Rəşad Məcid
Rəşad Məcid (tam adı Məcidov Rəşad Müseyib oğlu) — yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.
Rəşad Məcid | |
---|---|
Rəşad Müseyib oğlu Məcidov | |
İlk adı | Rəşad Müseyib oğlu Məcidov |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.
2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.
Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.
Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə "Hələ ki vaxt var" adlı şeirlər, 2004-cü ildə "10 sentyabr" adlı hekayələr kitabı çapdan çıxıb.
Mükafatları
- Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatı
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (21.07.2005)
- Azərbaycan Xalq Cumhurriyyətinin 100 illiyi medalı(2018)
Kitabları
- "Hələ ki vaxt var" (şeirlər). 1993-cü il
- "10 sentyabr" (hekayələr). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004-cü il, 408 səh.
- "Əlvida və salam". 2009-cu il
- "Dəlicəsinə". Bakı: Təhsil, 2014-cü il
- "Çiyələk qadın". Bakı: Yazıçı, 2014-cü il
- "Bir də gəlməyəcək...". Bakı: Təhsil, 2015-ci il
- "Cığıraçan". Bakı: Vektor, 2015-ci il
- "Qələmsiz yazılanlar". Bakı: Qanun, 2019-cu il
- "Не пером написанные". 2021-ci il
Filmoqrafiya
- Ümid işığı (film, 2014) (əsərin müəllifi)
İstinadlar
- Real TV (30.07.2021). ""Qələmsiz yazilanlar" rus dilində" (azərb.). Youtube.com. İstifadə tarixi: 2021-07-30.
Ədəbiyyat
- Rəşad Məcid (25.09.2014). "Öz doğulduğun yerin havasından, suyundan doğma heç nə ola bilməz". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı): səh.23–24. (#accessdate_missing_url)