Fərhad Qaraşov
Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı, Azərbaycan SSR) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır
Fərhad Qaraşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Arif Qaraşov |
Anası | Rəmziyyə Qaraşova |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | ADİU, BDU |
Fəaliyyəti | Biznes, İctimai fəaliyyət, Brendinq fəaliyyəti |
Mükafatları | |
Saytı | www.pomegranate.az |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur.
1992-2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007-2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir.
2007-2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur.
2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.
2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır.
2016-2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
2017-ci ildə "Kapital Bank" ASC-nin Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatı sədri, daha sonra YAP Nəsimi təşkilatının Gənclər birliyinin sədr müavini seçilmişdir.
2009-2017-ci illər arasında "Kapital Bank" ASC-nin müxtəlif filiallarında müdir müvini və müdir vəzifələrində işləmişdir.
Ailəlidir. İki övladı var.
İctimai fəaliyyəti
2017-ci ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri seçilmişdir.
2018-ci ilin iyul ayında "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi"-nin Müşahidə Şurasının və noyabr ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri seçilmişdir.
2019-cu ilin iyul ayında Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) üzvü seçilib.
Elmi və yaradıcı fəaliyyəti
2012-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində "Aqrar sahədə innovativ və dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasının prioritetləri" mövzusunda müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Kənd təsərrüfatı məhsulları arasında ən sevimli meyvələrdən birinin, "Made in Azerbaijan" brendi olan Originarın yəni nar markasının yaradıcısıdır.
Soyağacı
- Milli qəhrəman Aqil Quliyevin bacısı oğludur.
- Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş sədri Arif Qaraşovun oğludur.
Mükafatları
- 3 iyun 2019-cu ildə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim olunan "Tərəqqi" medalına layiq görülüb.
- İSNİ 2019 — Fərhad Qaraşova beynəlxalq səviyyəli sertifikat təqdim olundu.
Qalereya
ANİİA-nın sədri Fərhad Qaraşov AMEA-nın prezidenti Akif Əlizadəyə "Azərbaycan Narı" döş nişanını təqdim edərkən çəkilən fotoşəkil.
ANİİA-nın sədri Fərhad Qaraşovun Azərbaycan telekanallarına verdiyi müsahibə zamanı çəkilən fotoşəkili.
ANİİA-nın sədri Fərhad Qaraşov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb və ona Nar rəsm əsərini hədiyyə edib.(İsrail mütəxəssisləri Azərbaycanda narçılığın inkişafı üçün seminar təşkil edib).
ANİİA-nın sədri Fərhad Qaraşov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşərkən çəkilən fotoşəkili.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev ANİİA-nın sədri Fərhad Qaraşova "İlin Ən Fəal Assosiasiyası" mükafatını təqdim edib.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Azərbaycanda böyük nar emalı kompleksi tikiləcək
- KOBİA yanında İctimai Şuranın iclası keçirilib
- Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və KOBİA İctimai Şurasının sədri
- Azərbaycan narının brendi yaradılır
- İlham Əliyev XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub. president.az, 16.05.2018 (az.)
- XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura yaradılıb
- cbc.az "Made in Azerbaijan" məhsulu əsasən MDB ölkələrinə, Avropaya, az miqdarda olsa da ABŞ və Avstraliyaya ixrac olunub.
- İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş DİSSERTASİYA
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. (az.)
- Fərhad Qaraşova beynəlxalq səviyyəli sertifikat təqdim olundu (az.)
Xarici keçidlər
- Fərhad Qaraşov — Instagram səhifəsi
- Fərhad Qaraşov — Facebook səhifəsi
- Fərhad Qaraşov — Twitter səhifəsi
- Lider Tv - Heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyənləşib.
- Neft-Kimya Prosesləri İnstitutu ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
- Neft-Kimya Prosesləri İnstitutunun alimləri ANİİA ilə bağlanmış əməkdaşlıq memorandumuna əsasən Kürdəmir rayonu ərazisində salınmış nar bağı sahələrində olmuşlar.
- Fərhad Qaraşovun Azərbaycanda Nar istehsalatının inkişaf etdirilməsi naminə, Nar tullantılarının emalı ilə əlaqədar müsahibəsi.
- KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib. 23.01.2020
- Fərhad Qaraşov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası adından koronavirus pandemiyasının (COVID-19) qarşısının alınması və kənd təsərrüfatına olan qayğısı istiqamətində ölkə Prezidentinə təşəkkür məktubu göndərdi. — President.az 11 may 2020
- "BUSINESS TIME" Журнал (Казахстан и Азербайджан: стратегическое партнерство — на странице 36-38 есть статья об упомянутом человеке.)/2020. (rus.)
- Fərhad Qaraşov Cənab Ali Baş Komandana təşəkkür məktubu göndərdi. — President.az 11 oktyabr 2020
- Azerbaycan narı UNESCO'nun Somut Olmayan Kültürel Miras listesinde. — cnnturk.com 23 dekabr 2020 (türk.)