Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, Vətən müharibəsinin şəhidi.
Mərdan Mehdizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göybulaq, Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 1997—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Cəbrayıl döyüşləri |
Təltifləri |
Həyatı
Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub.
Hərbi xidməti
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- (09.12.2020) — "Qarabağ" ordeni (ölümündən sonra)
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (09.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (24.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.