İrina Kindzerskaya
İrina Kindzerskaya (13 iyun 1991, Kamenets-Podolski, Xmelnitski vilayəti) — Ukrayna əsilli Azərbaycanlı cüdoçu. İrina Kindzerskaya, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.
İrina Kindzerskaya | |
---|---|
ukr. Ірина Миколаївна Кіндзерська | |
Şəxsi məlumatlar | |
Tam adı | İrina Nikolay qızı Kindzerskaya |
Vətəndaşlığı | Ukrayna → Azərbaycan |
Doğum tarixi | 13 iyun 1991 (30 yaş) |
Doğum yeri | |
Boyu | 180 sm |
Çəkisi | 125 kq |
İdman növü | Cüdo |
Karyerası
İrina Kindzerskaya Ukrayna yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı və 5-ci yeri tutdu.
İrina Kindzerskaya 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +78 kiloqram çəki dərəcəsində o, Əlcəzair idmançısı Sonia Asselahı 100:000 və Toqo idmançısı Essohanam Koronu 110:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə İrina Kindzerskaya Türkiyə cüdoçusu Kayra Sayıta 000:101 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İrina Kindzerskaya 2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan Dünya Çempionatında bürünc medal qazandı. 2020 Yay Olimpiya Oyunlarında iştirak edən Kindzerskaya 30 iyul 2021-ci ildə Çin idmançısı Şiyan Xu-ya qalib gələrək bürünc medal qazandı.
Həmçinin bax
- Ukrayna 2012 Yay Olimpiya Oyunlarında
- Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında
- Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında