Yusifcanlı
Yusifcanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kənd inzibati ərazi dairəsində kənd.
Yusifcanlı | |
---|---|
39°58′23″ şm. e. 47°03′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
Coğrafiyası və iqlimi
Bu kənd Ağdam şəhərindən 12 km cənub şərqdə, Qarqarçay -ın sağ sahilindəki ərazidə yerləşir.
Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir.
Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçay-dan götürülən sular və Tərtərçay -dan Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.
Kəndin torpaq sahəsi Qarqarçay-ın sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.
Kənd ərazisinin şimal hissəsində Qarqarçay özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından "Qobu" deyilən "Quru çay" dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb.
Qobudan əlavə "Qışlaq arxı" (Qışdı arxı) və "Köndələn arxı" da suvarmada istifadə olunub. "Köndələn arx" qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan "Quzeydən" massivi Mərzili tərəfdədir. "Qızlar" arxı da buradadır.
Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakı-dan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakı-da 8 tamam olanda kənddə 8 - ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakı-dan 12 dəqiqə sonra çıxır.
Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayı-na qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvator-a qədər olan məsafə 4450 km, şimal qütbü-nə qədər isə 5565 km-dir.
Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycan-ın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir.
İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250–300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur.
Flora və faunası
Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik.
Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.
Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.
Tanınmışlar
- Teymur Məmmədov (aktyor) (1960) – aktyor
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
Xarici keçidlər
- https://www.facebook.com/groups/yusifcanli/?fref=ts
- http://news.trendaz.com/cgi-bin/readnews2.pl?newsId=981878&lang=AZ[ölü keçid]
- ANS, Azerbaijan News Service[ölü keçid]
- wikixəritə Azərbaycan, Yusifcanlı kəndinin kosmosdan görünüşü
- http://www.geonames.org/maps/google_39.975_47.056.html
- http://nona.net/features/map/placedetail.1647145/Yusifcanl%C4%B1/
- Azərbaycan