Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Xəlil Ağamir oğlu Ağamirov 1897 Qaxbaş Zaqatala dairəsi 1940 Azərbaycan sovet inqilabçısı və dövlət xadimi Türküstan və

Xəlil Ağamirov

Xəlil Ağamirov
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır.

Xəlil Ağamirov
image
image
Azərbaycan SSR xalq meşə sənayesi komissarı
image
1936 – noyabr 1937
image
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
image
iyun 1932 – 1934
image
Azərbaycan SSR xalq təchizat komissarı
image
13 sentyabr 1931 – iyun 1932
Əvvəlkiİsgəndər Əliyev
SonrakıYefim Rodionov
Şəxsi məlumatlar
Doğum tarixi 1897
Doğum yeri
  • Qaxbaş, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi 1940
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (–1937)
Təhsili
  • Azərbaycan Dövlət Universiteti (–1926)

Həyatı

Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur.

1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1919-cu ildən 1920-ci ilin axırınadək Daşkənd partiya təşkilatlarında çalışmışdır. Daşkənd Şəhər Partiya Komitəsinin Rəyasət Heyətinin üzvü və Türküstan MSSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü olmuşdur.

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Xəlil Ağamirov Zaqatala dairəsi inqilab komitəsinin sədri təyin edilmişdir. 1921–1923-cü illərdə o, qəza partiya təşkilatının katibi və icraiyyə komitəsinin sədri olmuşdur. 1923-cü ildən 1926-cı ilin axırınadək Bakı fəhlə fakültəsində, sonra isə Azərbaycan Dövlət Universitetində oxumuşdur.

Xəlil Ağamirov 1927–1928-ci illərdə zəlzələ nəticəsində dağılmış Şamaxı şəhərinin bərpa edilməsində fövqəladə müvəkkil olmuş, 1928–1929-cu illərdə yenidən Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin katibi, 1929–1930-cu illərdə isə Zaqatala-Şəki Mahal İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 1930–1931-ci illərdə "Azərmeyvəşərabbirliyi" idarə heyətinin sədri olmuş, 1931-ci ildə Azərbaycan SSR xalq təchizat komissarı təyin edilmişdir. 1932–1934-cü illərdə Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, 1935-ci ildə Azərbaycan K(b)P Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1936–1937-ci illərdə isə Azərbaycan SSR xalq meşə sənayesi komissarı vəzifələrində işləmişdir.

Xəlil Ağamirov dəfələrlə Azərbaycanın rəhbər partiya və sovet orqanlarının tərkibinə seçilmişdir. 1929–1931-ci illərdə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin, Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Bakı Sovetinin deputatı seçilmişdir.

Həbsi və ölümü

Xəlil Ağamirov Stalin repressiyalarının qurbanı olmuşdur. O, 15 noyabr 1937-ci ildə millətçilik ittihamı ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 5 iyun 1939-cu ildə Xalq Daxili İşlər Komissarlığının xüsusi iclasında 8 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilmiş, 1940-cı ildə orada vəfat etmişdir. Ölümündən sonra, 1956-cı ildə ona bəraət verilmiş və partiya üzvlüyü bərpa edilmişdir.

İstinadlar

  1. Kommynist. № 211 (3326). 14 sentjabr 1931. S. 4.
  2. Х. А. Ағамиров // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 396–397.
  3. Ағамиров Хәлил Ағамир оғлу // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 98–99.
  4. Агамиров Халил Агамир оглы // Открытый список (rus). 2023-03-20 tarixində . İstifadə tarixi: 2023-03-30.

Xarici keçidlər

  • Агамиров Халил Агамир оглы // Справочник по истории Коммунистической партии и Советского Союза (1898–1991) (rus). 2022-08-14 tarixində . İstifadə tarixi: 2018-05-12.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Xelil Agamir oglu Agamirov 1897 Qaxbas Zaqatala dairesi 1940 Azerbaycan sovet inqilabcisi ve dovlet xadimi Turkustan ve Azerbaycanda inqilabi fealiyyet gostermis Azerbaycan SSR xalq mese senayesi komissari 1936 1937 Naxcivan MSSR Merkezi Icraiyye Komitesinin sedri 1932 1934 Azerbaycan SSR xalq techizat komissari 1931 1932 kimi vezifelerde calismis Zaqatala qezasinin rehberlerinden olmusdur Siyasi repressiyaya ugramisdir Xelil AgamirovAzerbaycan SSR xalq mese senayesi komissari1936 noyabr 1937Naxcivan MSSR Merkezi Icraiyye Komitesinin sedriiyun 1932 1934Azerbaycan SSR xalq techizat komissari13 sentyabr 1931 iyun 1932EvvelkiIsgender EliyevSonrakiYefim RodionovSexsi melumatlarDogum tarixi 1897Dogum yeri Qaxbas Zaqatala dairesi Rusiya imperiyasiVefat tarixi 1940Partiya Umumittifaq Kommunist bolsevikler Partiyasi 1937 Tehsili Azerbaycan Dovlet Universiteti 1926 HeyatiXelil Agamir oglu Agamirov 1897 ci ilde Zaqatala dairesinin hazirda Qax rayonu Qaxbas kendinde kendli ailesinde anadan olmusdur Ibtidai tehsilini ikisinifli mektebde almis 8 yasindan muzdurluq etmisdir 1910 cu ilde Bakiya gelerek Kaspi metbeesinde ise girmis 1912 ci iledek burada murettiblik etmis inqilabi edebiyyat yaymaqla mesgul olmusdur 1912 ci il Xelil Agamirov Daskende kocerek Turkustan hokumet metbeesinde islemis ve inqilabi isi davam etdirmisdir 1917 ci ilde polis terefinden izlenerek hebs edilse de bir aydan sonra hebsxanadan qacmis ve hemin ilde bolsevikler partiyasi uzvluyune qebul edilmisdir Turkustan Qizil qvardiyasina konullu yazilmis Kolcak ve Biceraxov terefdarlarina qarsi Ferqane muveqqeti hokumetine qarsi doyuslerde ve Daskend eserlerinin usyani yatirmaqda istirak etmisdir 1919 cu ilde Kolcak ordusuna qarsi doyusler zamani agir yaralanaraq ordudan terxis edilmisdir 1919 cu ilden 1920 ci ilin axirinadek Daskend partiya teskilatlarinda calismisdir Daskend Seher Partiya Komitesinin Reyaset Heyetinin uzvu ve Turkustan MSSR Merkezi Icraiyye Komitesinin uzvu olmusdur 1920 ci ilde Azerbaycanda Sovet hakimiyyetinin qurulmasindan sonra Xelil Agamirov Zaqatala dairesi inqilab komitesinin sedri teyin edilmisdir 1921 1923 cu illerde o qeza partiya teskilatinin katibi ve icraiyye komitesinin sedri olmusdur 1923 cu ilden 1926 ci ilin axirinadek Baki fehle fakultesinde sonra ise Azerbaycan Dovlet Universitetinde oxumusdur Xelil Agamirov 1927 1928 ci illerde zelzele neticesinde dagilmis Samaxi seherinin berpa edilmesinde fovqelade muvekkil olmus 1928 1929 cu illerde yeniden Azerbaycan K b P Zaqatala Qeza Komitesinin katibi 1929 1930 cu illerde ise Zaqatala Seki Mahal Icraiyye Komitesinin sedri vezifelerinde islemisdir 1930 1931 ci illerde Azermeyveserabbirliyi idare heyetinin sedri olmus 1931 ci ilde Azerbaycan SSR xalq techizat komissari teyin edilmisdir 1932 1934 cu illerde Naxcivan MSSR Merkezi Icraiyye Komitesinin sedri 1935 ci ilde Azerbaycan K b P Masalli Rayon Icraiyye Komitesinin sedri 1936 1937 ci illerde ise Azerbaycan SSR xalq mese senayesi komissari vezifelerinde islemisdir Xelil Agamirov defelerle Azerbaycanin rehber partiya ve sovet orqanlarinin terkibine secilmisdir 1929 1931 ci illerde Azerbaycan K b P Merkezi Komitesinin Zaqafqaziya SFSR Merkezi Icraiyye Komitesinin ve Azerbaycan SSR Merkezi Icraiyye Komitesinin Baki Sovetinin deputati secilmisdir Hebsi ve olumu Xelil Agamirov Stalin repressiyalarinin qurbani olmusdur O 15 noyabr 1937 ci ilde milletcilik ittihami ile hebs edilmis ve Umumittifaq Kommunist bolsevikler Partiyasi uzvluyunden cixarilmisdir 5 iyun 1939 cu ilde Xalq Daxili Isler Komissarliginin xususi iclasinda 8 il muddetine azadliqdan mehrum edilerek islah emek dusergesine gonderilmis 1940 ci ilde orada vefat etmisdir Olumunden sonra 1956 ci ilde ona beraet verilmis ve partiya uzvluyu berpa edilmisdir IstinadlarKommynist 211 3326 14 sentjabr 1931 S 4 H A Agamirov Azәrbajҹanda Sovet һakimijjәti ugrunda fәal mүbarizlәr Baky Azәrbajҹan Dovlәt Nәshrijyaaty 1958 seh 396 397 Agamirov Hәlil Agamir oglu Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 S 98 99 Agamirov Halil Agamir ogly Otkrytyj spisok rus 2023 03 20 tarixinde Istifade tarixi 2023 03 30 Xarici kecidlerAgamirov Halil Agamir ogly Spravochnik po istorii Kommunisticheskoj partii i Sovetskogo Soyuza 1898 1991 rus 2022 08 14 tarixinde Istifade tarixi 2018 05 12

Nəşr tarixi: İyun 22, 2024, 18:16 pm
Ən çox oxunan
  • İyul 23, 2025

    Get Ready

  • Avqust 09, 2025

    GMAT

  • Avqust 03, 2025

    Bəluc Respublika Ordusu

  • Avqust 03, 2025

    Bəluc Milliyyətçi Ordusu

  • Avqust 07, 2025

    BƏƏS Partiyası

Gündəlik
  • Fransa

  • 2025 Azərbaycan–Ermənistan sülh bəyannaməsi

  • HƏMAS–İsrail müharibəsi

  • Xürrəm Sultan

  • Gəncə

  • Koka-Kola

  • 10 avqust

  • 1519

  • 2003

  • 9 avqust

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı