Aişə Sultan (III Əhmədin qızı)
Aişə Sultan (Osmanlıca: عیسائی بن احمد سلیمان) (d. 1713 - ö. 3 oktyabr 1776) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Eyni illərdə yaşayan əmisi II Mustafanın qızı Aişə Sultanla qarışdırılmaması üçün Kiçik Aişə Sultan olaraq anılır.
Aişə Sultan | |
---|---|
عیسائی بن احمد سلیمان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | III Əhməd |
Anası | Əminə Qadınəfəndi |
Həyat yoldaşları | Kürəkən Mehmed Paşa Xətib Əhməd Paşa Silahdar Mehmed Paşa |
Uşağı | Ruqiyə xanım Sultan |
Həyatı
Aişə Sultan 1713-cü ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı III Əhməd, anası isə xanımlarından Əminə Qadınəfəndidir. 1724-cü ildə hələ 11 yaşında ikən atasının silahdarı Mehmed Paşayla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Toy mərasimi isə 22 may 1728-ci ildə Topqapı sarayında baş tutdu. 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı nəticəsində sədrəzəm Nevşəhərli İbrahim Paşa edam edilmiş, atası Sultan Əhməd isə taxtdan endirilmişdi. Həmin ilin oktyabrında əri Mehmed Paşa sədarətə gətirilsə də, 3 ay sonra vəzifədən alındı və Hələb bəylərbəyliyinə gətirildi. 6 illik xidmətin ardından Hələbdə vəfat etdi.
İlk ərinin vəfatından sonra Aişə Sultan 1740-cı ildə sabiq sədrəzəm Topal Osman Paşanın oğlu Xətib Əhməd Paşa ilə nişanlandı və toy mərasimi 1742-ci ilin dekabrında baş tutdu. Ərinin 1744-cü ildə Moreya sancaqbəyi olmasından 4 il sonra ikinci evliliyi də başa çatdı. Bu evlilikdən Ruqiyə xanım Sultan adlı bir qızı dünyaya gəldi. Gələcəkdə bu xanım sultan Lələzadə Nuri bəylə evləndirildi.
İkinci ərinin də vəfatından sonra Aişə Sultan üçüncü və sonuncu dəfə Fessaliya sancaqbəyi Mehmed Paşa ilə evləndi. Toy mərasimi 16 yanvar 1758-ci ildə baş tutdu. Aişə Sultan 3 oktyabr 1776-cı ildə vəfat etdi və Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn olundu.
Mənbə
- Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (August 11, 2011). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. BRILL. pp. 362, 363 n. 49. ISBN 978-9-004-20622-9
- Haskan, Mehmet Nermi (2008). Eyüp Sultan tarihi, Volume 1. Eyüp Belediyesi Kültür Yayınları. p. 355. ISBN 978-9-756-08704-6