İlqar Rəhimov
Rəhimov İlqar Elxan oğlu (7 fevral 1964, Bakı) — 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir. İlqar Rəhimov 2 fevral 2016-cı ildə paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə Vətənə xidmətə görə ordeninə, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Əmək ordeninə layiq görülmüşdür.
İlqar Rəhimov | |||||||
---|---|---|---|---|---|---|---|
Rəhimov İlqar Elxan oğlu | |||||||
| |||||||
Sələfi | vəzifəsi təsis edilib | ||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Doğum tarixi | |||||||
Doğum yeri | |||||||
Atası | Elxan Rəhimov | ||||||
| |||||||
Təltifləri | |||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlqar Rəhimov 7 fevral 1964-cü ildə anadan olub. 1985-1991-ci illərdə Maliyyə Nazirliyində, 1991-1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində ,1999-cu ildən nazirin I müavini, 2004-cü ildən 30 oktyabr 2018-ci ilədək nazir müavini vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidentidir.
1996-cı ildən başlayaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti kimi 5 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
İlqar Rəhimov Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib, 15 fevral 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə "Əmək" ordeninə layiq görülmüşdür .
İstinadlar
- "Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). president.az. 2016-02-05. 2016-02-03 tarixində . İstifadə tarixi: 2016-02-03.