Ağcaqovaq (bitki)
Ağcaqovaq — (lat. Populus alba L.) — Söyüdkimilər fəsiləsinin qovaq cinsinə adi bitki növü.
Ağcaqovaq | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Populus alba | |||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||
| |||||||||||||||||
Elmi adı | |||||||||||||||||
Populus alba L., 1753 | |||||||||||||||||
Təbii yayılması
Qafqazda geniş yayılıb, ilk dəfə Qızılyardan təsvir edilib.
Botaniki təsviri
Əlverişli bitmə şəraitində boyu 35 m-ə, gövdəsinin diametri 3 m-ə çatan böyük ağacdır. Ağyarpaq qovaq ağ qovaqla titrəkyarpaq qovaqın hibrididir. Ağyarpaq qovaq enli çətirli, qollu-budaqlı ağac olmaqla Kürqırağı meşələrdə edifikator mövqe tutur. Budaqlarının qabığı ağ və ya bozumtul ağ rəngli, hamardır. Yaşlı gövdəsinin qabığı qeyri-bərabər çatlıdır. Təzə zoğları ağ keçə tükcüklüdür və sonralar tükcükləri tökülür. Qısalmış zoğlarının yarpaqları enli yumurtavari, dəyirmi və üçbucağa oхşar yumurtavaridir. Uzunluğu 4-9 sm, eni 2,5-6 (9) sm olur, ucdan sivrilmiş və ya kütdür. Kənarları qeyri-bərabər oyuqvari dişlidir. Uzanmış zoğlarda əmələ gələn yarpaqlar daha böyükdür, uzunluğu 5-14 sm, eni 7-12 sm olur və dərin 3-5 barmaqvari dilimlidir, kənarları oyuqvari dişlidir. Qaidədən düzхətli və ya azacıq ürəkvaridir, üstdən tünd yaşıl, altdan ağ və ya bozumtul tükcüklüdür. Saplağı yastılanmış, qısadır. Dişicik sırğları 10-15 sm uzunluğunda, üstü kələkötür və çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir, aprel-may ayında toхumu yetişir. Təbii olaraq toхum və kök pöhrələri ilə çoхalır. Qələmlə də çoxaldılır.
Ekologiyası
Düzəndən başlamış orta dağ qurşağına kimi meşələrdə bitir.
Azərbaycanda yayılması
Böyük və Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Azərbaycanda düzəndən başlamış orta dağ qurşağına qədər meşələrdə bitir.
Yarpaq
Yarpaq saplağının uzunluğu (1,5) 3-6 sm-dir. Qısalmış budaqların yarpaqları yumurtaşəkillidir, enli və ya üçbucaqyumurtavaridir, qaidə hissəsi düz, enli-pazşəkilli və yaxud az ürəkşəkillidir, kənarları küt və ya sivri dişcikləri olan qeyri-bərabər kələ-kötür dişlidir, küt və ya sivridir, uzunluğu 4-7 (9) sm, eni 3,5-6 (9) sm-dir. Cavan yarpaqları alt tərəfdən ağımtıl keçə tüklüdür, daha sonra isə çılpaq olur; uzanmış budaqların yarpaqları da aşağı hissədə bu cürdür, qalanları (3) 5 dərin bölümlülüdür, yumurtaşəkilli və ya uzunsovyumurtaşəkili, sivri və ya küt dişcikləri olan qeyribərabər kələ-kötür bölümlüdür, əsası düz və ya az ürəkşəkillidir, uzunluğu 5-10 (14) sm, eni 7-12 (16,5) sm-dir, üst tərfdən tünd-yaşıl, alt tərəfdən ağımtıl, bəzən bozumtul keçə tüklüdür.
Meyvə
Qutucuq meyvəsi 4–5 mm uzunluqdadır, uzunsov-yumurtavari formada olub, çılpaq və qabarıqdır. Mart ayında çiçəkləyir və mart-aprel aylarında meyvə verir.
Yaşayış mühiti:
Çayların sahilində və yatağında, çay vadilərində, kolluqlarda və meşələrdə rast gəlinir.
Təsərrüfat əhəmiyyəti:
Oduncağı xarrat və tokar məmulatlarının, parket və pəncərə çərçivələrinin hazırlanmasında istifadə olunur. Yarpaqları mal-qara üçün yem əhəmiyyətlidir
İstinadlar
Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
- ↑ Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016