Qod Nisanov
Qod Semyonoviç Nisanov (24 aprel 1972, Qırmızı Qəsəbə, Quba rayonu) — Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi olan iş adamı, "Tərəqqi" medalı laureatı.
Qod Nisanov | |
---|---|
Qod Semyonoviç Nisanov | |
Doğum tarixi | |
Doğum yeri | Qırmızı Qəsəbə, Quba, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Rusiya |
Fəaliyyəti | sahibkar |
Mükafatları | |
Saytı | god-nisanov.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Qod Nisanov 1972-ci il mayın 24-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olmuşdur. Bakıda Maliyyə-kredit Texnikumu, sonra isə Hüquq İnstitutunu bitirmişdir. 1990-cı ildə "AST" kampaniyasında işləmişdir. 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açmış, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini almışdır. 2006-cı ildə isə "Avropa" otelini açmışdır. 2000-2005-ci illərdə “Doymond Katters” MMC-də calışmışdır.
2005-ci ildən “Kiyevskaya Ploşad” holdinqin idarə heyətinin sədridir.
Mükafatları
4 iyul 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
14 yanvar 2014-cü ildə Rusiya Federasiyası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Qod Nisanov 1 iyun 2016-cı ildə "Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir..
Ədəbiyyat
- Azərbaycan Diasporu Ensiklopedik Məlumatlar Toplusu
İstinadlar
- "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (azərb.). president.az. 04 iyul 2011. İstifadə tarixi: 2016-01-20.
- "Указ Президента Российской Федерации от 14 января 2014 года № 18 «О награждении государственными наградами Российской Федерации»". pravo.gov.ru.
- "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 1 iyun 2016. 3 iyun 2016 tarixində . İstifadə tarixi: 3 iyun 2016.
Xarici keçidlər
- QOD SEMYONOVİÇ NİSSANOV
- QOD NİSANOV MÜSAHİBƏ 2017-02-21 at the Wayback Machine