Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (d. 30 avqust 1990; Şahbuz, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.
Cəbi Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Təhsili | Naxçıvan Dövlət Universiteti | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Şahbuz, Azərbaycan SSR | ||||||
Vətəndaşlığı | Azərbaycan |
Həyatı
Cəbi Quliyev 1990-cı il avqustun 30-da Şahbuz rayonunun indiki Ağbulaq kəndin də anadan olub. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində (NDU) beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013-2015-cü illərdə isə Naxçıvan Dövlət Universitetində (NDU) beynəlxalq münasibətlər tarixi üzrə magistr təhsili alıb.
Fəaliyyəti
Cəbi Quliyev 2013-2014-cü illərdə Naxçıvan Universitetində Humanitar elmlər kafedrasında baş laborant, 2014-2018-ci illərdə isə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatın da aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb.
2016-cı ildən Naxçıvan Dövlət Universitetinin (NDU) müəllimi olan Cəbi Quliyev, 2017-ci ildən həmin universitetin dissertantıdır. 2017-ci ilin fevral-mart aylarında Erasmus+ k104 lahiyəsi çərçivəsində Türkiyə Respublikasının Çankırı Universitetində Pedaqoji təcrübə keçmişdir. O, həmdə 2018-ci il sentyabrın 6-dan Naxçıvan MR Gənclər Fondunun içraçısıdır.
Cəbi Quliyev 2019-cu il noyabr ayından Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublikası üzrə Təşkilat idarə heyəti və siyasi şuranın üzvüdür.
2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 7 saylı Ordubad-Culfa dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cəbi Quliyev, 65.50 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Cəbi Quliyev, Milli Məclisin Gənclər və idman Komitəsinin, habelə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü oldu. 5 mart 2021-ci il tarixdən isə Yeni Azərbaycan Partiyası ( YAP) Gənclər birliyinin idarə heyəti üzvüdur.
Ailəsi
Cəbi Quliyev ailəlidir. 1 övladı var.
İstinadlar
- "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" ( (azərb.)). 10.02.2020. 20.08.2020 tarixində . İstifadə tarixi: 20.08.2020.
- "Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 12-VIQR nömrəli Qərarı" ( (azərb.)). 14.03.2020. 20.08.2020 tarixində . İstifadə tarixi: 20.08.2020.
- "Azərbaycan Milli Məclisinin Gənclər və idman Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 21-VIQR nömrəli Qərarı" ( (azərb.)). 14.03.2020. 20.08.2020 tarixində . İstifadə tarixi: 20.08.2020.