Verdicanan Qadınəfəndi
Verdicanan Qadınəfəndi (d. 1826 - ö. 9 noyabr 1889) — 31. Osmanlı sultanı Əbdülməcidin yeddinci xanımı.
Verdicanan Qadınəfəndi | |
---|---|
امرأة فيردي السماوية | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suxumi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Atası | Kaytuk bəy Açba |
Anası | Yelizaveta xanım |
Həyat yoldaşı | I Əbdülməcid |
Uşaqları | Münirə Sultan Əhməd Kəmaləddin Əfəndi |
Həyatı
Verdicanan xanım 1826-cı ildə Suxumidə abxaz əsilli ailədə dünyaya gəldi. Əsl adı Saliha idi. Atası Kaytuk bəy Açba, anası isə Yelizaveta idi. Özündən başqa İslam və Əhməd adlı 2 qardaşı, Pərəmrüz və Əmbruvaz adlı 2 bacısı vardı. Sultan Əbdülhəmidin xanımlarından Fatma Pəsənd xanımın böyük bibisi idi. 17 yaşlı Saliha 1843-cü ildə İstanbula gətirildi və Osmanlı sarayına təslim edildi. Əvvəlcə adı dəyişdirilərək Verdicanan qoyuldu. Bir il sonra isə siyasi məqsədlərlə Sultan Əbdülməcidlə evləndirildi. Padşahın altıncı qadınəfəndisi olaraq sarayda nüfuz qazanan Verdicanan xanım dərhal bütün ailəsini saraya aldırrdı. Qardaşı İslam bəyin oğlu Rasim bəy saray həkimi olmuş, digər qardaşı Əhməd bəyin oiğlu Osman bəy isə Sultan Əbdüləzizin saray xidmətçisi idi.
1844-cü ildə ilk övladı Münirə Sultanı Topqapı sarayında dünyaya gətirdi. 1845-ci ilin avqustunda padşahın xanımlarından Düzdidil xanımın vəfatının ardından sarayda beşinci qadınəfəndiliyə yüksəldi. İkinci övladı Şahzadə Əhməd Kəmaləddin Əfəndini isə 1848-ci ildə Çırağan sarayında dünyaya gətirdi. 1851-ci ildə dördüncü, 1853-cü ildə isə üçüncü qadınəfəndi oldu. 1861-ci ildə əri Sultan Əbdülməcidin vəfatının ardından övladlarıyla birlikdə Fəriyə sarayına göndərildi. Padşahın digər xanımı Gülüstü xanımın 1865-ci ildə vəfat etməsindən sonra qızı Mədiha Sultanı da himayəsinə götürmüşdür. Mədiha Sultanın 1879-cu ildə Samipaşazadə Nəcib bəylə evlənməsində mühüm rol oynadı.
Verdicanan xanım 9 noyabr 1889-cu ildə Fəriyə sarayında vəfat etdi və Yeni məsciddə dəfn olundu.
Övladları
- Münirə Sultan (d. 9 dekabr 1844 - ö. 29 iyun 1862)
- Əhməd Kəmaləddin Əfəndi (d. 16 iyul 1848 - ö. 26 aprel 1905)
Mənbə
- https://archive.org/details/sicilliosmani01sruoft
- Osman Selaheddin Osmanoğlu, Ertuğrul Osman (1999). Osmanli Devleti'nin Kuruluşunun 700. Yılında Osmanlı Hanedanı. Islâm Tarih, Sanat ve Kültür Araştırma Vakfı. ISBN 978-9-757-87408-9.
- Ali Vâsıb (2004). Bir Şehzadenin hâtırâtı: vatan ve menfâda gördüklerim ve işittiklerim. YKY. ISBN 978-9-750-80878-4.