiyalı razılıq prosesinin təkmilləşdirilməsi;
  • Risklərin və faydaların Müvafiq Balanslaşdırılması;
  • Ədalətli seçim proseslərinin tətbiqi.

Tarixi

Belmont hesabatı ABŞ Biotibbi və Davranış Tədqiqatlarının İnsan Subyektlərinin Mühafizəsi üzrə Milli Komissiyası tərəfindən (1974–1978-ci illər) yazılmışdır. Belə bir hesabat Taskiqidə sifilisin tədqiqatı (1932–1972-ci illər) aparılarkən yaranan problemləri həll etmək üçün lazım gəlmişdir. Səhiyyə, Təhsil və Sosial Müdafiə Nazirliyi 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində insanların qorunması üçün federal qaydalar məcəlləsində "İctimai rifah" və "İnsanların qorunması" qaydalarını nəzərdən keçirmiş və genişləndirmişdir.[1] Komissiyanın "Tədqiqat subyektləri olan insanların qorunmasına dair etik prinsiplər və tövsiyələr" adlı hesabatı 1978-ci ildə irəli sürülmüş, 1979-cu ildə isə Federal Reyestrdə dərc edilmişdir. Belmont hesabatı müxtəlif sınaqlarda və elmi tədqiqatlarda iştirakçıları qoruyan, sağlamlıq sahəsində aparılan tədqiqatlara həsr olunmuş əsas işlərdən biridir.

İnsan subyektlərindən tədqiqat obyekti kimi istifadə etmək üçün üç əsas etik prinsipə riayət olunmalıdır.

  1. Şəxsiyyətə hörmət: insanların şəxsiyyətini qorumaq, onlara nəzakət, hörmət və razılıqla yanaşmaq lazımdır. Tədqiqatçılar dürüst olmalıdırlar.
  2. İştirakçıların rifahı: tədqiqat layihəsinin faydasını maksimuma çatdırıb tədqiqat subyektləri üçün riskləri minimuma endirərkən "zərər verməyin" fəlsəfəsini əsas tutmaq lazımdır.
  3. Ədalət: istismar olunmayan, yaxşı tərtib edilmiş prosedurların ədalətli şəkildə idarə olunmasını təmin etmək, xərclərin və faydaların potensial tədqiqat iştirakçıları arasında bərabər paylanması.

Bu prinsiplər ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin insan hüquqlarının müdafiəsi qaydalarının əsasını təşkil edir. Tədqiqat subyektləri olaraq insanların istifadəsinə dair üç əsas etik prinsip müəyyən edilir. İndiki dövrdə də Belmont hesabatı Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti tərəfindən aparılan və ya dəstəklənən insan subyektləri üzrə tədqiqatları nəzərdən keçirən institusional araşdırma şuraları üçün tədqiqatın etik qaydalara uyğun olduğunu göstərən mühüm istinad olaraq qalır.

Bu prinsiplərin tətqiqata tətbiqi əlavə diqqət tələb edir.

  • informasiyalı razılıq
  • risk və faydaların qiymətləndirilməsi
  • tədqiqat obyektlərinin seçilməsi

Jennifer Sims "Belmont hesabatının qısa məzmunu" adlı məqaləsində iştirakçıların hüquqlarına hörmət edilməsini təmin etmək üçün tibb bacılarının əməl etmək məcburiyyətində olduğu yeddi əsas vəzifəni qeyd etdi.

  1. Tədqiqatın İnstitusional Nəzarət Şurası tərəfindən təsdiqlənməsini təmin edin.
  2. Xəstədən məlumatlı razılıq alın.
  3. Xəstənin eksperimenti tam başa düşdüyünə əmin olun
  4. Xəstənin təhdid və ya zorakılıqla təcrübəyə məcbur edilmədiyinə əmin olun.
  5. Qeyd olunmayan klinik sınaqların hər hansı mümkün təsirlərini nəzərdən keçirin və bu barədə müvafiq sınaq koordinatoruna məlumat verin.
  6. Xəstənin şəxsiyyətinin məxfiliyini qoruyun.
  7. Bütün xəstələrə lazimi qədər qayğı göstərin.

Tədqiqatçılar nəticələrin yaxşı və ya pis olmasından asılı olmayaraq məlumatları paylaşmalıdırlar. Əgər şəxs klinik sınaqda iştirak etmək istəmirsə, lakin müalicə almaq istəyirsə onun istəyi nəzərə alınmalıdır. Tətqiqat iştirakçıları kimi tətqiqatda iştirak etmək istəməyən xəstələrə də lazimi tibbi yardım göstərilməlidir.

Məzmunu

Belmont hesabatının 3 əsas nöqtəsi vardır:

  1. təcrübə və tədqiqat arasındakı sərhədlər;
  2. əsas etik prinsiplər;
  3. ərizə.

Təcrübə və tədqiqat arasındakı sərhədlər

Bu nöqtə biotibbi və davranış tədqiqatları arasındakı fərqləri müəyyən edir və tədqiqat iştirakçılarını qorumaq üçün müxtəlif tədbirlər irəli sürür. "Təcrübə" və "tədqiqat" anlayışları bir-birlərindən fərqli anlayışlardır. Təcrübə bir şəxsin və ya qrupun rifahının yaxşılaşdırılması ilə məşğul olur, tədqiqat isə nəzəriyyəni sınaqdan keçirir və gözlənilməz nəticələr verə bilir. Bu fərqliliklərdən belə nəticəyə gəlmək olar ki, tədqiqatda iştirak edənləri qorumaq üçün onun şərtlərinə yenidən baxmaq lazımdır.

Əsas etik prinsiplər

Bu bənd üç etik prinsipi əhatə edir: şəxsiyyətə hörmət, iştirakçıların rifahı və ədalət.

Şəxsiyyətə hörmət

Bu etik prinsip insanı sərbəst vahid kimi təsvir edir və bildirir ki, sərbəst vahid öz şəxsi məqsədləri haqqında mülahizə yürütməyə qadir olan və bu mülahizə əsasında rəhbər tutulan şəxsdir. Bu prinsip insanların əksəriyyətinin qərar qəbul etmək qabiliyyətinə malik olmasına baxmayaraq bəzi insanların daha çox müdafiəyə ehtiyacları olduğunu irəli sürür. Bəzi insanlar ruhi və ya digər xəstəliklər səbəbilə öz müqəddəratını təyin etmək qabiliyyətini itirirlər. Bu halda fərd öz müqəddəratını təyinetmə qabiliyyətinə malik olana qədər qorunmalıdır.

İştirakçıların rifahı

Bu prinsip faydaları maksimuma çatdırmağı və potensial zərəri minimuma endirməyi vurğulayır. Xüsusi müdafiə tələb edən iştirakçılar üçün şəxslərə hörmət prinsipini də əsas tutaraq tətbiq olunur.

Ədalət

Tədqiqatda fayda və məsuliyyətlərin bölüşdürülməsi üçün edilən bir prinsipdir və bu prinsip üçün 5 əsas yanaşma ayırd edilir.

  1. bərabər pay;
  2. ehtiyaclar;
  3. fərdi səylər;
  4. ictimai töhfə;
  5. ləyaqət.

Bu prinsipdən Taskiqidə sifilisin tədqiqatı şərtlərini təsvir etmək, tədqiqatın faydalarını izah etmək üçün istifadə edilir. Burada məhbusların Nasist həbs düşərgələrində tədqiqat iştirakçıları kimi istismar edilməsi də qeyd olunur.

Tətbiqlər

Bu paraqraf isə məlumatlı razılıq, risk-fayda qiymətləndirilməsi və mövzu seçimi olmaqla 3 hissədən ibarətdir.

Məlumatlı razılıq

Bu bölmə özü də məlumat, anlayış və könüllülük kimi anlayışlardan ibarətdir.

  1. Məlumat: iştirakçıların aydın və əlçatan şəkildə bütün lazımi məlumatlarla təmin olunmasını təmin etmək.
  2. Anlama: iştirakçılar məlumatı başa düşməyi bacarmalıdırlar. Əgər məlumat başa düşülmürsə həmin şəxslərin təhlükəsizliyinə cavabdeh olan üçüncü tərəf tədqiqat haqqında məlumat əldə etməli və onu başa düşülən şəkildə təqdim etməlidir.
  3. Könüllülük: iştirakçılar tədqiqatda iştirak etmək üçün yersiz təzyiqə məruz qalmamalıdırlar. Buraya məcbur etmə, qeyri-qanuni təsir, yaxın qohumların təzyiqi, səhiyyə xidmətlərindən məhrum olmaq təhlükəsi və digər oxşar hallar aid edilir. İnsanlar heç bir mənbənin təzyiqinə məruz qalmadan iştirak etmək qərarını özləri verməlidirlər.

Risklərin və faydaların qiymətləndirilməsi

Faydalar və risklər arasındakı nisbət düzgün qiymətləndirilməlidir. Risk-fayda nisbəti balanslaşdırılmış olmalıdır.

Tətqiqat subyektlərinin seçilməsi

Bu seçimi edərkən iki prinsipə əməl etmək lazımdır:

  1. fərdi ədalət;
  2. sosial ədalət;

Xərclər və faydalar insanın qabiliyyətindən, maddi imkanlarından asılı olmayaraq bərabər bölünməlidir.

Mövcud vəziyyət

1991-ci ildə 14 federal departament və agentliklər Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti ilə birlikdə Federal Qaydalar Məcəlləsinin 46-cı hissənin 45-ci başlığına əsasən, insan subyektlərini qorumaq üçün vahid qaydalar toplusunu qəbul etmək üçün birləşdi. Daha sonra isə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti İnsan Tədqiqatlarının Müdafiəsi ofisini yaratdı. Bu gün Belmont Hesabatı tarixi bir sənəd kimi qəbul edilir və Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti tədqiqatlarda iştirak qaydalarını başa düşülməsində xüsusi rol oynayır.

19 yanvar 2017-ci ildə nəşr olunan və 21 yanvar 2019-cu ildə qüvvəyə minən 'Yenilənmiş Ümumi Qayda' Belmont hesabatının insan hüquqlarının qorunması üzrə federal siyasətin bir hissəsi olmasını təmin edən iki dəyişiklik irəli sürdü: Bunlardan birincisinə əsasən rəhbərlərin səlahiyyətləri məhdudlaşdırıldı. Belə ki, əvvəllər rəhbərlər tədqiqat fəaliyyətindən müəyyən qaydaları kənarlaşdıra bilərdilər, lakin indi bu istisnalar Belmont hesabatı ilə uyğun olmalıdır. Bu isə tədqiqatların etik prinsiplərə uyğun olaraq aparılmasını təmin edir.

İkinci dəyişikliyə əsasən isə təriflərin Belmont hesabatına uyğunluğu nəzərdə tutulur. Belə ki, rəhbərlər əvvəlcə tədqiqatın insanlara təsir edib-etmədiyini öz mülahizələrinə görə müəyyənləşdirə bilərdilər. İndi isə bu qərarlar Belmont hesabatının etik prinsiplərinə uyğun olaraq verilməlidir.

Psixologiya

Belmont hesabatı psixologiya sahəsində vacib rol oynayan Amerika Psixoloji Assosiasiyasının (APA) Davranış Kodeksini tam əvəz edə bilməsə də psixologiyada mühüm rol oynayır. APA Təlimatları Belmont hesabatının əsaslarını özündə birləşdirir və bu qurulmuş prinsipləri gücləndirir. APA bu prinsipləri daha da təfərrüatlandırır və genişləndirir. Həmin prinsiplər aşağıdakılardır:

  1. iştirakçıların rifahı;
  2. insanlara hörmət;
  3. ədalətlilik;
  4. öhdəliklər və məsuliyyət;
  5. dürüstlük.

Sədaqət və məsuliyyət prinsipi tədqiqatçıların öz öhdəliklərini dərk etmələrini və tədqiqatın nəticələrinin məsuliyyətlərini öz üzərinə götürmələrini təmin edir.

Dürüstlük prinsipi bu anlayışı dürüstlük və dəqiqliyə çevirir.

APA-nın tövsiyələrinin Belmont hesabatından kənara çıxdığı başqa bir sahə standartların müəyyən edilməsidir. APA psixoloji cəmiyyətin bütün üzvləri üçün standartlar müəyyən edir ki, bu standartların pozulması peşəkar lisenziyanın və üzvlüyün ləğvi ilə nəticələnir.

APA təlimatında təfərrüatlı şəkildə təsvir edilən ən mühüm standartlardan biri Belmont hesabatı ilə eyni məqsədə xidmət edən İnstitusional Nəzarət Şurasının yaradılmasını tələb edir. İnstitusional Nəzarət Şurası müəyyən edilmiş prinsipləri şərh etmək və insan üzərində aparılan tədqiqatın etikasını təmin etmək məsuliyyətini daşıyır.

APA təlimatları tədqiqat etikasına daha müasir yanaşma hesab edilir və tez-tez yenilənir (təxminən doqquz dəfə yenilənib). Belmont hesabatı etik təcrübənin təmin edilməsi istiqamətində faydalı bir addım hesab edilir.

Tənqid

Nensi Şor tərəfindən aparılan bir araşdırmada icma tədqiqatçıları arasında Belmont hesabatının şərhi və tənqidi ilə bağlı sorğu aparılmışdır. Bu zaman müsahiblər Belmont hesabatının etik prinsipləri və şərhləri ilə bağlı narahatlıqlarını ifadə etmişdirlər. Etik təhlili daha çox genişləndirmək üçün mədəni, gender, etnik və coğrafi faktorları nəzərə almaq lazımdır.

Etika və insan tədqiqatlarının qaydaları ilə bağlı mübahisələr tərəfdaşlar arasında fərqliliklərdən irəli gəlir. Belmont hesabatının əsas prinsipləri olan şəxsiyyətə hörmət, iştirakçıların rifahı və ədalət prinsipləri müəyyən anlaşılmazlıqlar yaradır. Belmont hesabatının özündə də bu prinsiplərin dəyərləndirilməsi və prioritetləndirilməsi haqqında məlumat verilmir. Milli Komissiya üzvlərindən biri olan Albert R. Yonsenin ifadəsinə görə bu prinsiplərin necə tətbiq olunması institutsional nəzarət şurasına həvalə olunur.

İstinadlar

  1. National Commission for the Protection of Human Subjects of Biomedical and Behavioral Research. The Belmont Report (PDF) (Hesabat). . 2019-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-22.
  2. Carson, Larry. "HCC to close Belmont Conference Center". . 2010-09-30. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-23.
  3. Sims, Jennifer. "A brief review of the Belmont Report". Dimensions of Critical Care Nursing. 29 (4). July–August 2010: 173–4. doi:10.1097/dcc.0b013e3181de9ec5. PMID 20543620.
  4. HEW was split into the Department of Education and the Department of Health and Human Services in 1980. See https://www.hhs.gov/about/hhshist.html Arxivləşdirilib 2013-02-18 at the Wayback Machine
  5. "OHRP Home". Office for Human Research Protections (OHRP), . 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-28.
  6. . 2018. 94–109. ISBN . (#first_missing_last)
  7. Shore, Nancy. "Re-conceptualizing the Belmont Report: A community-based participatory research perspective". Journal of Community Practice. 14 (4). 2006: 5–26. doi:10.1300/J125v14n04_02.
  8. Vollmer, Sara H. "Statistical power, the Belmont Report, and the ethics of clinical trials". Science and Engineering Ethics. 16 (4). December 2010: 675–91. doi:10.1007/s11948-010-9244-0. PMID 21063801.
  9. . ISBN . (#first_missing_last)

Xarici keçidlər

  • Бельмонтский доклад — веб-сайт Службы здравоохранения и социальных служб США
  • Бельмонтский доклад, исходная версия, 30 сентября 1978 г.
  • Бельмонтский доклад, Федеральный реестр, 18 апреля 1979 г.
  • Возвращаясь к отчету Бельмонта, март. - апрель 2001 г.
  • Сравнение Общего правила и пересмотренного Общего правила
  • О пересмотренном общем правиле

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Belmont hesabati ing Belmont Report insanlari tedqiqat subyektleri olaraq qorumaq ucun etik prinsipleri ve telimatlari teqdim eden bir seneddir Bu hesabat Biotibbi ve Davranis Tedqiqatlarinin Insan Subyektlerinin Muhafizesi uzre Milli Komissiyasi terefinden hazirlanmisdir Hesabat 30 sentyabr 1978 ci ilde ireli surulmus ve 18 aprel 1979 cu ilde Federal Reyestrde derc edilmisdir Hesabat tertib edildiyi Belmont konfrans merkezinin adini dasiyir Evveller Smitsonian Institutunun bir hissesi olan Belmont konfrans merkezi Merilend statinin Elkridj seherinde Baltimordan 10 mil cenubda yerlesir 2010 cu ilin sonuna qeder bu merkez Kolumbiya Ictimai Kollecinin idaresinde yerlesirdi Belmont hesabatinda uc esas prinsip mueyyen edilir sexsiyyete hormet istirakcilarin rifahi edalet Bu hesabatin tovsiyyelerine ise asagidakilari misal gostermek olar Informasiyali raziliq prosesinin tekmillesdirilmesi Risklerin ve faydalarin Muvafiq Balanslasdirilmasi Edaletli secim proseslerinin tetbiqi TarixiBelmont hesabati ABS Biotibbi ve Davranis Tedqiqatlarinin Insan Subyektlerinin Muhafizesi uzre Milli Komissiyasi terefinden 1974 1978 ci iller yazilmisdir Bele bir hesabat Taskiqide sifilisin tedqiqati 1932 1972 ci iller aparilarken yaranan problemleri hell etmek ucun lazim gelmisdir Sehiyye Tehsil ve Sosial Mudafie Nazirliyi 1970 ci illerin sonu ve 1980 ci illerin evvellerinde insanlarin qorunmasi ucun federal qaydalar mecellesinde Ictimai rifah ve Insanlarin qorunmasi qaydalarini nezerden kecirmis ve genislendirmisdir 1 Komissiyanin Tedqiqat subyektleri olan insanlarin qorunmasina dair etik prinsipler ve tovsiyeler adli hesabati 1978 ci ilde ireli surulmus 1979 cu ilde ise Federal Reyestrde derc edilmisdir Belmont hesabati muxtelif sinaqlarda ve elmi tedqiqatlarda istirakcilari qoruyan saglamliq sahesinde aparilan tedqiqatlara hesr olunmus esas islerden biridir Insan subyektlerinden tedqiqat obyekti kimi istifade etmek ucun uc esas etik prinsipe riayet olunmalidir Sexsiyyete hormet insanlarin sexsiyyetini qorumaq onlara nezaket hormet ve raziliqla yanasmaq lazimdir Tedqiqatcilar durust olmalidirlar Istirakcilarin rifahi tedqiqat layihesinin faydasini maksimuma catdirib tedqiqat subyektleri ucun riskleri minimuma endirerken zerer vermeyin felsefesini esas tutmaq lazimdir Edalet istismar olunmayan yaxsi tertib edilmis prosedurlarin edaletli sekilde idare olunmasini temin etmek xerclerin ve faydalarin potensial tedqiqat istirakcilari arasinda beraber paylanmasi Bu prinsipler ABS Sehiyye ve Insan Xidmetleri Departamentinin insan huquqlarinin mudafiesi qaydalarinin esasini teskil edir Tedqiqat subyektleri olaraq insanlarin istifadesine dair uc esas etik prinsip mueyyen edilir Indiki dovrde de Belmont hesabati Amerika Birlesmis Statlarinin Sehiyye ve Sosial Xidmetler Departamenti terefinden aparilan ve ya desteklenen insan subyektleri uzre tedqiqatlari nezerden keciren institusional arasdirma suralari ucun tedqiqatin etik qaydalara uygun oldugunu gosteren muhum istinad olaraq qalir Bu prinsiplerin tetqiqata tetbiqi elave diqqet teleb edir informasiyali raziliq risk ve faydalarin qiymetlendirilmesi tedqiqat obyektlerinin secilmesi Jennifer Sims Belmont hesabatinin qisa mezmunu adli meqalesinde istirakcilarin huquqlarina hormet edilmesini temin etmek ucun tibb bacilarinin emel etmek mecburiyyetinde oldugu yeddi esas vezifeni qeyd etdi Tedqiqatin Institusional Nezaret Surasi terefinden tesdiqlenmesini temin edin Xesteden melumatli raziliq alin Xestenin eksperimenti tam basa dusduyune emin olun Xestenin tehdid ve ya zorakiliqla tecrubeye mecbur edilmediyine emin olun Qeyd olunmayan klinik sinaqlarin her hansi mumkun tesirlerini nezerden kecirin ve bu barede muvafiq sinaq koordinatoruna melumat verin Xestenin sexsiyyetinin mexfiliyini qoruyun Butun xestelere lazimi qeder qaygi gosterin Tedqiqatcilar neticelerin yaxsi ve ya pis olmasindan asili olmayaraq melumatlari paylasmalidirlar Eger sexs klinik sinaqda istirak etmek istemirse lakin mualice almaq isteyirse onun isteyi nezere alinmalidir Tetqiqat istirakcilari kimi tetqiqatda istirak etmek istemeyen xestelere de lazimi tibbi yardim gosterilmelidir MezmunuBelmont hesabatinin 3 esas noqtesi vardir tecrube ve tedqiqat arasindaki serhedler esas etik prinsipler erize Tecrube ve tedqiqat arasindaki serhedler Bu noqte biotibbi ve davranis tedqiqatlari arasindaki ferqleri mueyyen edir ve tedqiqat istirakcilarini qorumaq ucun muxtelif tedbirler ireli surur Tecrube ve tedqiqat anlayislari bir birlerinden ferqli anlayislardir Tecrube bir sexsin ve ya qrupun rifahinin yaxsilasdirilmasi ile mesgul olur tedqiqat ise nezeriyyeni sinaqdan kecirir ve gozlenilmez neticeler vere bilir Bu ferqliliklerden bele neticeye gelmek olar ki tedqiqatda istirak edenleri qorumaq ucun onun sertlerine yeniden baxmaq lazimdir Esas etik prinsipler Bu bend uc etik prinsipi ehate edir sexsiyyete hormet istirakcilarin rifahi ve edalet Sexsiyyete hormet Bu etik prinsip insani serbest vahid kimi tesvir edir ve bildirir ki serbest vahid oz sexsi meqsedleri haqqinda mulahize yurutmeye qadir olan ve bu mulahize esasinda rehber tutulan sexsdir Bu prinsip insanlarin ekseriyyetinin qerar qebul etmek qabiliyyetine malik olmasina baxmayaraq bezi insanlarin daha cox mudafieye ehtiyaclari oldugunu ireli surur Bezi insanlar ruhi ve ya diger xestelikler sebebile oz muqedderatini teyin etmek qabiliyyetini itirirler Bu halda ferd oz muqedderatini teyinetme qabiliyyetine malik olana qeder qorunmalidir Istirakcilarin rifahi Bu prinsip faydalari maksimuma catdirmagi ve potensial zereri minimuma endirmeyi vurgulayir Xususi mudafie teleb eden istirakcilar ucun sexslere hormet prinsipini de esas tutaraq tetbiq olunur Edalet Tedqiqatda fayda ve mesuliyyetlerin bolusdurulmesi ucun edilen bir prinsipdir ve bu prinsip ucun 5 esas yanasma ayird edilir beraber pay ehtiyaclar ferdi seyler ictimai tohfe leyaqet Bu prinsipden Taskiqide sifilisin tedqiqati sertlerini tesvir etmek tedqiqatin faydalarini izah etmek ucun istifade edilir Burada mehbuslarin Nasist hebs dusergelerinde tedqiqat istirakcilari kimi istismar edilmesi de qeyd olunur Tetbiqler Bu paraqraf ise melumatli raziliq risk fayda qiymetlendirilmesi ve movzu secimi olmaqla 3 hisseden ibaretdir Melumatli raziliq Bu bolme ozu de melumat anlayis ve konulluluk kimi anlayislardan ibaretdir Melumat istirakcilarin aydin ve elcatan sekilde butun lazimi melumatlarla temin olunmasini temin etmek Anlama istirakcilar melumati basa dusmeyi bacarmalidirlar Eger melumat basa dusulmurse hemin sexslerin tehlukesizliyine cavabdeh olan ucuncu teref tedqiqat haqqinda melumat elde etmeli ve onu basa dusulen sekilde teqdim etmelidir Konulluluk istirakcilar tedqiqatda istirak etmek ucun yersiz tezyiqe meruz qalmamalidirlar Buraya mecbur etme qeyri qanuni tesir yaxin qohumlarin tezyiqi sehiyye xidmetlerinden mehrum olmaq tehlukesi ve diger oxsar hallar aid edilir Insanlar hec bir menbenin tezyiqine meruz qalmadan istirak etmek qerarini ozleri vermelidirler Risklerin ve faydalarin qiymetlendirilmesi Faydalar ve riskler arasindaki nisbet duzgun qiymetlendirilmelidir Risk fayda nisbeti balanslasdirilmis olmalidir Tetqiqat subyektlerinin secilmesi Bu secimi ederken iki prinsipe emel etmek lazimdir ferdi edalet sosial edalet Xercler ve faydalar insanin qabiliyyetinden maddi imkanlarindan asili olmayaraq beraber bolunmelidir Movcud veziyyet1991 ci ilde 14 federal departament ve agentlikler Amerika Birlesmis Statlarinin Sehiyye ve Sosial Xidmetler Departamenti ile birlikde Federal Qaydalar Mecellesinin 46 ci hissenin 45 ci basligina esasen insan subyektlerini qorumaq ucun vahid qaydalar toplusunu qebul etmek ucun birlesdi Daha sonra ise ABS Sehiyye ve Insan Xidmetleri Departamenti Insan Tedqiqatlarinin Mudafiesi ofisini yaratdi Bu gun Belmont Hesabati tarixi bir sened kimi qebul edilir ve Amerika Birlesmis Statlarinin Sehiyye ve Sosial Xidmetler Departamenti tedqiqatlarda istirak qaydalarini basa dusulmesinde xususi rol oynayir 19 yanvar 2017 ci ilde nesr olunan ve 21 yanvar 2019 cu ilde quvveye minen Yenilenmis Umumi Qayda Belmont hesabatinin insan huquqlarinin qorunmasi uzre federal siyasetin bir hissesi olmasini temin eden iki deyisiklik ireli surdu Bunlardan birincisine esasen rehberlerin selahiyyetleri mehdudlasdirildi Bele ki evveller rehberler tedqiqat fealiyyetinden mueyyen qaydalari kenarlasdira bilerdiler lakin indi bu istisnalar Belmont hesabati ile uygun olmalidir Bu ise tedqiqatlarin etik prinsiplere uygun olaraq aparilmasini temin edir Ikinci deyisikliye esasen ise teriflerin Belmont hesabatina uygunlugu nezerde tutulur Bele ki rehberler evvelce tedqiqatin insanlara tesir edib etmediyini oz mulahizelerine gore mueyyenlesdire bilerdiler Indi ise bu qerarlar Belmont hesabatinin etik prinsiplerine uygun olaraq verilmelidir Psixologiya Belmont hesabati psixologiya sahesinde vacib rol oynayan Amerika Psixoloji Assosiasiyasinin APA Davranis Kodeksini tam evez ede bilmese de psixologiyada muhum rol oynayir APA Telimatlari Belmont hesabatinin esaslarini ozunde birlesdirir ve bu qurulmus prinsipleri guclendirir APA bu prinsipleri daha da teferruatlandirir ve genislendirir Hemin prinsipler asagidakilardir istirakcilarin rifahi insanlara hormet edaletlilik ohdelikler ve mesuliyyet durustluk Sedaqet ve mesuliyyet prinsipi tedqiqatcilarin oz ohdeliklerini derk etmelerini ve tedqiqatin neticelerinin mesuliyyetlerini oz uzerine goturmelerini temin edir Durustluk prinsipi bu anlayisi durustluk ve deqiqliye cevirir APA nin tovsiyelerinin Belmont hesabatindan kenara cixdigi basqa bir sahe standartlarin mueyyen edilmesidir APA psixoloji cemiyyetin butun uzvleri ucun standartlar mueyyen edir ki bu standartlarin pozulmasi pesekar lisenziyanin ve uzvluyun legvi ile neticelenir APA telimatinda teferruatli sekilde tesvir edilen en muhum standartlardan biri Belmont hesabati ile eyni meqsede xidmet eden Institusional Nezaret Surasinin yaradilmasini teleb edir Institusional Nezaret Surasi mueyyen edilmis prinsipleri serh etmek ve insan uzerinde aparilan tedqiqatin etikasini temin etmek mesuliyyetini dasiyir APA telimatlari tedqiqat etikasina daha muasir yanasma hesab edilir ve tez tez yenilenir texminen doqquz defe yenilenib Belmont hesabati etik tecrubenin temin edilmesi istiqametinde faydali bir addim hesab edilir TenqidNensi Sor terefinden aparilan bir arasdirmada icma tedqiqatcilari arasinda Belmont hesabatinin serhi ve tenqidi ile bagli sorgu aparilmisdir Bu zaman musahibler Belmont hesabatinin etik prinsipleri ve serhleri ile bagli narahatliqlarini ifade etmisdirler Etik tehlili daha cox genislendirmek ucun medeni gender etnik ve cografi faktorlari nezere almaq lazimdir Etika ve insan tedqiqatlarinin qaydalari ile bagli mubahiseler terefdaslar arasinda ferqliliklerden ireli gelir Belmont hesabatinin esas prinsipleri olan sexsiyyete hormet istirakcilarin rifahi ve edalet prinsipleri mueyyen anlasilmazliqlar yaradir Belmont hesabatinin ozunde de bu prinsiplerin deyerlendirilmesi ve prioritetlendirilmesi haqqinda melumat verilmir Milli Komissiya uzvlerinden biri olan Albert R Yonsenin ifadesine gore bu prinsiplerin nece tetbiq olunmasi institutsional nezaret surasina hevale olunur IstinadlarNational Commission for the Protection of Human Subjects of Biomedical and Behavioral Research The Belmont Report PDF Hesabat 2019 06 18 tarixinde arxivlesdirilib PDF Istifade tarixi 2023 03 22 Carson Larry HCC to close Belmont Conference Center 2010 09 30 2013 09 28 tarixinde arxivlesdirilib Istifade tarixi 2012 01 23 Sims Jennifer A brief review of the Belmont Report Dimensions of Critical Care Nursing 29 4 July August 2010 173 4 doi 10 1097 dcc 0b013e3181de9ec5 PMID 20543620 HEW was split into the Department of Education and the Department of Health and Human Services in 1980 See https www hhs gov about hhshist html Arxivlesdirilib 2013 02 18 at the Wayback Machine OHRP Home Office for Human Research Protections OHRP 2021 01 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2014 06 28 2018 94 109 ISBN 978 0 393 63017 6 first missing last Shore Nancy Re conceptualizing the Belmont Report A community based participatory research perspective Journal of Community Practice 14 4 2006 5 26 doi 10 1300 J125v14n04 02 Vollmer Sara H Statistical power the Belmont Report and the ethics of clinical trials Science and Engineering Ethics 16 4 December 2010 675 91 doi 10 1007 s11948 010 9244 0 PMID 21063801 ISBN 9781555720360 first missing last Xarici kecidlerBelmontskij doklad veb sajt Sluzhby zdravoohraneniya i socialnyh sluzhb SShA Belmontskij doklad ishodnaya versiya 30 sentyabrya 1978 g Belmontskij doklad Federalnyj reestr 18 aprelya 1979 g Vozvrashayas k otchetu Belmonta mart aprel 2001 g Sravnenie Obshego pravila i peresmotrennogo Obshego pravila O peresmotrennom obshem pravile

Nəşr tarixi: İyul 29, 2025, 17:59 pm
Ən çox oxunan
  • İyul 14, 2025

    Əhmədbəyli–Füzuli–Şuşa magistral avtomobil yolu

  • İyul 28, 2025

    Əhmədağalı bələdiyyəsi

  • İyul 28, 2025

    Əfətli bələdiyyəsi

  • Avqust 12, 2025

    Əbdülqasım Əzimi

  • İyul 21, 2025

    Ətirli yovşan

Gündəlik
  • Xetaq Qazyumov

  • Psevdo-Demosfen

  • Şəriət

  • Quran

  • İon İliyesku

  • Perm

  • Otluqbeli döyüşü

  • İordaniya

  • Vyetnam müharibəsi

  • ABŞ

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı