Cığatelli
Cığatelli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Cığatelli | |
---|---|
40°58′17″ şm. e. 47°46′41″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qəbələ rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 639 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 622 (2009) nəfər |
Ümumi məlumat
Mərkəzdən 9 km. aralı olan bu kəndin də bütün problemləri həll edilmək üzrədir. 680 nəfərin yaşadığı ərazidə 150 təsərrüfat var. Əhalinin tələbatına uyğun olaraq sosial problemlər yavaş-yavaş dəf edilir. Sakinlər 3 km çınqıl yolu adlamaqla magistral xəttə çıxırlar.
Məktəbin şagirdləri on bir illik tədris ocağında oxuyurlar və qəbul zamanı da fərqlənirlər. Elektron rabitədən istifadə edilir. Əhalinin 70 faizi artezian quyularından su götürür. Suvarma dağ çayları vasitəsi ilə həyata keçirilir.
Yeniliklərə gəlincə kəndə qaz xətti çəkilir. Rabitə qovşağı inşa olunub. Gələcəkdə yeni məktəb və ərazi icra nümayəndəliyi üçün inzibati binanın tikintisi də plana salınıb. Burada da halal zəhmət sayəsində insanların günü-güzəranı dəyişilir. Dolanışıqlarında, şəxsi əmlakın artımında irəliləyiş hiss olunur.
Tarixi
- Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası
Cığatelli oyk, sadə. Qəbələ r-nunun Həmzəli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim 1917-ci ildə Cığataylı, 1933-cü ildə isə Cıqatallı Ģəklində qeydə alınmış, tədricən Cığatelli variantına düşmüşdür. Əslində Cığataylı olan bu coğrafi ad etnotoponimdir və "cığataylıların məskunlaşdığı kənd" deməkdir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 622 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- İnzibati Ərazi Vahidləri 2017-07-29 at the Wayback Machine
İstinadlar
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |