Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Beşkilsə monastır kopleksi erm Խծկոնք Khtzkonk Türkiyə Cümhuriyyətinin Qars ilində Ani şəhər xarabalığının 25 km Cənub Q

Beşkilsə monastır kompleksi

Beşkilsə monastır kompleksi
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Beşkilsə monastır kopleksi (erm: Խծկոնք Khtzkonk) – Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığının 25 km Cənub-Qərbində, qaya çıxıntısı üzərində inşa edilmiş möhtəşəm monastır kompleksi.

Beşkilsə monastır kompleksi
Խծկոնք վանք
image
Xəritə
Ölkə image Türkiyə
Şəhər Qars
Yerləşir Ani
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi VII-XIII əsr
Üslubu
image
image
Beşkilsə
image Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kompleksə ümumilikdə hamısı qübbəli və incə şəkildə yonulmuş daşlardan inşa edilmiş beş kilsə daxil olmuşdur: Yəhya peyğəmbər kilsəsi (ermənicə Surb Karapet), Müqəddəs Məryəm ana kilsəsi (ermənicə Surb Astvatsatzin), Müqəddəs Stefanos, və Müqəddəs Sarkis kilsələri. Günümüzə onlardan yalnız Müqəddəs Sarkis kilsəsi çatmış, qalanları isə tədricən müxtəlif təbii amillərin təsiri ilə dağılmışdır. Kilsələrin kompleksə daxil olan binalardan hər hansı birinin inşa tarixini müəyyən etməyə kömək edəcək bir kitabəsi olmamışdır. Monastır XIII əsrdə monqol istilasından sonra tərk edilmişdir.

1878-ci ildə Qars bölgəsinin Çar Rusiyasının işğalı altına düşməsi ilə Beşkilsə kompleksi Erməni Qriqoryan Kilsəsinin himayəsinə verilmişdir. Bu dövrdə kompleksdə müəyyən bərpa işləri aparılmış, monastır yenidən istifadə olunmağa başlamışdır. Həmçinin Müqəddəs Sarkis kilsəsi yaxınlığında uzaqdan gələn qonaqların qalması üçün bir neçə otaqdan ibarət qonaq evi də inşa edilmişdir.

Ermənilərin Osmanlı imperiyasına xəyanəti nəticəsində Qars və ətraf bölgələrdən köçürülmələri qərarı çıxarılana qədər monastır ermənilər tərəfindən istifadə edilmişdir. Köçürülmədən sonra isə bölgə hər kəs üçün qapalı elan olunmuş, kompleksin yerləşdiyi Diqor vadisinə gediş üçün isə xüsusi icazə tələb edilmişdir. Məhz bu dövrdə həm müharibə zamanı aldığı zədələr səbəbiylə, həm də çox güman ki, erməniləri düzgün olmayan bərpaları nəticəsində zəifləmiş, binalar dağılmağa başlamışdır. Belə ki, 1956-cı ildə tarixçilər abidənin olduğu ərazini tədqiq edərkən kompleksdən yalnız Müqəddəs Sarkis kilsəsi qalmışdı və o da qəzalı vəziyyətdə idi. 1989-cu ildə baş verən bir zəlzələdən sonra isə Müqəddəs Sarkis kilsəsinin divarlarında böyük çatlar əmələ gəlmişdir.

Həmişə müəyyən tarixi faktları saxtalaşdırmağa cəhd edən ermənilər bu dəfə də öz adətlərini tətbiq etməyə çalışmışlar. Belə ki, bir çox erməni ziyalıları kompleksin türk əsgərləri tərəfindən partladılaraq dağıdılmasını iddia etmiş və türkləri erməni mədəniyyət nümunələrini məhv etməkdə günahlandırmışlar. Lakin XX əsrin sonlarında Şərqi Anadolunun memarlığını öyrənən tanınmış alim T. A. Sinclair özünün 1987-ci ildə çıxan "Eastern Turkey, an Architectural and Archaeological Survey" kitabında, kompleksə daxil olan binaların tədricən uçduğunu qeyd etmişdir.

Memarlıq xüsusiyyətləri

Yəhya peyğəmbər kilsəsi

Kompleksə daxil olan ən qədim kilsə olub. Tikilmə tarixi təxminən VII – X əsrlərə aid edilir. Lakin çox güman ki, sonrakı dövrdə kilsədə əsaslı bərpa işləri aparılmışdır. Çünki, kilsənin üstünü örtən çətirvari dam XII – XIII əsrlər üçün xarakterikdir. Kilsənin divarındakı ən qədim yazı 1001-ci il (bəzi mənbələrdə 1006) tarixli imiş və Kral Qagikin arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakiminin qızı kraliça Katranidedən bəhs edirmiş. Kilsənin alın hissədən gedən kəmərlərlə dəstəklənən qübbəsi, dörd apsisli iç quruluşu varmış. Dövrümüzə bunlardan yalnız bir divarın kiçik hissəsi və apsislərin təməli çatmışdır.

Məryəm ana kilsəsi

Bu kilsə Yəhya peyğəmbər kilsəsinin Cənub tərəfində inşa edilmişdir. Böyük ehtimal ki, X – XI əsrlərə aid olmuşdur. Bayırdan düzbucaqlı, daxildən iki yan şapel və yarımdairə apsisiylə xaç şəklində olmuşdur. Həmçinin Yəhya peyğəmbər kilsəsi ilə bu kilsə arasında inşa edilmiş bir zalın qalıqları da olmuşdur. Lakin dövrümüzə bunlardan bir şey çatmamışdır.

Müqəddəs Stefanos kilsəsi

Yəhya peyğəmbər kilsəsinin qarşısında, ayrı bir qayanın üstündə inşa edilmiş, ehtimal ki, X – XI əsrlərə aid olmuş bir kilsədir. Bayırdan düzbucaqlı, daxildən iki yan şapel və yarımdairə apsisiylə xaç şəklində olmuşdur. Girişi Cənub divarında, gizli və çətin tapılan şəkildə inşa edilibmiş. Kilsənin ətrafında çoxlu xaçkarların və məzarların olması da qeyd edilir. Günümüzə isə bütün bunlardan yalnız kilsənin təməli çatmışdır.

Müqəddəs Qriqor kilsəsi

Kompleksə daxil olan bütün binaların hamısından Şərqdə yerləşən bu kilsə də təxminən X – XI əsrin tikilisi olmuşdur. Bu kilsənin də ətrafında çoxlu xaçkarların və məzarların olması bəllidir. Həmçinin kilsənin yuxarı hissəsindəki yamacda da orta əsrlər məzarlığı olmuşdur.

Müqəddəs Sarkis kilsəsi

Kompleksə daxil olan ən böyük tikili olan bu kilsə, həm də kompleksdən günümüzə çatan yeganə nümunədir. İnşa tarixi və ya sifarişçisi haqqında kitabələrindən heç birində dəqiq məlumat verilmir. Kilsənin kitabələrindən birində deyilir: "Tanrının adıyla, mən, Qriqorun oğlu Davit, Zəkəriyyənin generalı, 1214-cü ildə müqəddəs Khtzkonk monastırının möhtəşəmliyini gördüm...və mənə məxsus olan Vahanardzeş kəndinin yarısını buraya bağışlayaraq özüm və qəhrəman əsgərlərimdən xatirə olaraq Müqəddəs Sarkisin şərəfinə bir kilsə inşa edilməsini xahiş etdim. Bu abidəyə qarşı çıxan və ya onu əngəlləmək istəyən olarsa, hər nə qədər Tanrının həmdini qazanmış olsa da qoy o lənətlənsin."

image
Müqəddəs Sarkis kilsəsinin daxili görünüşü

XII əsr tarixçisi Anili Samuelə görə isə kilsənin inşası 1025-ci ildə şahzadə Sarkis tərəfindən əmr edilmişdir. Divarlardakı ən qədim kitabə 1033-cü il tarixlidir. 1211-ci il tarixli başqa bir kitabı isə kilsənin müsəlman idarəsi altından çıxmasından bəhs edir.

Kilsə qübbəli, dörd apsisli, mərkəz planlı və bayırdan dairəvidir. Qübbə, aşırımlarla dəstəklənmiş alın üzərinə oturdulmuşdur. Bu qübbənin yarımbucaq çətiri xatırladan damı da vardır. Əgər bu dam da 1025-ci il tarixlidirsə, o zaman bu erməni memarlığında bu tip damın ən qədim örnəyidir.

Daxildən dörd küncün hər birində kiçik otaqlar vardır. Otaqların alt qatları şapeldir. İç divarın yuxarı hissəsindəki balaca və girişi çətin olan girişdən yuxarıdakı otağa keçilirmiş. Böyük ehtimalla bu otaqlardan dəyərli əşyaları saxlamaq və dama keçmək üçün istifadə edilmişdir.

Hər apsisdə bir pəncərə vardır. Daxildə bu pəncərələr olduqca qeyri – adi görüntü yaradır. Onlar apsisin divarına basdırılmış sütunların üzərində oturdulmuş əyri alınlıq kimi görünür. Kolonla alınlıq arasındaysa çevrilmiş taxta silindr kənarlıqları xatırladan qəribə sütun pərvazları vardır. Pərvazların yuxarı hissəsi kilsənin iç divarlarının yuxarı hissəsini tamamilə örtən xəttlərlə bəzədilmişdir. Bu cür inşa tərzi də erməni memarlığı üçün yaddır.

Bayır divarlar kilsənin üzünü iyirmi hissəyə bölən yarımkəmərlər silsiləsi ilə əhatə edilmişdir. Kəmərlərin arasındakı düz divar səthlərinə isə qədim kitabələr həkk edilmişdir.

Mənbə

  • Beşkilsə monastır kompleksi

Xarici keçidlər

  • The Monastery օf Khtzkonk on VirtualAni.org
  • Gagik Arzumanyan's photo gallery Arxivləşdirilib 2013-01-03 at Archive.today
  • Image gallery of Khtzkonk
  • Images from 1968 at the Gateway to Armenian Cultural Heritage website

Həmçinin bax

    wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

    Beskilse monastir kopleksi erm Խծկոնք Khtzkonk Turkiye Cumhuriyyetinin Qars ilinde Ani seher xarabaliginin 25 km Cenub Qerbinde qaya cixintisi uzerinde insa edilmis mohtesem monastir kompleksi Beskilse monastir kompleksiԽծկոնք վանք40 22 50 sm e 43 22 35 s u Olke TurkiyeSeher QarsYerlesir AniAidiyyati Ermeni Qriqoryan KilsesiTikilme tarixi VII XIII esrUslubuBeskilse Vikianbarda elaqeli mediafayllarTarixiKomplekse umumilikde hamisi qubbeli ve ince sekilde yonulmus daslardan insa edilmis bes kilse daxil olmusdur Yehya peygember kilsesi ermenice Surb Karapet Muqeddes Meryem ana kilsesi ermenice Surb Astvatsatzin Muqeddes Stefanos ve Muqeddes Sarkis kilseleri Gunumuze onlardan yalniz Muqeddes Sarkis kilsesi catmis qalanlari ise tedricen muxtelif tebii amillerin tesiri ile dagilmisdir Kilselerin komplekse daxil olan binalardan her hansi birinin insa tarixini mueyyen etmeye komek edecek bir kitabesi olmamisdir Monastir XIII esrde monqol istilasindan sonra terk edilmisdir 1878 ci ilde Qars bolgesinin Car Rusiyasinin isgali altina dusmesi ile Beskilse kompleksi Ermeni Qriqoryan Kilsesinin himayesine verilmisdir Bu dovrde kompleksde mueyyen berpa isleri aparilmis monastir yeniden istifade olunmaga baslamisdir Hemcinin Muqeddes Sarkis kilsesi yaxinliginda uzaqdan gelen qonaqlarin qalmasi ucun bir nece otaqdan ibaret qonaq evi de insa edilmisdir Ermenilerin Osmanli imperiyasina xeyaneti neticesinde Qars ve etraf bolgelerden kocurulmeleri qerari cixarilana qeder monastir ermeniler terefinden istifade edilmisdir Kocurulmeden sonra ise bolge her kes ucun qapali elan olunmus kompleksin yerlesdiyi Diqor vadisine gedis ucun ise xususi icaze teleb edilmisdir Mehz bu dovrde hem muharibe zamani aldigi zedeler sebebiyle hem de cox guman ki ermenileri duzgun olmayan berpalari neticesinde zeiflemis binalar dagilmaga baslamisdir Bele ki 1956 ci ilde tarixciler abidenin oldugu erazini tedqiq ederken kompleksden yalniz Muqeddes Sarkis kilsesi qalmisdi ve o da qezali veziyyetde idi 1989 cu ilde bas veren bir zelzeleden sonra ise Muqeddes Sarkis kilsesinin divarlarinda boyuk catlar emele gelmisdir Hemise mueyyen tarixi faktlari saxtalasdirmaga cehd eden ermeniler bu defe de oz adetlerini tetbiq etmeye calismislar Bele ki bir cox ermeni ziyalilari kompleksin turk esgerleri terefinden partladilaraq dagidilmasini iddia etmis ve turkleri ermeni medeniyyet numunelerini mehv etmekde gunahlandirmislar Lakin XX esrin sonlarinda Serqi Anadolunun memarligini oyrenen taninmis alim T A Sinclair ozunun 1987 ci ilde cixan Eastern Turkey an Architectural and Archaeological Survey kitabinda komplekse daxil olan binalarin tedricen ucdugunu qeyd etmisdir Memarliq xususiyyetleriYehya peygember kilsesi Komplekse daxil olan en qedim kilse olub Tikilme tarixi texminen VII X esrlere aid edilir Lakin cox guman ki sonraki dovrde kilsede esasli berpa isleri aparilmisdir Cunki kilsenin ustunu orten cetirvari dam XII XIII esrler ucun xarakterikdir Kilsenin divarindaki en qedim yazi 1001 ci il bezi menbelerde 1006 tarixli imis ve Kral Qagikin arvadi Qafqaz Albaniyasinin Sunik vilayetinin hakiminin qizi kralica Katranideden behs edirmis Kilsenin alin hisseden geden kemerlerle desteklenen qubbesi dord apsisli ic qurulusu varmis Dovrumuze bunlardan yalniz bir divarin kicik hissesi ve apsislerin temeli catmisdir Meryem ana kilsesi Bu kilse Yehya peygember kilsesinin Cenub terefinde insa edilmisdir Boyuk ehtimal ki X XI esrlere aid olmusdur Bayirdan duzbucaqli daxilden iki yan sapel ve yarimdaire apsisiyle xac seklinde olmusdur Hemcinin Yehya peygember kilsesi ile bu kilse arasinda insa edilmis bir zalin qaliqlari da olmusdur Lakin dovrumuze bunlardan bir sey catmamisdir Muqeddes Stefanos kilsesi Yehya peygember kilsesinin qarsisinda ayri bir qayanin ustunde insa edilmis ehtimal ki X XI esrlere aid olmus bir kilsedir Bayirdan duzbucaqli daxilden iki yan sapel ve yarimdaire apsisiyle xac seklinde olmusdur Girisi Cenub divarinda gizli ve cetin tapilan sekilde insa edilibmis Kilsenin etrafinda coxlu xackarlarin ve mezarlarin olmasi da qeyd edilir Gunumuze ise butun bunlardan yalniz kilsenin temeli catmisdir Muqeddes Qriqor kilsesi Komplekse daxil olan butun binalarin hamisindan Serqde yerlesen bu kilse de texminen X XI esrin tikilisi olmusdur Bu kilsenin de etrafinda coxlu xackarlarin ve mezarlarin olmasi bellidir Hemcinin kilsenin yuxari hissesindeki yamacda da orta esrler mezarligi olmusdur Muqeddes Sarkis kilsesi Komplekse daxil olan en boyuk tikili olan bu kilse hem de kompleksden gunumuze catan yegane numunedir Insa tarixi ve ya sifariscisi haqqinda kitabelerinden hec birinde deqiq melumat verilmir Kilsenin kitabelerinden birinde deyilir Tanrinin adiyla men Qriqorun oglu Davit Zekeriyyenin generali 1214 cu ilde muqeddes Khtzkonk monastirinin mohtesemliyini gordum ve mene mexsus olan Vahanardzes kendinin yarisini buraya bagislayaraq ozum ve qehreman esgerlerimden xatire olaraq Muqeddes Sarkisin serefine bir kilse insa edilmesini xahis etdim Bu abideye qarsi cixan ve ya onu engellemek isteyen olarsa her ne qeder Tanrinin hemdini qazanmis olsa da qoy o lenetlensin Muqeddes Sarkis kilsesinin daxili gorunusu XII esr tarixcisi Anili Samuele gore ise kilsenin insasi 1025 ci ilde sahzade Sarkis terefinden emr edilmisdir Divarlardaki en qedim kitabe 1033 cu il tarixlidir 1211 ci il tarixli basqa bir kitabi ise kilsenin muselman idaresi altindan cixmasindan behs edir Kilse qubbeli dord apsisli merkez planli ve bayirdan dairevidir Qubbe asirimlarla desteklenmis alin uzerine oturdulmusdur Bu qubbenin yarimbucaq cetiri xatirladan dami da vardir Eger bu dam da 1025 ci il tarixlidirse o zaman bu ermeni memarliginda bu tip damin en qedim orneyidir Daxilden dord kuncun her birinde kicik otaqlar vardir Otaqlarin alt qatlari sapeldir Ic divarin yuxari hissesindeki balaca ve girisi cetin olan girisden yuxaridaki otaga kecilirmis Boyuk ehtimalla bu otaqlardan deyerli esyalari saxlamaq ve dama kecmek ucun istifade edilmisdir Her apsisde bir pencere vardir Daxilde bu pencereler olduqca qeyri adi goruntu yaradir Onlar apsisin divarina basdirilmis sutunlarin uzerinde oturdulmus eyri alinliq kimi gorunur Kolonla alinliq arasindaysa cevrilmis taxta silindr kenarliqlari xatirladan qeribe sutun pervazlari vardir Pervazlarin yuxari hissesi kilsenin ic divarlarinin yuxari hissesini tamamile orten xettlerle bezedilmisdir Bu cur insa terzi de ermeni memarligi ucun yaddir Bayir divarlar kilsenin uzunu iyirmi hisseye bolen yarimkemerler silsilesi ile ehate edilmisdir Kemerlerin arasindaki duz divar sethlerine ise qedim kitabeler hekk edilmisdir MenbeBeskilse monastir kompleksiXarici kecidlerThe Monastery օf Khtzkonk on VirtualAni org Gagik Arzumanyan s photo gallery Arxivlesdirilib 2013 01 03 at Archive today Image gallery of Khtzkonk Images from 1968 at the Gateway to Armenian Cultural Heritage websiteHemcinin bax

    Nəşr tarixi: İyun 22, 2024, 14:03 pm
    Ən çox oxunan
    • Fevral 22, 2025

      Qucarati

    • İyun 05, 2025

      Quba rayonunun tarix-memarlıq abidələrinin siyahısı

    • Yanvar 23, 2025

      Quba döyüşü

    • İyun 09, 2025

      Quba BK

    • May 07, 2025

      Quzuların səssizliyi (film)

    Gündəlik
    • Ensiklopediya

    • Antikommunizm

    • Ukraynada elm

    • Rusiyada azərbaycanlılara qarşı insident (2025)

    • Dioqo Jota

    • Sovet İttifaqı Qəhrəmanı

    • 1846

    • Kaliforniya

    • 8 iyul

    • İlin günlər

    NiNa.Az - Studiya

    • Vikipediya

    Bülletendə Qeydiyyat

    E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
    Əlaqədə olmaq
    Bizimlə əlaqə
    DMCA Sitemap Feeds
    © 2019 nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüququ: Dadaş Mammedov
    Yuxarı