Əhməd Kəmaləddin Əfəndi
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Əhməd Kəmaləddin Əfəndi (d. 16 iyul 1848 - ö. 26 aprel 1905) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı.
Əhməd Kəmaləddin Əfəndi | |
---|---|
أحمد كمال الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Yəhya Əfəndi türbəsi |
Atası | I Əbdülməcid |
Anası | Verdicanan Qadınəfəndi |
Həyat yoldaşı | Fatma Səzadil xanım |
Uşaqları | Atiyətullah Əfəndi Münirə Sultan |
Həyatı
Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və sarayda xüsusi təhsil aldı. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü.
Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı. Bu səbəblə Sultan Əbdülhəmid səltənətində maddi olaraq çətinlik çəkməyə başladı. Hətta rəvayətə görə, Sultan Əbdülhəmiddən kömək istəmiş, rədd cavabı almasının ardından iki qardaş arasındakı münasibətlər daha da gərginləşmişdir.
İki qardaş arasındakı bu soyuq müharibə Kəmaləddin Əfəndinin 1905-ci ildə edam edilməsiylə başa çatdı. 57 yaşında boğularaq edam olunan Əhməd Kəmaləddin Əfəndi 1908-ci ildə qəbul edilən ikinci konstitusiyanın ardından qəhrəman elan olundu. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn olundu.
Xanımı, övladları, nəvəsi
Əhməd Kəmaləddin Əfəndi 23 aprel 1876-cı ildə Dolmabağça sarayında Fatma Səzadil xanımla (d. 1856 - ö. 9 fevral 1943) evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi:
Mənbə
- http://freepages.genealogy.rootsweb.ancestry.com/~royalty/turkey/i140.html#I140 2016-10-13 at the Wayback Machine
- Harun Açba (2007). Kadın efendiler: 1839-1924. Profil. ISBN 978-9-759-96109-1
- The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. 2010. ISBN 978-0-292-78335-5