Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (osm. روز المرأة; 1831, Suxumi, Abxaziya knyazlığı – 1861, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası.
Gülüstü Qadınəfəndi | |
---|---|
osm. روز المرأة | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1831 |
Doğum yeri | |
Vəfat tarixi | 1861 |
Vəfat yeri | |
Vəfat səbəbi | yoluxucu xəstəlik[d] |
Dəfn yeri | Gülüstü Qadınəfəndi türbəsi |
Atası | Tahir Şervaşidze |
Anası | Afifə Lakerba |
Həyat yoldaşı | Əbdülməcid |
Uşaqları | Zəkiyə Sultan Fəhimə Sultan Mədiha Sultan VI Mehmed Vahidəddin |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Gülüstü Qadınəfəndi 1831-ci ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afifə xanım Lakerbadır. Saraya necə alındığı məlum deyil. Saraya alındıqdan sonra adı dəyişdirildi. Sarayda mükəmməl təlim-tərbiyə aldı. 1855-ci ildə Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir. Sultan Əbdülməcidin qızlarının dəfn olunduğu Fateh məscidindəki Gülüstü Qadınəfəndi türbəsinə dəfn edilmişdir.
Oğlu Mehmed Vahidəddin Əfəndi anasının ölümündən 57 il sonra taxta çıxmış, bu səbəblə Gülüstü Qadınəfəndi validə sultan ola bilməmişdir.
Övladları
- Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856)
- Fəhimə Sultan (d. 24 fevral 1855 - ö. 10 dekabr 1856)
- Mədiha Sultan
- VI Mehmed Vahidəddin
Mənbə
- Harun Açba (2007). Kadın efendiler: 1839-1924
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, sayfa: 438
- http://www.kenthaber.com/marmara/istanbul/fatih/Rehber/turbeler/gulustu-munire-valide-sultan-turbesi