Fatma Ülviyyə Sultan
Fatma Ülviyyə Sultan və ya Fatma Ülviyyə Gərmiyanoğlu (d. 12 sentyabr 1892, İstanbul – ö. 25 yanvar 1967 ) — son Osmanlı sultanı VI Mehmedin böyük qızıdır.
Fatma Ülviyyə Sultan | |
---|---|
فاطمة سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | |
Atası | VI Mehmed |
Anası | Əminə Nazikəda Qadınəfəndi |
Həyat yoldaşı | İsmayıl Haqqı Oktay |
Uşağı | Hümeyra xanım Sultan |
Həyatı
12 sentyabr 1892 tarixində Ortaköy Sarayında dünyaya gəldi. Atası son Osmanlı padşahı VI Mehmed Vahdəddin, anası isə Əminə Nazikəda Qadınəfəndidir. Adını əmisi II Əbdülhəmidin yanaraq ölən qızı Ülviyyə Sultandan almışdır.
Son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı Tofiq bəy ilə atasının vəliəhdliyi dönəmində evləndirilmişdir. Bu evlilikdən Hümeyra xanım Sultan dünyaya gəldi. Haqqı Tofiq bəyin İstiqlal döyüşünə qatılması səbəbilə VI Mehmed qızını boşadı. Fatma Ülviyyə Sultan ikinci nigahını Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu bağladı. Bu evlilikdən övladı olmadı.
1924-cü ildə Türkiyə Cümhuriyyəti tərəfindən qəbul edilən qərarla qızıyla birlikdə ölkəni tərk etdi. Atası VI Mehmedlə birlikdə İtaliyanın Sanremo qəsəbəsində məskunlaşdı. Atasının vəfatının ardından Avropanın bir neçə ölkəsini gəzdi və sonunda Misirə getdi. 1960-cı illərdə qəbul edilən əfv qanunu ilə Türkiyəyə geri döndü. Bir neçə il sonra 25 yanvar 1967 tarixində İzmirdə vəfat etdi. Cənazəsi İstanbula gətirilərək Çəngəlköy Məzarlığına dəfn edildi.