Rostislav Pevtsov
Rostislav Pevtsov (d. 15 aprel 1987; Xarkov, Ukrayna SSR, SSRİ) — Ukrayna əsilli Azərbaycanı təmsil edən triatlonçu. Rostislav Petsov 2015-ci ildə baş tutan I Avropa Oyunlarında bürünc medal qazanıb. Rostislav Pevtsov həmdə Azərbaycanı 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında təmsil edib.
Rostislav Pevtsov | |
---|---|
ukr. Ростислав Пєвцов | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Ukraynalı |
Doğum tarixi | |
Doğum yeri | Xarkov, Xarkov vilayəti, Ukrayna SSR, SSRİ |
İdman növü | Triatlon |
Həyatı
Rostislav Pevtsov 1987-ci il 15 apreldə Ukraynanın Xarkov şəhərində anadan olub. Xarkov şəhərində yerləşən 72 nömrəli məktəbi bitirən Rostislav Pevtsov Xarkov Bədən Tərbiyəsi Akademiyasının məzunu olub. 2002-ci ildən idmanla məşğul olan Rostislav Pevtsovun şəxsi məşqçisi Lev Medvedevdir.
Karyerası
Rostislav Pevtsov birinci uğurunu 2011-ci ildə qazandı. Pevtsov Türkiyədə baş tutan Avropa Çempionatında 3-cü yeri tutdu və bürünc medal qazandı. 2014-cü ildə isə Rostislav Pevtsov Macarıstanda Dünya Kubokunda 2-ci yeri tutdu. Elə həmin ildə Pevtsov Niderland da baş tutan Avropa Çempionatında estafet yarışlarında 1-ci yeri tutdu və qızıl medal qazandı. Rostislav Pevtsov 2015-ci ildə Azərbaycanı Bakı şəhərində baş tutan I Avropa Oyunlarında təmsil etdi. O, fərdi yarışlarda 1 saat 49 dəqiqə 4 saniyə nəticə ilə 53 idmançı arasında 3-cü yeri tutdu.
Rostislav Pevtsov 2015-ci ilin 29 iyun tarixində I Avropa Oyunlarında qazandığı yüksək nailiyyətə və Azərbaycan idmanının inkişafında böyük xidmətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.
Beynəlxalq Triatlon İttifaqının may ayı üçün nəzərdə tutalan reytinq cədvəlində Rostislav Pevtsov ilk 39 idmançı sırasında yer aldı və XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazandı. O, həmdə tarixə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci triatlonçu kimi tarixə düşdü. Ümumi yekunda Rostislav Pevtsov 1 saat 52 dəqiqə 6 saniyəlik nəticə ilə 52 triatlonçu sırasında 39-cu yeri tutdu.