Roida Rzayeva
Roida Rzayeva — fəlsəfə üzrə elmlər doktoru, dosent.
Roida Rzayeva | |
---|---|
Roida Oqtay qızı Rzayeva | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı şəhəri |
Vətəndaşlığı | |
Elm sahəsi | fəlsəfə, şərqşünaslıq |
Elmi dərəcəsi | Fəlsəfə üzrə elmlər doktoru |
Elmi adı | Dosent |
Üzvlüyü |
Həyatı
Rzayeva Roida Oqtay qızı 1979-cu il fevralın 3-də Bakı şəhərində anadan olub.
1996-cı ildə Bakı şəhəri 251 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsinin Türk bölməsinə daxil olaraq, 2000-ci ildə həmin bölmənin bakalavriat, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.
2001-2010-cu illərdə dövlət səviyyəsində beynəlxalq tədbirlərdə sinxron tərcüməçi olaraq fəaliyyət göstərmişdir.
2004-cü ildə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində təcrübə dövrü keçib.
Elmi-pedaqoji fəaliyyəti
2002-2010-cu illərdə Azərbaycan MEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışmışdır.
2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda «Müasir Türkiyədə modernləşmənin sosial-mədəni təhlili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2003-2004 və 2007-2008 tədris illərində Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsində dərs demişdir.
2002-2005-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən Türkiyə Təhsil nazirliyi nəzdində FONO Açıq Öyrətim mərkəzində şöbə müdiri olaraq çalışmışdır.
2013-cü ildə dosent elmi adını almışdır.
2005-2010-сu illərdə Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurasının sədri, eyni zamanda Azərbaycan MEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi Humanitar və İctimai elmlər bölməsinin rəhbəri və mərkəzin büro üzvü olub.
2008-2010-cu illərdə Azərbaycan MEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşəbbüsü ilə nəşr olunan “Gənc alimlərin əsərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olub.
R.Rzayeva 2011-ci ilin yanvar ayından 2017-ci ilin mart ayınadək Azərbaycan MEA Fəlsəfə İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.
2012-2017-ci illərdə Azərbaycan MEA Fəlsəfə İnstitutunda nəşr olunan “Elmi əsərlər” jurnalının baş redaktor müavini olub.
2013-cü ildə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, 2014-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü seçilmişdir.
2016-cı ildə «Postmodern və Türkiyə ictimai şüurunun inkişaf konseptlərinin təhlili» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Beş kitabın – “Пути развития турецкой литературы» (rus dilində - Bakı, 2001, R.Əhmədov ilə həmmüəllifliklə), “Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (türk dilində - Ankara, 2012), "Постмодерн и мультикультурализм: междисциплинарный дискурс" (rus dilində - Bakı, 2015), "Незападная современность в дискурсе постмодерна и культурной полифонии" (rus dilində - Bakı, 2015), "The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism" (ingilis dilində - Springer, 2016), postmodernizm, multikulturalizm, Şərq-Qərb, qeyri-Qərb müasirliyi, modernizm, modernləşmə, ictimai şüurun inkişafı, alternativ modernliklər, ictimai-mədəni transformasiyalar və s. mövzularda 120-dən çox elmi əsərin müəllifidir, bunların yarısından çoxu respublikadan kənarda çap olunmuşdur.
Həm respublikamızda, həm də xaricdə bir çox konfransda məruzələrlə çıxış edib. R.Rzayeva 40 sertifikat sahibidir.
Təltifləri
2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Şərqşünaslıq bölməsi üzrə ən yaxşı məruzəyə görə diplomla təltif edilib.
2007-ci ildə Azərbaycan MEA Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərman (Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqləndiyinə, gənc alimlərin mənafelərini müdafiə edən məsələlərdə fəal mövqe tutduğuna görə və 2007 – «Gənclər İli» münasibətilə) ilə təltif edilib.
2008-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildə elm sahəsində nailiyyətlərə görə ilin gənc alimi kimi diplom və mükafatla təltif edilib.
2010-cu ildə MDB üzv ölkələrinin gənc alimləri arasında keçirilən “Debütlar birliyi” («Содружество дебютов») Beynəlxalq mükafat uğrunda müsabiqədə “Humanitar və ictimai elmlər” nominasiyası üzrə laureat adına layiq görülüb, diplom və mükafatla təltif edilib.
2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə uzunmüddətli məhsuldar elmi fəaliyyəti nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Təşkilati, pedaqoji və elmi-tədqiqat fəaliyyətinə görə R.Rzayevaya Türkiyə Respublikasının Təhsil Nazirliyi (2003-2008), Türkiyənin Egey Universiteti (2010), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (2011), Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyi (2013), Türkiyə Elmlər Akademiyası (2014) tərəfindən təşəkkürnamələr verilmişdir.
Bəzi elmi əsərləri
- Пути развития турецкой литературы (в соавторстве с Р.Ахмедовым). Баку: “Nafta-Press”, 2001, 280 стр.
- Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi. Ankara: Lotus Yayın Grubu, Otorite Yayınları, 2012, 271 стр.
- Постмодерн и мультикультурализм: междисциплинарный дискурс. Баку: "Елм ве тахсил", 2015, 300 стр.
- Незападная современность в дискурсе постмодерна и культурной полифонии. Баку: "Елм ве тахсил", 2015, 328 стр.
- The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism. Springer, 2016. Sitat səhvi: Invalid
<ref>
tag; invalid names, e.g. too many - Дихотомия «Запад – не Запад» в дискурсе незападной современности и постмодерна// Вопросы философии. 2012. № 12. Sitat səhvi: Invalid
<ref>
tag; invalid names, e.g. too many - The Philosophy of Postmodernism and Modernism: The Parallels
- Multiculturalism as Plural Modernities
- Sosyo-Kültürel Yönüyle Türkiye’nin Modernleşmesi
- Modernleşme Süreci Üzerine
İstinadlar
- The Philosophy of Postmodernism and Modernism: The Parallels
- (PDF). 2014-04-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- (PDF). 2014-04-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.
- . 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-17.