Çoxillik bitkidir. Hündürlüyü 70-120 sm-ə çatır. Gövdəsı hündür, çoxbudaqlı göyümtüldür; budaqları çox vaxt əyilmişdır. Yarpaqları pulçuqvari, bünövrəsində mahmızlı və ya kiçik qabarçıqlardan ibarətdir. Kladodilər 3-6 ədəd dəstələrdə yığılmışdır; sapşəkilli, düz, uzunluğu 1-3 sm, eni 0,25 mm, yuxarıya istiqamətlənmış, budaqlara çox və ya az yapışmışdır. Çiçəkləri 1-2 ədəd, əsas gövdədə və budaqlarda, uzun (10-15 mm), sallaq çiçək saplaqlarında yerləşir. Çiçəkyanlığının hissələri kütvari, orta damarcıklıdır; erkəkcik çiçəklərda hissələrin uzunluğu təxminən 5 mm, üstəkilər küt, içərdəkilər ellipsvari, dişicik çiçəkləri 2 dəfə xırdadır. Tozluqlarıuzunsov-oval, təxminən sapı-ağ-qara bərabər, ucunda xırda, 2 dişli çıxıntısı vardır. May-iyul aylarında çiçəkləyir. Giləmeyvəsı şarşəkilli qırmızı olur.
Ekologiyası:
Düzənlikdən orta dağ zolağına qədər çəmənlərdə, kolların arasında, üzümlüklərdə bitir.
Azərbaycanda yayılması:
Xəzərin sahillərində Lənkəran da təbii yayılmışdır.
İstifadəsi:
Dekorativ bitkidir. Yaşıllaşdırmada istifadə ediıir.