Salehə Dilaşub Sultan
Salehə Dilaşub Validə Sultan (d. 1627 – ö. 4 dekabr 1689) — Sultan I İbrahimin hasəkisi və Sultan II. Süleymanın anasıdır.
Salehə Dilaşub Validə Sultan | |
---|---|
صليحة ديلاسوب سلطان | |
| |
Sələfi | Turhan Xədicə Sultan |
Xələfi | Xədicə Müəzzəz Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1627 |
Vəfat tarixi | |
Vəfat yeri | Sultan Süleyman türbəsi, Süleymaniyyə külliyəsi |
Dəfn yeri | |
Həyat yoldaşı | I İbrahim |
Uşaqları | II Süleyman, Ümmü Gülsüm Sultan, Ayşə Sultan |
Hasəki Sultanlıq dövrü
Salehə Sultanın saraya nə vaxt alındığı və milliyyəti bilinmir. Sultan I. İbrahimin Telli Hümaşahdan sonra ən çox sevdiyi hasəkisi olmuşdur. Ancaq I. İbrahimin vəfatı ilə saraydakı gücü zəiflədi. Belə ki, taxta mərhum sultanın digər hasəkisindən olan oğlu IV. Mehmed oturmuşdu. Buna baxmayaraq qaynanası Kösəm Sultan tərəfindən daim qorundu. Hətta Kösəm Sultanın planlarına görə gecə ikən saray çevrilişi olmalı və 7 yaşlı Sultan IV Mehmed öldürülərək yerinə Salehə Sultanın oğlu şahzadə Süleyman taxta oturmalı idi. Ancaq saray ağalarından birinin bu sui qəsdi gizlicə eşidib Turhan Xədicə Validə Sultana çatdırması ilə, plan tərsinə cərəyan etmiş və Mahpeykər Kösəm Sultan otağında Xədicə Sultanın adamları tərəfindən boğularaq öldürülmüşdür. Və bununla da Salehə Dilaşub Sultan saraydakı yeganə tərəfdaşını da itirmiş və bu hadisədən qısa zaman sonra 39 il boyunca sürgün həyatı yaşayacağı Köhnə Saraya göndərilmişdir.
Validə Sultanlıq dövrü
1687-ci ildə oğlu Sultan II. Süleymanın taxta çıxması ilə Validə Sultan elan edildi. Oğlunun 4 illik səltənətinin ilk 2 ilində güclü bir validə sultan oldu. Oğlunun səltənəti dövründə ona "Salehə Dila Sultan Həzrətləri" olaraq xitab edilirdi. 3 yanvar 1690 tarixində vəfat etdi və Süleymaniyyə külliyəsində Sultan Süleymanın türbəsində dəfn edilmişdir.