Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster (2007).
Türkan Məmmədyarova | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Titulu | qadınlar arasında beynəlxalq qrossmeyster (2007) |
Son reytinqi | 2307 (fevral 2017) |
Maksimal reytinqi | 2322 (mart 2011) |
FİDE nömrəsi | 13402005 |
Vikianbarda əlaqəli mediafayllar |
Şahmat karyerası
Şəxsi
2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.
2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.
2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Komanda
Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır.
Reytinqi
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb.
Şəxsi həyatı
Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrossmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
İstinadlar
- "EU-ch U14 Girls Peniscola 2002". 365chess.com.
- "World Youth Chess Championship 2003 - Girls-14". Chess-results.com.
- "AZE Chmp women-2011". World Chess Federation. İstifadə tarixi: 28 March 2011.
- "AZE Chmp women-2012". World Chess Federation. İstifadə tarixi: 28 March 2012.
- "Mamedyarova, Turkan WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org.
- "Mamedyarova, Turkan EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org.
- "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az.
- "Zeynəb MƏMMƏDYAROVA: "Bizim uğurumuz kişi şahmatçıların nəticəsindən asılıdır"". Bakuchessolympiad.com.
- "Federations Ranking Women Azerbaijan". Fide.com. 16 Fevral 2017 tarixində .
- . Xalq qəzeti. 2017-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.
Xarici keçidlər
- FIDE Chess profili
- Turkan Mamedjarova. Chess-DB.com 2016-07-13 at the Wayback Machine (ing.)
- Turkan Mamedjarova. Chessgames.com (ing.)
- Turkan Mamedjarova. 365Chess.com (ing.)