Əli Nağıyev (siyasətçi)
Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; d. 15 mart 1954; Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Əli Nağıyev | |||||||
---|---|---|---|---|---|---|---|
Əli Teymur oğlu Nağıyev | |||||||
| |||||||
| |||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Təhsili | Azərbaycan Dövlət Universiteti | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR, SSRİ | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
| |||||||
Təltifləri |
Həyatı
Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü və sədr müavini olub.
Əli Nağıyev ailəlidir, 2 övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.
Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.
İstinadlar
- "I çağırış Azərbaycan Milli Məclisinin Sosial Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (azərb.)). 24.11.1995. 26.08.2020 tarixində (PDF). İstifadə tarixi: 26.08.2020.
- "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (azərb.)). 07.03.1997. 26.08.2020 tarixində . İstifadə tarixi: 26.08.2020.