Çaqqallıtəpə abidələr kompleksi - Şabran rayonu Aygünlü kəndi ərazisində, Bakı-Quba magistral yolunun solunda yerləşən 5 təbii təpədən ibarət abidədir. Abidələr kompleksi Erkən Tunc dövrünə aiddir. Kompleksə daxil olan I Çaqqallıtəpə abidəsi Samur-Dəvəçi su kanalı çəkilərkən güclü dağıntıya məruz qalmışdır. Vaxtilə abidənin sol sahildə qalan hissəsində kiçik sahədə C.Xəlilov tərəfindən kəşfiyyat qazıntısı aparılmışdır. Abidələr kompleksində 2016-cı ildən etibarən S.Aşurovun rəhbərliyi ilə geniş miqyaslı qazıntı işləri aparılmaqdadır. I və II Çaqqallıtəpə yaşayış yerlərində geniş tədqiqatlar aparılmış, III və IV Çaqqallıtəpə abidələrində isə şurf qoyulmuşdur. Hər bir yaşayış yerindən əldə edilən arxeoloji materiallar bir-biri ilə analogiya təşkil edir. Arxeoloji qazıntılar zamanı yaşayış yerlərindən Erkən tunc dövrü - "Kür-Araz" mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirən xeyli sayda keramika məmulatı, sümük və daş alətlər aşkar edilmişdir. Radiokarbon analizlər nəticəsində abidədə yaşayışın e.ə.2886-2476-cı illəri əhatə etdiyi bəlli olmuşdur.
Çaqqallıtəpə abidələr kompleksi | |
---|---|
![]() I Çaqqallıtəpə abidəsində arxeoloji qazıntı zamanı dronla çəkiliş (2018-ci il) | |
Ölkə | |
Şəhər | Şabran |
Yerləşir | Aygünlü kəndi |
Aidiyyatı | İlk tunc dövrü - Kür-Araz mədəniyyəti |
Üslubu | |
Kateqoriya | Qədim yaşayış yeri |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Tikinti xüsusiyyəti
Azərbaycanın şimal-şərq bölgələrində tədqiq edilmiş abidələrdə, xüsusən Şabran rayonu ərazisindəki Çaqqallıtəpə abidələrində memarlıq xüsusiyyətləri müxtəlifliyi ilə diqqəti cəlb edir. Belə ki, Çaqqallıtəpə qədim yaşayış yerində aparılmış tədqiqatlar zamanı yüngül ağac kontruskiyasından istifadə edilməklə qurulmuş dairəvi evlər, bir və ya iki cərgə çiy kərpicli fundamentə malik, üzəri isə dirəklər üzərində qurulmuş dairəvi evlərə, çay daşları və möhrə qarışıq memarlıq üslubuna əsaslanan dairəvi evlərə, yarımqazma və tam qazma formalı evlərə rast gəlinir. I Çaqqallıtəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, burada yarımqazma və möhrə evlərlə yanaşı, divarları çiy kərpicdən tikilmiş evlər də mövcud olmuşdur.
Yaşayış yerinin üst təbəqələrində əsasən yarımqazma və qazma tipli tikililərə rast gəlinir. Bu tip evlərin üzəri ağac dirəklərin arasının hörülməsi və üzərinin suvanması ilə tamamlanmışdır. Qazma və yarımqazma evlərin ətrafında və daxilində təmizlənən oyuqlar adətən onların yüngül ağac konstruksiyalı olduğunu göstərir. Abidədə aşkar edilən bu tip evlər dairəvi planlıdır.
Abidənin ən maraqlı tikili qalıqları geniş diametrli, günbəzvari tavanla yekunlaşan qazma evləridir. Bu tip tikililər Kür-Araz mədəniyyətinin Azərbaycanın şimal-şərq rayonlarını və Dağıstan ərazisini əhatə edən lokal variant üçün xarakterikdir. Bu tip evlər diametrlərinin genişliyi ilə diqqəti cəlb edirlər. Lakin onların tam olaraq forması, girişi və funksiyası haqqında qəti fikir yoxdur. I Çaqqallıtəpədə təmizlənmiş belə formalı bir neçə tikili bəzi ehtimallar irəli sürməyə imkan verir. Yaşayış yerinin cənub hissəsində bir-birindən müxəlif səviyyədə olan dörd qazma tikili təmizlənmişdir. Onlardan nisbətən üstdə olan birinin bir tərəfi bir qat 4 cərgə çiy kərpiclə hörülmüş formada olmuşdur. Kərpiclərin qalınlığı 9 sm, uzunluğu 37 sm, eni isə 20 sm-dir. 4 cərgə kərpic ümumilikdə 40 sm-dir. Bu tip evlərin həm divarları, həm də döşəmələri gil məhlul qatı ilə suvanmışdır. Bu qazmaların diametrləri təxminən 2.40, 2.50 və 3 m-dir.
Təpənin şimal-qərb hissəsində tam forması saxlanılmış bu tip qazma ev aşkarlanmışdır. Evin daxili təmizlənərkən digər qazma evlərdə olduğu kimi üst qatlarda çoxsaylı iri ölçülü daşlar və təqribən onlarla eyni səviyyədə çiy kərpic qalıqları təmizləndi. Dağılmış kərpiclərdən birinin eni təxminən 22,5 sm-dir. Kərpic tərkibinə saman, bitki qalıqları qatılmış gildən, xüsusi qəlibdən istifadə edilməklə kəsilmişdir. Dairəvi qazma evin divarı yuxarıya doğru azacıq daralır. Bəzi hissələrdə bu daralma hiss olunmayacaq ölçüdədir. Diametri evin döşəməsində 320 sm, salamat qalan hissənin hündürlüyü isə 160 sm-dir. Evin divarları və döşəməsi yaxşı suvanmışdır. Evin döşəməsində ikisi şimalda, ikisi cənubda olmaqla bir-birindən demək olar ki, bərabər məsafədə 4 dirək yeri qazılmışdır. Onların diametrləri 40-45 sm, dərinlikləri isə 45-50 sm aralığındadır. Cənub-şərqdəki dirək yerinin şimal-şərqinə doğru diametri 38 sm, dərinliyi isə 42 sm olan başqa bir çala təmizləndi. Çox güman ki, bu çala yardımçı dirəyin yeridir. Və ya bu hissədə olan iki dirəyin arasından pilləkənlər düzəldilərək evə giriş təmin olunmuşdur. Cənub tərəfdə olan dirəklərin şaquli istiqamətdə divar boyu izləri qalmaqdadır.

Kərpicdən hörülmüş tikililər I Çaqqallıtəpə yaşayış yerində qazma və yarımqazmalardan sonra say etibarı ilə ikinci yeri tutur, onlardan yalnız ikisi dördkünc formalı, qalanları isə dairəvidir. Dairəvi planda çiy kərpicdən tikilmiş evlərdən birinin divarları çiy kərpiclə qurulmuşdur. Evin qurulması üçün çala qazılmış və sonra divarlar bir cərgə kərpiclə hörülmüşdür. Şimal–şərq tərəfdə divarın 19 sıra kərpic düzümü salamat qalmışdır. Bu hissədə hündürlük 184 sm-dir. Kərpiclərin uzunluğu 38-44 sm arasında dəyişir, qalınlıqları 12 sm-dir. Kərpiclərin demək olar ki, hamısının eyni ölçüdə olması onların xüsusi qəlibdə kəsildiyini göstərir. Hündürlüyü 125 sm olan evin cənub-şərq divarında 12 cərgə çiy kərpic salamat qalmışdır. Evin diametri döşəmədə 245 sm-dir, döşəməsi yaxşı suvanmışdır. Divarı çiy kərpicdən qurulan digər dairəvi planlı evin kərpiclərinin ölçüsü 30X40, 30X33 sm-dir. Divarın üzərində ikisinin diametri 12, digərinin isə 15 sm olan 3 ədəd dirək yeri təmizləndi. Evin qərb divarından içəridə uzunluğu 217,5 sm olan və evin divarına bitişik başqa bir divar izlənir. Güman ki, taxça kimi istifadə olunmuşdur.
I Çaqqallıtəpə yaşayış yerində az da olsa, möhrə divarlı tikililərə də rast gəlinir. Abidədən aşkar edilmiş bu tip dairəvi tikililərdən birinin çox hissəsi aşınmışdır və divarının yalnız daxildən formasını izləmək mümkün olmuşdur. Diametri təqribən 3 m-dir. Evin döşəməsi qalın gil məhlul qatı ilə suvanmışdır. Görünür, döşəmə istifadəyə yararsız olduqda onu yenidən bərpa etmişlər. Bu fakt bu tip evlərdə uzunmüddətli yaşayışdan da xəbər verir.
Abidədə az sayda daş özüllü tikililərə də rast gəlinir. Bunlar çay daşlarından hazırlanmış özül üzərində möhrə və kərpiclə qurulmuş dairəvi və dördkünc evlərdir. Onlardan birinin kiçik bir hissəsi qazıntı sahəsinin cənub tərəfində qövsvari şəkildə izlənilir. Digər kvadratlarda qazıntı aparılarkən həmin tikilinin divarlarının bir hissəsi aşkar olunsa da, onun xüsusiyyətini tam olaraq öyrənmək mümkün olmamışdır.
Nəticə olaraq onu söyləmək lazımdır ki, yaşayış yerində qazma, yarımqazma və çiy kərpicdən qurulmuş evlər daha çox üstünlük təşkil edir. Qazma və yarımqazma evlərin döşəmələri və kənarları gil məhlulla suvanıb. Təpənin mərkəz hissəsində aşkar edilmiş yarımqazmalar kənarlarında yerləşən qazmalara nisbətən kiçik diametrlidir. Abidənin çiy kərpicdən qurulmuş evləri üçün divarın üzərində və ya arxa hissəsində dirək yerlərinin olması xarakterikdir. Bu da onu göstərir ki, divarlar qurulduqdan sonra evin üzəri ağac konstruksiya ilə örtülmüş, hər iki tərəfdən suvanmışdır. Bunu bəzi evlərdən tapılmış və üzərində ağac tir və ya qamış izi olan yanmış suvaq parçaları təsdiq edir. Abidədə aşkar edilmiş evlərin böyük əksəriyyəti dairəvi planlıdır. Tikinti xüsusiyyətlərindən danışarkən onu da qeyd etmək lazımdır ki, çiy kərpicdən tikilmiş və üzəri dirəklərlə örtülmüş evlərin mərkəzində istinad sütunu olmurdu. Bu fikri tikilinin mərkəzində olan böyük ölçülü manqallar sübut edir, belə ki, manqal dirək olduğu halda onu yandıra bilərdi. Bundan başqa sütunların qoyulması üçün istifadə edilən daş da tapılmamışdır.
Keramika məmulatı

Çaqqallıtəpə abidələrində aparılan qazıntılar zamanı çoxsaylı maddi mədəniyyət nümunələri əldə edilmişdir. Abidələrin saxsı məmulatı çoxluq təşkil etməklə xüsusilə diqqəti cəlb edir. İlk olaraq qeyd etmək lazımdır ki, Kür-Araz mədəniyyəti üçün xarakterik olan qara cilalı qablara Şabranın ilk tunc dövrü abidələrində çox az rast gəlinir. Saxsı məmulatının əksəriyyəti qonur, boz cilalıdır. Formaları demək olar ki, dövrün digər abidələrindən əldə olunmuş analoji materiallarla yaxınlıq təşkil edir və yalnız bəzi xüsusiyyətlərinə görə fərqlənir. İlk növbədə fərqli qulpların olduğunu qeyd etmək lazımdır. Kür-Araz mədəniyyətinin mühüm elementlərindən sayılan yarımşar formalı qulplarla yanaşı ilgəkvari, orta hissələri şaquli novçalı qulplara daha çox rast gəlinir. Orta hissələri novçalı olan qulplar və kəpənəkşəkilli rudimentar qulplar əsasən xeyrə və kasa tipli qablarda rast gəlinir. Bəzi qabların boğaz hissələrində və ya ağız kənarında tutacaq rolunu oynayan enli, yastı şiş çıxıntılar müşahidə olunur. Bu tip çıxıntıların bəzilərinin üzərində üfüqi deşiklərə rast gəlinir. Qabların hazırlanması zamanı dulus çarxından istifadə əlamətlərini bildirən heç bir izə rast gəlinməmişdir. Əksinə, bəzi qabların hazırlanması zamanı torba üsulundan istifadə olunması əlamətlərini bildirən saxsı parçaları əldə olunmuşdur. Torba üsulu ilə hazırlanmış qabların daxilinə sonradan astar çəkilmişdir. Əldə edilən saxsı məmulatlarının bəzilərində astarların qopması nəticəsində həmin qabların məhz torba üsulu ilə hazırlandığı müəyyən olunmuşdur. Arxeoloji qazıntılar zamanı əldə edilmiş saxsı məmulatının tərkibinə gəldikdə isə keramika məmulatı əsasən tərkibinə narın və iri qum, həmçinin xırda daş parçaları qatılmış gildən hazırlanmışdır.
Sümük və daş məmulatı
Sümükdən hazırlanmış əşyalar
Çaqqallıtəpə yaşayış yerində aparılan qazıntıların nəticəsi olaraq buradan külli miqdarda sümükdən hazırlanmış əmək alətləri və əşyalar aşkar edilmişdir. Abidədən aşkar edilmiş sümük alətləri istifadə sahəsinə uyğun olaraq ümumilikdə iki qrupa bölmək olar. Birinci qrupa məişətdə istifadə edilən əmək alətlərini, ikinci qrupa isə silahları daxil etmək mümkündür. Məişətdə istifadə olunan sümük alətlərə bizlər, iynələr, iy başlıqları, cilalayıcılar və toxa aiddir. Tədqiqatlar zamanı əldə edilən sümükdən hazırlanmış ox ucluqları isə ikinci qrupa daxildir.
Sümük alətlər yalnız istifadə sahəsinə görə deyil, həmçinin formasına görə də bir-birindən fərqlənir. Hazırlanma formasına görə ən çox müxtəliflik say baxımından da üstünlük təşkil edən bizlərdə müşahidə olunur. Bizlərin bir qismində sümüyün diafizinin bir qismi kəsilərək itilənmiş, epifiz hissəsi isə olduğu kimi saxlanmışdır. Bəzi bizlər diafizin iki hissəyə bölünərək, bir hissəsinin işlənməsi vasitəsilə hazırlanmışdır. Belə bizlər bir çox hallarda yöndəmsiz şəkildə hazırlanmışdır.

Bizlərin bir qisminin yuxarı hissəsi kiçik ölçülü yarımdairə formasında yonulmuşdur. Güman edilir ki, bu hissə sapın bağlanması üçün nəzərdə tutulmuşdur. Bu bizlərin ölçüsü çox da böyük deyil, həmçinin uc hissəsi də digər bizlərə nisbətən daha qalındır. Təsvir edilən formada hazırlanan bizlər abidədən aşkar edilmiş analoji materiallar içərisində sayca üstünlük təşkil edir. Qeyd edilən biz formalarından yalnız sonuncusunu hazırlamaq üçün qəlib aşkar edilmişdir. Bu qəliblər 2 ədəddir və tuf daşından hazırlanmışlar. Onların üzərində bizin formasında novça şəkilli dayaz batıq vardır. Güman ki, xammal daşın üzərinə qoyularaq həmin batıq formasında yonularaq yuxarıda qeyd edilən bizlər əldə hazırlanmışdır.
Tədqiqatlar zamanı əldə edilən sümük məmulatı arasında say baxımından ikinci yeri cilalayıcılar tutur. Cilalayıcıların bir hissəsi düzbucaqlı formada hazırlanmışdır. Bu cilalayıcıların ölçüləri çox da böyük deyil. Uzunluqları 4-6 sm, eni 1-2 sm, qalınlıqları isə 0,5-1 sm arasında dəyişir. Hər iki yastı səthləri işlənmə nəticəsində parlaqlıq əldə etmişdir.
Cilalayıcıların az bir qisminin uc hissələri oval şəkildə və birinci qrupa aid edilən cilalama alətlərinə nisbətən böyük ölçüdə hazırlanmışdır. Bu tip alətlərin cilalama zamanı istifadə edilən hissəsi tutacaq hissəyə nisbətən ensiz və parlaqdır. Onların uzunluğu 8-12 sm, eni isə 2-3 sm arasında dəyişir. Aşkar olunan cilalayıcılar içərisində biz formalı cilalayıcılar da maraq doğurur. Bunlar ikinci qrupa aid edilən alətlərlə müqayisədə daha kiçik ölçülüdürlər. Bu alətlərin işlənən hissəsinin nisbətən ensiz və iti olması onların bizə oxşadılmasında əsas ünsürdür. Lakin bu alətlərin iti hissəsi bizlərlə müqayisədə daha küt və qısadır.
Çaqqallıqtəpənin sümük alətləri içərisində say baxımından üçüncü yerdə ox ucluqları dayanır. Abidədən aşkar edilən ox ucluqlarını öz növbəsində formasına görə iki qrupa bölmək mümkündür. Birinci qrupa daxil olan ox ucluqlarının sonluqları hər iki tərəfdən ensizləşir və itidir, onların orta hissələri isə sonluğa nisbətən daha qalın və enlidir. Birinci qrupa daxil olan ox ucluqlarının uzunluqları 4-8 sm arasında dəyişir. İkinci qrupa daxil olan ox ucluqlarında isə saplaq və əsas hissə bir-birindən kəskin şəkildə fərqlənir. Belə ki, əsas hissə saplağa nisbətən daha qalın formada hazırlanmışdır. Belə ox ucluqlarında əsas hissənin uzunluğunun saplaq hissəyə nisbəti təxminən 3/1-ə nisbəti kimidir. Ox ucluqlarının ümumi uzunluğu 7-9 sm arasında dəyişir.
Çaqqallıqtəpə abidəsindən arxeoloji qazıntılar nəticəsində sümükdən hazırlanmış 4 ədəd iy başlığı aşkar edilmişdir. Bu iy başlıqları iri buynuzlu heyvanın bud sümüyünün epifiz hissəsindən hazırlanmışdır. Onlardan 3 sümük iy başlığı yarımşar formalıdır. Bəhs edilən alətlərdən savayı maral buynuzdan hazırlanmış bir ədəd toxa, bir ədəd iynə və bir ədəd tokin (və ya muncuq) aşkar edilmişdir.
Sümük məmulatının təhlili göstərir ki, Çaqqallıtəpə sakinləri toxuculuq, gön-dəri işləmə sahəsində ixtisaslaşmışlar. Bunu çoxlu sayda aşkar edilən bizlər də sübut edir. Sümükdən hazırlanmış ox ucluqlarının sayının çox olması isə ovçuluğun da təsərrüfatda üstün yer tutduğunu söyləməyə imkan verir. Bundan başqa sümük tullantılarının az olması, həmçinin balıqqulaqlarının tapılması balıqçılığın da təsərrüfatda mühüm rol oynadığını göstərir.
Daşdan hazırlanmış əşyalar
Çaqqallıtəpə abidələr kompleksindən aşkar edilən daş alətlər əsasən tuf daşı, çay daşı və çaxmaqdaşından hazırlanmışdır. Bu abidədə obsidiana çox az sayda və işlənməmiş vəziyyətdə rast gəlinir. Arxeoloji qazıntılar zamanı əldə edilən daş məmulatının böyük bir qismini dən daşları, sürtgəclər, çay daşından hazırlanmış döyüm alətləri təşkil edir. Bıçaq, oraq dişi kimi alətlər isə əsasən çaxmaqdaşından hazırlanmışdır. Abidədən əldə edilən daş məmulatı sırasına çaxmaqdaşından hazırlanmış ox ucluqları da daxildir. Buradan həmçinin daşdan hazırlanmış tokinlər də aşkar edilmişdir.
Həmçinin bax
İstinadlar
- S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyeva, T.V.Babayeva, İ.A.Nəhmətova, N.V.Məmmədova, A.Q.Abdullayeva, Azərbaycanda arxeoloji tədqiqatlar 2015-2016. Şabran arxeoloji ekspedisiyasının 2016-cı il tədqiqatları (az.). Bakı: AFPoliqrAF. 2017. s.129.
- Nahmatova I.A. CERAMICS OF NORTHEASTERN AZERBAIJAN OF THE EARLY BRONZE AGE AND THEIR CAUCASIAN PARALLELS. Материалы Международной научной конференции по археологии Северного Кавказа «XXXIII Крупновских чтений», посвященных 120-летию со дня рождения Евгения Игнатьевича Крупнова (ingilis). Moskva. 2024. s.102.
- Nəhmətova İ.A. I Çaqqallıtəpə abidəsinin tikinti xüsusiyyətləri. “Heydər Əliyev 100: Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri” mövzusunda Respublika elmi konfrasının məqalələr toplusu (az.). Bakı. 2023. s. 219-223.
- S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyeva, İ.A.Nəhmətova, N.V.Məmmədova. “Şabran arxeoloji ekspedisiyası”nın 2017-ci il tədqiqatlarının hesabatı. Bakı. 2018. 163 s.
- S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyeva, İ.A.Nəhmətova. Şabran arxeoloji ekspedisiyasının 2019-cu il tədqiqatlarının hesabatı (az.). Bakı. 2019. s.9.
- S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyeva, İ.A.Nəhmətova, N.V.Məmmədova. Şabran arxeoloji ekspedisiyanın 2018-ci il tədqiqatlarının hesabatı (az.). Bakı. 2019. s.11.
- S.H.Aşurov, S.A.Hüseynova, F.A.Əliyeva, İ.A.Nəhmətova. Şabran arxeoloji ekspedisiyasının 2020-ci il tədqiqatlarının hesabatı (az.). Bakı. 2020. s.6–12.
- Nəhmətova İ.A. Çaqqallıtəpə abidələrinin keramika məmulatı (2016-2017-ci illərdə Çaqqallıtəpə abidələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsasən). Gəncə Dövlət Universiteti, Elmi xəbərlər. Fundamental, humanitar və təbiət elmləri seriyası (az.). 2018, №2. s.307–308.
- Nəhmətova İ.A. Çaqqallıtəpənin sümük məmulatı. “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası” jurnalı, 2019, №2 (az.). Bakı. s.17–21.
Xarici keçidlər
- Şabranda yerləşən Çaqqallıqtəpə abidəsində yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb. AZTV
- Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar aparılır
- Arxeloqlar Şabrandakı Çaqqallıqtəpə abidələr kompleksində qədim nekropolun olmasını ehtimal edir. AZERTAC
- Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntılar Kür-Araz mədəniyyətinə dair yeni faktlar üzə çıxarıb.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Caqqallitepe abideler kompleksi Sabran rayonu Aygunlu kendi erazisinde Baki Quba magistral yolunun solunda yerlesen 5 tebii tepeden ibaret abidedir Abideler kompleksi Erken Tunc dovrune aiddir Komplekse daxil olan I Caqqallitepe abidesi Samur Deveci su kanali cekilerken guclu dagintiya meruz qalmisdir Vaxtile abidenin sol sahilde qalan hissesinde kicik sahede C Xelilov terefinden kesfiyyat qazintisi aparilmisdir Abideler kompleksinde 2016 ci ilden etibaren S Asurovun rehberliyi ile genis miqyasli qazinti isleri aparilmaqdadir I ve II Caqqallitepe yasayis yerlerinde genis tedqiqatlar aparilmis III ve IV Caqqallitepe abidelerinde ise surf qoyulmusdur Her bir yasayis yerinden elde edilen arxeoloji materiallar bir biri ile analogiya teskil edir Arxeoloji qazintilar zamani yasayis yerlerinden Erken tunc dovru Kur Araz medeniyyetinin xususiyyetlerini ozunde eks etdiren xeyli sayda keramika memulati sumuk ve das aletler askar edilmisdir Radiokarbon analizler neticesinde abidede yasayisin e e 2886 2476 ci illeri ehate etdiyi belli olmusdur Caqqallitepe abideler kompleksiI Caqqallitepe abidesinde arxeoloji qazinti zamani dronla cekilis 2018 ci il Olke AzerbaycanSeher SabranYerlesir Aygunlu kendiAidiyyati Ilk tunc dovru Kur Araz medeniyyetiUslubuKateqoriyaQedim yasayis yeriEhemiyyetiDunya ehemiyyetliTikinti xususiyyetiAzerbaycanin simal serq bolgelerinde tedqiq edilmis abidelerde xususen Sabran rayonu erazisindeki Caqqallitepe abidelerinde memarliq xususiyyetleri muxtelifliyi ile diqqeti celb edir Bele ki Caqqallitepe qedim yasayis yerinde aparilmis tedqiqatlar zamani yungul agac kontruskiyasindan istifade edilmekle qurulmus dairevi evler bir ve ya iki cerge ciy kerpicli fundamente malik uzeri ise direkler uzerinde qurulmus dairevi evlere cay daslari ve mohre qarisiq memarliq uslubuna esaslanan dairevi evlere yarimqazma ve tam qazma formali evlere rast gelinir I Caqqallitepe yasayis yerinde aparilan arxeoloji qazintilar zamani melum olmusdur ki burada yarimqazma ve mohre evlerle yanasi divarlari ciy kerpicden tikilmis evler de movcud olmusdur Yasayis yerinin ust tebeqelerinde esasen yarimqazma ve qazma tipli tikililere rast gelinir Bu tip evlerin uzeri agac direklerin arasinin horulmesi ve uzerinin suvanmasi ile tamamlanmisdir Qazma ve yarimqazma evlerin etrafinda ve daxilinde temizlenen oyuqlar adeten onlarin yungul agac konstruksiyali oldugunu gosterir Abidede askar edilen bu tip evler dairevi planlidir Abidenin en maraqli tikili qaliqlari genis diametrli gunbezvari tavanla yekunlasan qazma evleridir Bu tip tikililer Kur Araz medeniyyetinin Azerbaycanin simal serq rayonlarini ve Dagistan erazisini ehate eden lokal variant ucun xarakterikdir Bu tip evler diametrlerinin genisliyi ile diqqeti celb edirler Lakin onlarin tam olaraq formasi girisi ve funksiyasi haqqinda qeti fikir yoxdur I Caqqallitepede temizlenmis bele formali bir nece tikili bezi ehtimallar ireli surmeye imkan verir Yasayis yerinin cenub hissesinde bir birinden muxelif seviyyede olan dord qazma tikili temizlenmisdir Onlardan nisbeten ustde olan birinin bir terefi bir qat 4 cerge ciy kerpicle horulmus formada olmusdur Kerpiclerin qalinligi 9 sm uzunlugu 37 sm eni ise 20 sm dir 4 cerge kerpic umumilikde 40 sm dir Bu tip evlerin hem divarlari hem de dosemeleri gil mehlul qati ile suvanmisdir Bu qazmalarin diametrleri texminen 2 40 2 50 ve 3 m dir Tepenin simal qerb hissesinde tam formasi saxlanilmis bu tip qazma ev askarlanmisdir Evin daxili temizlenerken diger qazma evlerde oldugu kimi ust qatlarda coxsayli iri olculu daslar ve teqriben onlarla eyni seviyyede ciy kerpic qaliqlari temizlendi Dagilmis kerpiclerden birinin eni texminen 22 5 sm dir Kerpic terkibine saman bitki qaliqlari qatilmis gilden xususi qelibden istifade edilmekle kesilmisdir Dairevi qazma evin divari yuxariya dogru azaciq daralir Bezi hisselerde bu daralma hiss olunmayacaq olcudedir Diametri evin dosemesinde 320 sm salamat qalan hissenin hundurluyu ise 160 sm dir Evin divarlari ve dosemesi yaxsi suvanmisdir Evin dosemesinde ikisi simalda ikisi cenubda olmaqla bir birinden demek olar ki beraber mesafede 4 direk yeri qazilmisdir Onlarin diametrleri 40 45 sm derinlikleri ise 45 50 sm araligindadir Cenub serqdeki direk yerinin simal serqine dogru diametri 38 sm derinliyi ise 42 sm olan basqa bir cala temizlendi Cox guman ki bu cala yardimci direyin yeridir Ve ya bu hissede olan iki direyin arasindan pillekenler duzeldilerek eve giris temin olunmusdur Cenub terefde olan direklerin saquli istiqametde divar boyu izleri qalmaqdadir I Caqqallitepe yasayis yeri Ciy kerpicle horulmus dairevi ev Kerpicden horulmus tikililer I Caqqallitepe yasayis yerinde qazma ve yarimqazmalardan sonra say etibari ile ikinci yeri tutur onlardan yalniz ikisi dordkunc formali qalanlari ise dairevidir Dairevi planda ciy kerpicden tikilmis evlerden birinin divarlari ciy kerpicle qurulmusdur Evin qurulmasi ucun cala qazilmis ve sonra divarlar bir cerge kerpicle horulmusdur Simal serq terefde divarin 19 sira kerpic duzumu salamat qalmisdir Bu hissede hundurluk 184 sm dir Kerpiclerin uzunlugu 38 44 sm arasinda deyisir qalinliqlari 12 sm dir Kerpiclerin demek olar ki hamisinin eyni olcude olmasi onlarin xususi qelibde kesildiyini gosterir Hundurluyu 125 sm olan evin cenub serq divarinda 12 cerge ciy kerpic salamat qalmisdir Evin diametri dosemede 245 sm dir dosemesi yaxsi suvanmisdir Divari ciy kerpicden qurulan diger dairevi planli evin kerpiclerinin olcusu 30X40 30X33 sm dir Divarin uzerinde ikisinin diametri 12 digerinin ise 15 sm olan 3 eded direk yeri temizlendi Evin qerb divarindan iceride uzunlugu 217 5 sm olan ve evin divarina bitisik basqa bir divar izlenir Guman ki taxca kimi istifade olunmusdur I Caqqallitepe yasayis yerinde az da olsa mohre divarli tikililere de rast gelinir Abideden askar edilmis bu tip dairevi tikililerden birinin cox hissesi asinmisdir ve divarinin yalniz daxilden formasini izlemek mumkun olmusdur Diametri teqriben 3 m dir Evin dosemesi qalin gil mehlul qati ile suvanmisdir Gorunur doseme istifadeye yararsiz olduqda onu yeniden berpa etmisler Bu fakt bu tip evlerde uzunmuddetli yasayisdan da xeber verir Abidede az sayda das ozullu tikililere de rast gelinir Bunlar cay daslarindan hazirlanmis ozul uzerinde mohre ve kerpicle qurulmus dairevi ve dordkunc evlerdir Onlardan birinin kicik bir hissesi qazinti sahesinin cenub terefinde qovsvari sekilde izlenilir Diger kvadratlarda qazinti aparilarken hemin tikilinin divarlarinin bir hissesi askar olunsa da onun xususiyyetini tam olaraq oyrenmek mumkun olmamisdir Netice olaraq onu soylemek lazimdir ki yasayis yerinde qazma yarimqazma ve ciy kerpicden qurulmus evler daha cox ustunluk teskil edir Qazma ve yarimqazma evlerin dosemeleri ve kenarlari gil mehlulla suvanib Tepenin merkez hissesinde askar edilmis yarimqazmalar kenarlarinda yerlesen qazmalara nisbeten kicik diametrlidir Abidenin ciy kerpicden qurulmus evleri ucun divarin uzerinde ve ya arxa hissesinde direk yerlerinin olmasi xarakterikdir Bu da onu gosterir ki divarlar qurulduqdan sonra evin uzeri agac konstruksiya ile ortulmus her iki terefden suvanmisdir Bunu bezi evlerden tapilmis ve uzerinde agac tir ve ya qamis izi olan yanmis suvaq parcalari tesdiq edir Abidede askar edilmis evlerin boyuk ekseriyyeti dairevi planlidir Tikinti xususiyyetlerinden danisarken onu da qeyd etmek lazimdir ki ciy kerpicden tikilmis ve uzeri direklerle ortulmus evlerin merkezinde istinad sutunu olmurdu Bu fikri tikilinin merkezinde olan boyuk olculu manqallar subut edir bele ki manqal direk oldugu halda onu yandira bilerdi Bundan basqa sutunlarin qoyulmasi ucun istifade edilen das da tapilmamisdir Keramika memulatiCaqqallitepe abideler kompleksinden askar olunmus saxsi qab numuneleri Caqqallitepe abidelerinde aparilan qazintilar zamani coxsayli maddi medeniyyet numuneleri elde edilmisdir Abidelerin saxsi memulati coxluq teskil etmekle xususile diqqeti celb edir Ilk olaraq qeyd etmek lazimdir ki Kur Araz medeniyyeti ucun xarakterik olan qara cilali qablara Sabranin ilk tunc dovru abidelerinde cox az rast gelinir Saxsi memulatinin ekseriyyeti qonur boz cilalidir Formalari demek olar ki dovrun diger abidelerinden elde olunmus analoji materiallarla yaxinliq teskil edir ve yalniz bezi xususiyyetlerine gore ferqlenir Ilk novbede ferqli qulplarin oldugunu qeyd etmek lazimdir Kur Araz medeniyyetinin muhum elementlerinden sayilan yarimsar formali qulplarla yanasi ilgekvari orta hisseleri saquli novcali qulplara daha cox rast gelinir Orta hisseleri novcali olan qulplar ve kepeneksekilli rudimentar qulplar esasen xeyre ve kasa tipli qablarda rast gelinir Bezi qablarin bogaz hisselerinde ve ya agiz kenarinda tutacaq rolunu oynayan enli yasti sis cixintilar musahide olunur Bu tip cixintilarin bezilerinin uzerinde ufuqi desiklere rast gelinir Qablarin hazirlanmasi zamani dulus carxindan istifade elametlerini bildiren hec bir ize rast gelinmemisdir Eksine bezi qablarin hazirlanmasi zamani torba usulundan istifade olunmasi elametlerini bildiren saxsi parcalari elde olunmusdur Torba usulu ile hazirlanmis qablarin daxiline sonradan astar cekilmisdir Elde edilen saxsi memulatlarinin bezilerinde astarlarin qopmasi neticesinde hemin qablarin mehz torba usulu ile hazirlandigi mueyyen olunmusdur Arxeoloji qazintilar zamani elde edilmis saxsi memulatinin terkibine geldikde ise keramika memulati esasen terkibine narin ve iri qum hemcinin xirda das parcalari qatilmis gilden hazirlanmisdir Sumuk ve das memulatiSumukden hazirlanmis esyalar Caqqallitepe yasayis yerinde aparilan qazintilarin neticesi olaraq buradan kulli miqdarda sumukden hazirlanmis emek aletleri ve esyalar askar edilmisdir Abideden askar edilmis sumuk aletleri istifade sahesine uygun olaraq umumilikde iki qrupa bolmek olar Birinci qrupa meisetde istifade edilen emek aletlerini ikinci qrupa ise silahlari daxil etmek mumkundur Meisetde istifade olunan sumuk aletlere bizler iyneler iy basliqlari cilalayicilar ve toxa aiddir Tedqiqatlar zamani elde edilen sumukden hazirlanmis ox ucluqlari ise ikinci qrupa daxildir Sumuk aletler yalniz istifade sahesine gore deyil hemcinin formasina gore de bir birinden ferqlenir Hazirlanma formasina gore en cox muxteliflik say baximindan da ustunluk teskil eden bizlerde musahide olunur Bizlerin bir qisminde sumuyun diafizinin bir qismi kesilerek itilenmis epifiz hissesi ise oldugu kimi saxlanmisdir Bezi bizler diafizin iki hisseye bolunerek bir hissesinin islenmesi vasitesile hazirlanmisdir Bele bizler bir cox hallarda yondemsiz sekilde hazirlanmisdir Caqqallitepe abideler kompleksinden askar olunmus sumuk alet numuneleri Bizlerin bir qisminin yuxari hissesi kicik olculu yarimdaire formasinda yonulmusdur Guman edilir ki bu hisse sapin baglanmasi ucun nezerde tutulmusdur Bu bizlerin olcusu cox da boyuk deyil hemcinin uc hissesi de diger bizlere nisbeten daha qalindir Tesvir edilen formada hazirlanan bizler abideden askar edilmis analoji materiallar icerisinde sayca ustunluk teskil edir Qeyd edilen biz formalarindan yalniz sonuncusunu hazirlamaq ucun qelib askar edilmisdir Bu qelibler 2 ededdir ve tuf dasindan hazirlanmislar Onlarin uzerinde bizin formasinda novca sekilli dayaz batiq vardir Guman ki xammal dasin uzerine qoyularaq hemin batiq formasinda yonularaq yuxarida qeyd edilen bizler elde hazirlanmisdir Tedqiqatlar zamani elde edilen sumuk memulati arasinda say baximindan ikinci yeri cilalayicilar tutur Cilalayicilarin bir hissesi duzbucaqli formada hazirlanmisdir Bu cilalayicilarin olculeri cox da boyuk deyil Uzunluqlari 4 6 sm eni 1 2 sm qalinliqlari ise 0 5 1 sm arasinda deyisir Her iki yasti sethleri islenme neticesinde parlaqliq elde etmisdir Cilalayicilarin az bir qisminin uc hisseleri oval sekilde ve birinci qrupa aid edilen cilalama aletlerine nisbeten boyuk olcude hazirlanmisdir Bu tip aletlerin cilalama zamani istifade edilen hissesi tutacaq hisseye nisbeten ensiz ve parlaqdir Onlarin uzunlugu 8 12 sm eni ise 2 3 sm arasinda deyisir Askar olunan cilalayicilar icerisinde biz formali cilalayicilar da maraq dogurur Bunlar ikinci qrupa aid edilen aletlerle muqayisede daha kicik olculudurler Bu aletlerin islenen hissesinin nisbeten ensiz ve iti olmasi onlarin bize oxsadilmasinda esas unsurdur Lakin bu aletlerin iti hissesi bizlerle muqayisede daha kut ve qisadir Caqqalliqtepenin sumuk aletleri icerisinde say baximindan ucuncu yerde ox ucluqlari dayanir Abideden askar edilen ox ucluqlarini oz novbesinde formasina gore iki qrupa bolmek mumkundur Birinci qrupa daxil olan ox ucluqlarinin sonluqlari her iki terefden ensizlesir ve itidir onlarin orta hisseleri ise sonluga nisbeten daha qalin ve enlidir Birinci qrupa daxil olan ox ucluqlarinin uzunluqlari 4 8 sm arasinda deyisir Ikinci qrupa daxil olan ox ucluqlarinda ise saplaq ve esas hisse bir birinden keskin sekilde ferqlenir Bele ki esas hisse saplaga nisbeten daha qalin formada hazirlanmisdir Bele ox ucluqlarinda esas hissenin uzunlugunun saplaq hisseye nisbeti texminen 3 1 e nisbeti kimidir Ox ucluqlarinin umumi uzunlugu 7 9 sm arasinda deyisir Caqqalliqtepe abidesinden arxeoloji qazintilar neticesinde sumukden hazirlanmis 4 eded iy basligi askar edilmisdir Bu iy basliqlari iri buynuzlu heyvanin bud sumuyunun epifiz hissesinden hazirlanmisdir Onlardan 3 sumuk iy basligi yarimsar formalidir Behs edilen aletlerden savayi maral buynuzdan hazirlanmis bir eded toxa bir eded iyne ve bir eded tokin ve ya muncuq askar edilmisdir Sumuk memulatinin tehlili gosterir ki Caqqallitepe sakinleri toxuculuq gon deri isleme sahesinde ixtisaslasmislar Bunu coxlu sayda askar edilen bizler de subut edir Sumukden hazirlanmis ox ucluqlarinin sayinin cox olmasi ise ovculugun da teserrufatda ustun yer tutdugunu soylemeye imkan verir Bundan basqa sumuk tullantilarinin az olmasi hemcinin baliqqulaqlarinin tapilmasi baliqciligin da teserrufatda muhum rol oynadigini gosterir Dasdan hazirlanmis esyalar Caqqallitepe abideler kompleksinden askar edilen das aletler esasen tuf dasi cay dasi ve caxmaqdasindan hazirlanmisdir Bu abidede obsidiana cox az sayda ve islenmemis veziyyetde rast gelinir Arxeoloji qazintilar zamani elde edilen das memulatinin boyuk bir qismini den daslari surtgecler cay dasindan hazirlanmis doyum aletleri teskil edir Bicaq oraq disi kimi aletler ise esasen caxmaqdasindan hazirlanmisdir Abideden elde edilen das memulati sirasina caxmaqdasindan hazirlanmis ox ucluqlari da daxildir Buradan hemcinin dasdan hazirlanmis tokinler de askar edilmisdir Hemcinin baxKur Araz medeniyyeti Maxta abideler kompleksi Serkertepe yasayis yeri Sabran rayonuIstinadlarS H Asurov S A Huseynova F A Eliyeva T V Babayeva I A Nehmetova N V Memmedova A Q Abdullayeva Azerbaycanda arxeoloji tedqiqatlar 2015 2016 Sabran arxeoloji ekspedisiyasinin 2016 ci il tedqiqatlari az Baki AFPoliqrAF 2017 s 129 Nahmatova I A CERAMICS OF NORTHEASTERN AZERBAIJAN OF THE EARLY BRONZE AGE AND THEIR CAUCASIAN PARALLELS Materialy Mezhdunarodnoj nauchnoj konferencii po arheologii Severnogo Kavkaza XXXIII Krupnovskih chtenij posvyashennyh 120 letiyu so dnya rozhdeniya Evgeniya Ignatevicha Krupnova ingilis Moskva 2024 s 102 Nehmetova I A I Caqqallitepe abidesinin tikinti xususiyyetleri Heyder Eliyev 100 Azerbaycanda Arxeologiya Etnoqrafiya ve Antropologiya elmlerinin prioritet meseleleri movzusunda Respublika elmi konfrasinin meqaleler toplusu az Baki 2023 s 219 223 S H Asurov S A Huseynova F A Eliyeva I A Nehmetova N V Memmedova Sabran arxeoloji ekspedisiyasi nin 2017 ci il tedqiqatlarinin hesabati Baki 2018 163 s S H Asurov S A Huseynova F A Eliyeva I A Nehmetova Sabran arxeoloji ekspedisiyasinin 2019 cu il tedqiqatlarinin hesabati az Baki 2019 s 9 S H Asurov S A Huseynova F A Eliyeva I A Nehmetova N V Memmedova Sabran arxeoloji ekspedisiyanin 2018 ci il tedqiqatlarinin hesabati az Baki 2019 s 11 S H Asurov S A Huseynova F A Eliyeva I A Nehmetova Sabran arxeoloji ekspedisiyasinin 2020 ci il tedqiqatlarinin hesabati az Baki 2020 s 6 12 Nehmetova I A Caqqallitepe abidelerinin keramika memulati 2016 2017 ci illerde Caqqallitepe abidelerinde aparilan arxeoloji qazintilarin neticelerine esasen Gence Dovlet Universiteti Elmi xeberler Fundamental humanitar ve tebiet elmleri seriyasi az 2018 2 s 307 308 Nehmetova I A Caqqallitepenin sumuk memulati Azerbaycan Arxeologiyasi ve Etnoqrafiyasi jurnali 2019 2 az Baki s 17 21 Xarici kecidlerSabranda yerlesen Caqqalliqtepe abidesinde yeni maddi medeniyyet numuneleri askarlanib AZTV Caqqalliqtepe abidesinde arxeoloji qazintilar aparilir Arxeloqlar Sabrandaki Caqqalliqtepe abideler kompleksinde qedim nekropolun olmasini ehtimal edir AZERTAC Caqqalliqtepe abidesinde aparilan arxeoloji qazintilar Kur Araz medeniyyetine dair yeni faktlar uze cixarib