Qovaq
Qovaq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
| ||||||||||||
Elmi adı | ||||||||||||
Populus L., 1753 | ||||||||||||
Seksiya | ||||||||||||
| ||||||||||||
Qovaq (lat. Populus L.) — Söyüd fəsiləsindən bitki cinsi.
Yalançı ağqovaq — P.pseudonivea
Boyu 35 m. diametri 80 sm olan genişçətirli iri ağacdır. Uzanmış zoğlarının yarpağı hibrid qovağının yarpağına oxşayır. Qısa zoğlarının yarpaqları alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx keçətükcüklüdür, üstdən seyrək tükcüklüdür, yumurtavari rombəşkillidir, kənarı dilimli və dişlidir, ucdan sivriləşmişdir. Dişicik sırğalarının oxu tükcüklüdür. Mart-aprel aylarında çiçəkləyir. Toxumu may-iyun aylarında yetişir. Qafqazda yayılıb. Azərbaycanda Quba, Samur-Dəvəçi düzənliyində, bozqır yaylada, Kür-Araz ovalığında, çay sahillərində, vadilərdə bitir. Bəzən yaşıllaşdırmada təsadüf edilir. İlk dəfə Kutaisidən təsvir olunub.
Deltovari və ya Kanada qovağı — P. deltoides
Boyu 45 m-ə çatan geniş çətirli düzdirək gövdəli ağacdır. Uzun boy zoğları zəif qabırğalıdır, pöhrələri isə daha aydın seçilən qabırğaya malikdir. Yarpaqları qalın dərivaridir, tünd-yaşıl və parlaqdır, üçbucaqvari və ya enliyumurtavaridir, qaidəsi düz və geniş pazvaridir. Ucdan qısa sivridir. Təbii halda Şimali Amerikada bitir. Azərbaycanda əkilib becərilir.
Şişkin qovağı — P. schischkinii
Böyük Qafqazın Quba sahəsində, Kiçik Qafqazın cənubunda, Kür-Araz ovalığında, Naxçıvanda qeydə alınıb.
Səmərqənd qovağı — P.bollcana
Boyu 35 m olan enli yumurtavari çətirli ağacdır. Vətəni Orta Asiyadır, burada çay vadilərində bitir. Azərbaycanda xüsusən Abşeronda əkilib becərilir.
İtaliya qovağı — P. italica
Əlverişli bitmə şəraitində boyu 40 m-ə çatır. Vətəni Əfqanıstandır, Aralıq dənizi ölkələrində xüsusən İtaliyada geniş sahədə becərilir. Orta Asiyada və Azərbaycanda yaşıllaşdırmada geniş istifadə edilir.
Qələmə (qəşəng) qovağı — P. gracilis
Boyu 30 m-ə çatan pramidal çətirli ağacdır. Yarpaqları Sosnovski qovağına oxşayır. Azərbaycanda yaşayış məntəqələrinin yaşıllaşdırılmasında, fərdi bağlarda geniş əkilib becərilir.
Balzam qovağı — P.balsamifera
Şimali Amerika meşələrində bitir. Boyu 25 m, diametri 100 sm olan ağacdır. 200 ilə kimi yaşayır. Yarpaqları yumurtavari və ya yumurtavari-lansetvaridir, tədricən ensizləşərək təpədə sivriləşmiş olur, kənarı xırda mişardişlidir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Ətirli qovaq — P. suaveolens.
Şimali Sibirdə və Uzaq Şərqdə dağ çaylarının deltalarında bitir. Cənub arealında 35 m boya, 200 sm diametrə çatır. Uzun-ömürlüdür. 200 ildən artıq yaşayır. Tumurcuqları uzunsov, yapışqanlı və ətirlidir. Torpağa az tələbkar, şaxtaya davamlı və tez böyüyəndir, kökdən güclü pöhrə verir. Yaşıllıqlarda geniş istifadəyə yararlıdır.
Türkiyadə qovaq növlərindən və hibridlərindən ibarət müxtəlif yaşlı plantasiyalar vardır. Bu plantasiyalarda vaxtaşırı qısa dövriyyəli qırıntı tətbiq etməklə istehsal olunan oduncaq satışından yüksək gəlir götürülür.
"Azərbmeşə" İstehsalat Birliyinin mütəxəssislərinin təşəbbüsü ilə 1998-ci ildə Türkiyədən qovaq növlərinin hibrid formalarından qələmlər gətirilmiş və Ağdaş, Bərdə, Qəbələ, Yalama və s. meşə təsərrüfatlarının ərazilərində sınaq əkinləri aparılmışdır. İlkin nəticələr yaxşıdır. Belə ki, həmin əkinlərdən 95-98% bitiş alınmış və qovaqların illik boy artımı 5 m-dən çox olmuşdur.
Növləri
Xarici keçidlər
Qovaq 2009-05-29 at the Wayback Machine
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |