Bəydövül
Bəydövül — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.
Bəydövül | |
---|---|
40°30′40″ şm. e. 47°54′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göyçay rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1422 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2313 |
Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Göyçay rayonunun mərkəzindən cənub-şərqdə, Şilyan çayının sol sahilində, Alpout, Alıkənd və Veysəlli kəndlərin yaxınlığında, Şirvan düzündə yerləşir.
Toponomikası
Oykonim Bəydəvil, Bədəvil (1917), Bədövül (1961) variantlarında da işlənir. “Bədo” (Azərbaycan dilində “qaçağan at”; “pis iyli su”) və “vil” ( yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəldilib, “pis qoxulu suyu olan yer” mənasındadır. Azərbaycanın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su mənbələrindən biri kəndin ərazisində olduğu üçün belə alanmışdır. Toponim “bəy dövləti”, “bəyə məxsus olan mülk” mənasında da yozulur.
Əhalisi
Əhalisinin sayı 1422 (2009) nəfərdir.
Məşğuliyyəti
Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq və bağçılıqla məşğul olur.
Şəxsiyyətləri
- Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) - Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinomatoqraflar ittifaqının üzvü.
Həmçinin bax
İstinadlar
- Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Bəydövül // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 35. ISBN 978-9952-34-155-3.
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |