Wikipedia
Əhmədli (Laçın)
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd.
Əhmədli | |
---|---|
39°41′16″ şm. e. 46°16′59″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
Ağoğlan çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar.
Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Abidələri
Kənddəki körpü Seyid Əmir körpüsü adlanır
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Əhalisi
Tanınmışları
- Hüseyn Kürdoğlu - şair
- Şirindil Alışanlı - alim, filoloq
- Köçəri İsmayılov - tibb elmləri namizədi
- Nazim Əhmədli - şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Əhmədli (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 252. ISBN 978-9952-34-155-3.
- Faiq İsmayılov. Laçın rayonunun tarixi abidələri haqqında[ölü keçid]
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |