Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər.

Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers).
Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu.
Təsirlənib
Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir:
- Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri;
- Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları;
- Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Qalereya
- Anjelika Kauffmanın Adam qardaşlarının yaratdığı interyerlər üçün çəkdiyi rəsm nümunəsi
- Robert Adam tərəfindən 1761-ci ildə dizayn edilmiş "Osterli park"ın interyeri
- Robert Adam tərəfindən 1777-ci ildə dizayn edilən "Hom haus"un pilləkən qəfəsi
- Robert və Ceyms Adam tərəfindən 1778-ci ildə "Syon haus"un zalı üçün hazırlanmış dizayn
- Adam qardaşları tərəfindən 1778-ci ildə dizayn edilmiş Derbi hausun tavanı
İstinadlar
- Eileen Harris, The Furniture of Robert Adam
Ədəbiyyat
- Spencer-Churchill, Henrietta (1997) Classic Georgian Style, Collins & Brown,
- Harris, Eileen (2001) The Genius of Robert Adam: His Interiors
- Parissien, Steven (1992) Adam Style, Phaidon,
Xarici keçidlər
Vikianbarda Robert və Ceyms Adam ilə əlaqəli mediafayllar var.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Adam stili ve ya Adamesk ve Adam qardaslarinin uslubu 18 ci esre aid neoklassik interyer dizayni ve memarliq stili Sotlandiyali uc qardas Con Adam 1721 1792 Robert Adam 1728 1792 ve Ceyms Adam 1732 1794 terefinden tetbiq olunmusdur Onlardan son ikisi bu sahede daha meshur idiler Londonun Derbi Haus ucun hazirlanmis detallar Adam qardaslarinin dekorativ dizayni Adam qardaslari ilk defe olaraq memarliq ve interyer ucun kompleks stil teklif etmisdiler divarlar tavanlar kaminler mebeller cilciraqlar ve xalcalar Adam qardaslari terefinden vahid ortaq sxem esasinda hazirlanirdi Ekser hallarda sehven Adams stili adi ile taninsa da bu memarliq ve mebel stili ucun duzgun termin Adam qardaslarinin uslubu dur ing Style of the Adam Brothers Adam stili 1760 ci illerin sonlarindan etibaren 18 ci esr Ingiltere Sotlandiya ve Rusiyasinda ali ve orta tebeqeye aid iqametgahlarda ve Istiqlal muharibesinden sonra ABS de ozune yer tapdi Rusiyada bu stil sotland memari Carlz Kameron terefinden teqdim edilmisdi ABS de ise Federal stil adi ile taninmaga basladi ve ferqli xususiyyetler qazandi 1795 ci ilden etibaren Adam stili Regent stili ve fransiz ampir stili ile evez olundu TesirlenibAdam stili esasen asagidakilardan tesirlenmisdir Qazintilar zamani yenice tapilan Qedim Roma dovrune aid Pompeya ve Herkulanum seherlerindeki freskalar ve divar resmleri Qazintilar zamani tapilan coxsayli qara ve qirmizi etrusk yunan vazalari Britaniyada Ceyms Stuart ve Nikolas Revetin 1762 ci ilde nesr olunan Afina qedimlikleri kitabindan ve diger bu kimi nesrlerden melum olan klassik yunan memarligi QalereyaAnjelika Kauffmanin Adam qardaslarinin yaratdigi interyerler ucun cekdiyi resm numunesi Robert Adam terefinden 1761 ci ilde dizayn edilmis Osterli park in interyeri Robert Adam terefinden 1777 ci ilde dizayn edilen Hom haus un pilleken qefesi Robert ve Ceyms Adam terefinden 1778 ci ilde Syon haus un zali ucun hazirlanmis dizayn Adam qardaslari terefinden 1778 ci ilde dizayn edilmis Derbi hausun tavaniIstinadlarEileen Harris The Furniture of Robert AdamEdebiyyatSpencer Churchill Henrietta 1997 Classic Georgian Style Collins amp Brown ISBN 1 85585 428 7 Harris Eileen 2001 The Genius of Robert Adam His Interiors ISBN 0 300 08129 4 Parissien Steven 1992 Adam Style Phaidon ISBN 0 7148 2727 4Xarici kecidlerVikianbarda Robert ve Ceyms Adam ile elaqeli mediafayllar var