Ramil Usubov
Ramil İdris oğlu Usubov (d. 22 dekabr 1948; Xocalı, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi və polis, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan MR-nın daxili işlər naziri (1993–1994) və Naxçıvan MR-nın daxili işlər naziri (1987–1989) vəzifələrində çalışıb.
Ramil Usubov | |
---|---|
Baş nazir | Surət Hüseynov Fuad Quliyev Artur Rasizadə İlham Əliyev Novruz Məmmədov |
Prezident | Heydər Əliyev İlham Əliyev |
Sələfi | Vaqif Novruzov |
Xələfi | Vilayət Eyvazov |
Şəxsi məlumatlar | |
Partiya | Partiyasız |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi xidmət | |
Xidmət illəri | 1972—2019 |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Rütbəsi | |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov, 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.
Fəaliyyəti
Ramil Usubov 1975-ci ildən 1980-cı ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. 1980-cı ildən 1984-cü ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər Nazirliyinin rəis müavini olan Ramil Usubov, 1984-cü ildən 1987-ci ilə qədər Əli-Bayramlı (hal-hazırda Şirvan şəhəri) şəhər Polis Şöbəsində rəis vəzifəsində çalışıb.
1987-ci ildə Ramil Usubov, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov tərəfindən Naxçıvan MSSR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1989-cu ildə isə o, Nazirlər Sovetinin yeni sədri Ayaz Mütəllibov tərəfindən tutduğu vəzifədən azad edildi. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan Ramil Usubov, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-ci ildən 1993-cü ilə qədər isə həmin orqanın Kadrlar İdarəsinin şöbə rəisi olub.
Ramil Usubov 1993-cü il avqustun 11-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsinə təyin edildi. 1994-cü il aprelin 29-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam ilə isə Ramil Usubov, Naxçıvan MR-nın daxili işlər naziri vəzifəsindən azad edildi və Azərbaycanın daxili işlər naziri vəzifəsinə təyin edildi. Azərbaycanın sayca 7-ci daxili işlər naziri olan Ramil Usubov, bu postda 1993-cü ildən həmin vəzifəni icra edən Vaqif Novruzovu əvəzlədi.
2018-ci il iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubovun I dərəcəli Vətəni xidmətə görə ordeni ilə təltif edilməsi haqqında 263 nömrəli Sərəncam imzaladı.
2018-ci il dekabrın 22-də 70 yaşı tamam olan Ramil Usubov, Azərbaycan Prezidenti İlham Əliyevin həmin gün imzaladığı Sərəncam ilə Şöhrət ordeni ilə təltif edildi.
20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş, və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilmişdir.
Ailəsi
Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.
- Emil Usubov (d. 1976) — polis general-mayorudur; 2004-cü ildə "İgidliyə görə" medalı ilə, 2018-ci ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
- Raul Usubov (d. 1979) — polis polkovnik-leytenantıdır; 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.
İstinadlar
- Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib. gulustan.info[ölü keçid]/
- Ramil Usubov appointed secretary of Security Council under Azerbaijani president. en.trend.az
- ↑ "Azərbaycanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycanın daxili işlər naziri Ramil İdris oğlu Usubovun səhifəsi. (azərb.)". www.mia.gov.az. 24.12.2018.
- "Ramil İdris oğlu Usubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı. (azərb.)". www.e-qanun.az. 24.12.2018.
- "R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (azərb.). president.az. 2019-06-20. 2019-06-20 tarixində . İstifadə tarixi: 2019-06-20.
- "R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı" (azərb.). president.az. 2019-06-20. 2019-06-20 tarixində . İstifadə tarixi: 2019-06-20.