Çərkəz Mehmed Əli Paşa
Çərkəz Mehmed Əli Paşa (d. ? - ö. 1625, Tokat) - IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 3 aprel 1624 - 28 yanvar 1625 müddətində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Çərkəz Mehmed Əli Paşa | |
---|---|
الشركسي محمد الفاتح علي باشا | |
Sələfi | Kəmankeş Qara Əli Paşa |
Xələfi | Hafiz Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Təhsili | |
Doğum tarixi | ? |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
Həyatı
Çərkəz əsillidir. İlk təhsilini Əndərunda almış və bu müddətdə padşah silahdarı olmuşdur. Saraydan isə 1618-ci ildə Şam bəylərbəyi olaraq ayrılmışdır. Daha sonra 1621 tarixində paytaxta geri dönmüş və qübbəaltı vəziri olaraq Divan-ı Hümayuna daxil olmuşdur. 3 aprel 1624 tarixində Sədrəzəm Kəmankeş Əli Paşa sədarətdən alınaraq edam edildi və yerinə heç gözlənilməyən biri olan Mehmed Əli Paşa gətirildi. Bu əsnada II Osmanın intiqamını almaq məqsədilə Orta Anadoluya hərəkət edən Abaza Mehmed Paşanın geri püskürdülməsi üzrə vəzifələndirildi. Əvvəlcə Konya və Niğdəni Cəlali üsyançılarının əlindən aldı, daha sonra 3 sentyabr tarixində Abaza Mehmed Paşanı məğlub etdi. Bu qələbəsindən sonra Səfəvilərə qarşı sərdar-ı əkrəm təyin olunan Çərkəz Mehmed Əli Paşa o qış gələcək il üçün planlanan səfərə hazırlıq məqsədilə orduyla birlikdə Tokat yaxınlığında qışlamağa qərar verdi. Ancaq 28 yanvar 1625 tarixində anidən vəfat etdi. Cənazəsi İstanbula gətirildi və Bəyazid məscidində dəfn edildi.
Həmçinin baxın
Mənbə
- ↑ Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010 say.379-380
- Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi.