İtburnu
İtburnu (lat. Rosa) — gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.
İtburnu | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Rosa | |||||||||||||||
| |||||||||||||||
Elmi təsnifat | |||||||||||||||
| |||||||||||||||
Elmi adı | |||||||||||||||
Rosa L. | |||||||||||||||
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Botanik özəllikləri
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə almaq mümkündür.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Becərilməsi
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000°temperaturda qurudulur və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
Kimyəvi tərkibi
C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir. İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol\ turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
İstifadəsi
Faydaları
Bədən müqavimətini artırar. Bədənə və gözlərə qüvvət verər. Qan dövranını sürətləndirər və qanı təmizləyər. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsər. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olar. Bağırsaq qurdlarını salar. Xərçəngə qarşı qoruyucudur. Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirər. Qandakı insilin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələrinə çox yaxşı gəlir. Selülitin meydana gəlməsinə mane olar. Basil narahatlığı olanlara da faydalıdır. Həm meyvəsi, həm çayı, həm də yağı mətbəx və gözəllik masanızın vazkeçilməzi olacaq itburnu saçdan dırnağa qədər hər hüceyrənizin qayğısına qalacaq.
Qış aylarında tənəffüs yolları xəstəliklərinin müalicəsində şəfa qaynağı olaraq istifadə olunan itburnu çayı təbiətdə öz-özünə yetişən zəhmətsiz bir bitkidir. Orta əsrlərdə infeksion xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayan itburnu tərkibindəki C vitamini sayəsində orqanizmin müqavimətini artırır. İtburnu həm də zəngin antioksidant qaynağıdır.
- Qırmızı və bənövşəyi meyvə və tərəvəzlər antioksidant baxımından ən zəngin bitkilər hesab olunur. İtburnu da bu sıraya daxildir. Bu potensialı sayəsində orqanizmdəki xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır.
- Ürək və damar sisteminin sağlamlığını qoruyur. Damar sərtliyi, yüksək xolesterol və qan təzyiqinin artmasına ənəl olur və miokard infarktının qarşısını alır.
- Orqanizmdən toksin, infeksiya və iltihabların atılmasından sonra immun sistemini qüvvətləndirir.
- Mədə turşuluğunu balanslaşdırır.
- Qadınların xüsusi günlərində ağrıların azalmasına yardımçı olur.
- Bağırsaqların işinə yardım edərək qəbzliyin qarşısını alır.
- Sızanaq və qara nöqtə ləkələrinin müalicəsində istifadə edilir. Dərinin nəm balansını qoruyur.
- Oynaq ağrılarının təbii dərmanıdır.
- Yanlış qidalanma və zərərli vərdişlərdən sonra əmələ gələn iltihablanı bədəndən kənarlaşdırır.
İtburnu çayı arıqladırmı?
Həzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
İtburnu çayının hazırlanması
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
İtburnu yağının faydaları:
Dərinin nəm balansını qoruyur, qırışları açır, hüceyrələri yeniləyir, Günəş ləkələrini sağaldır. Saç dərisində meydana gələn bakteriyaları azaldır. Kəpək və saç tökülməsi ilə mübarizə aparır.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyaya kömək edə bilərsiniz. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. Bu məqalə sonuncu dəfə 20 gün əvvəl C Mirəli2001 tərəfindən redaktə olunub. (Yenilə) |
İstinadlar
Saglamolun.Az Xalq təbabəti 12.04.2021 5851
Dəmlənməsi
Daha çox itburnu çayı hazırlanaraq istifadə edilir. İtburnundan ayrıca cem, meyvə şirəsi, körpələr üçün sıyıq və yağ da əldə edilməkdədir. İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyu süzülərək qırışmış cildlərə qoyulsa faydası görülər. İtburnu tumundan əldə edilən itburnu yağı dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və qocalmağı gecikdirici xüsusiyyətləri ilə kosmetik sahəsində sıxlıqla istifadə edilməkdədir.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan poroşok, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən "Xolosas", əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.
İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir . Qizdirmaya qarsi keyfiyyetlidir .
Təsnifat
Azərbaycanın dərman bitkiləri
- İynəcikli itburnu (Rosa acicularis Lindl.)
- Ağ qızılgül (Rosa alba L.)
- Beqqer dərgili (Rosa beggerana Schrenk)
- Həmərsin (Rosa canina L.)
- Yüzləçək qızılgül, Yüzyarpaq qızılgül (Rosa centifolia L.)
- Qəhvəyi itburnu, Dərgil (Rosa cinnamomea L.)
- Dəməşq qızılgülü (Rosa damascena Mill.)
- Daur itburnusu (Rosa davurica Pall.)
- Fedçenko itburnusu (Rosa fedtschencoana Regel)
- Fransa qızılgülü (Rosa gallica L.)
- Kazanlık qızılgülü (Rosa kasanlika Top.)
- Qırmızı qızılgül (Rosa rubra Lam.)
- Qırışıqmeyvəli itburnu (Rosa rugosa Thunb.)
Digər növləri
- Rosa anemoniflora
- Rosa arkansana
- Rosa azerbaidshanica
- Rosa banksiae
- Rosa bridgesii
- Rosa californica
- Rosa carolina
- Rosa chinensis
- Rosa cymosa
- Rosa davidii
- Rosa dumalis
- Rosa filipes
- Rosa foetida
- Rosa gigantea
- Rosa glauca
- Rosa gymnocarpa
- Rosa henryi
- Rosa laevigata
- Rosa majalis
- Rosa minutifolia
- Rosa moschata
- Rosa moyesii
- Rosa multiflora
- Rosa nutkana
- Rosa omeiensis
- Rosa palustris
- Rosa persica
- Rosa pimpinellifolia
- Rosa pinetorum
- Rosa pisocarpa
- Rosa rubiginosa
- Rosa sericea
- Rosa spithamea
- Rosa virginiana
- Rosa woodsii
Qaynaq
- Azərbaycan Sovet Ensiklopediyası, V Cild, səh. 18