Azad Hümbətov
Azad Arif oğlu Hümbətov (24 yanvar 1996, Bakı – 27 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra).
Azad Hümbətov | |
---|---|
azərb. Azad Arif oğlu Hümbətov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 27 oktyabr 2020 (24 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | Qarabağ döyüşləri (2020) |
Təltifləri | |
Həyatı
Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir.
Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır.
2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu.
Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır.
İkinci Qarabağ müharibəsində iştirakı
Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.
Tank tağımı komandiri olan Azad Hümbətov öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi.
Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikinin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxara bilmişdi. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır.
Ailəsi isə onun yaralı vəziyyətdə olmasından, müalicəsini yarımçıq qoyub yenidən döyüş meydanına qayıtmasından yalnız şəhid olandan sonra xəbər tutur. Onu da qeyd edək ki, döyüşlər zamanı rəhbəri olduğu tank bölüyündən, ona ehtiyac olan piyada döyüş bölüyünə rəhbər təyin edilir.
27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Şəhid Azad Hümbətova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Təltifləri
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə 9 dekabr 2020-ci ildə Hümbətov Azad Arif oğluna (ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş leytenant Hümbətov Azad Arif oğlu (ölümündən sonra) 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- Araz Yaquboğlu. "Azad Qarabağın Azad Qəhrəmanı" (az.). goyce.az. 2021-01-23. 2021-01-26 tarixində . İstifadə tarixi: 2021-01-24.
- "Azad üçrəngli bayrağımızı qürurla dalğalandıranlardan idi", "Açıq Səma" qəzeti, N-03(133) dekabr 2020
- Kamran. "Hünər məktəbimizin yeni səhifəsi - Hümbətov Azad Arif oğlu" (az.). shehidlik-zirvesi.az. 2020-10-28. 2020-12-11 tarixində . İstifadə tarixi: 2020-12-11.
- II Qarabağ müharibəsinin şəhidi, baş leytenant Azad Hümbətova məxsus materiallar Muzeyə daxil olub
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-12-09. 2020-12-11 tarixində . İstifadə tarixi: 2020-11-29.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-15. 2020-12-16 tarixində . İstifadə tarixi: 2020-12-16.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində . İstifadə tarixi: 2021-01-05.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində . İstifadə tarixi: 2021-01-05.