Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı.
Məmməd Araz | |
---|---|
Məmməd İnfil oğlu İbrahimov | |
İlk adı | Məmməd İbrahimov |
Təxəllüsü | Araz |
Doğum tarixi | |
Doğum yeri | Nursu, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Gülxanım Məlikməmmədova |
Atası | İnfil İbrahimov |
Təhsili | |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycanca |
Mükafatları | Azərbaycan Respublikasının xalq şairi |
memmedaraz.az |
Həyatı
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən).
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Ailəsi
- Publisist İradə Tuncayın atasıdır.
- Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.
- Şair Rəhilə Elçinin əmisidir
Mükafatları
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1975
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 30 iyul 1979
- Azərbaycan SSR Fəxri fərmanı — 1982
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1984
- Azərbaycan SSR Dövlət mükafatı — 1988 ("Azərbaycan" və "Ulduz" jurnallarında çap olunmuş şerlər silsiləsinə görə)
- "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 7 dekabr 1991
- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı — 4 iyun 1992
- "İstiqlal" ordeni — 15 aprel 1995
Əsərləri
- Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
- Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
- Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
- Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
- Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
- Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
- İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
- Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
- Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
- Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
- Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
- Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
- Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
- Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986
- Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, 81 səh.
- Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
- Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994
- Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997, 318 səh.
- Sənətdə son mənzil olmur. Bakı: "Adiloğlu" nəşriyyatı, 2001, 440 səh.
- Ağlayan qayalar. Bakı: "Araz" nəşriyyatı, 2002, 144 səh.
- Vətən deyin. Bakı: "Adiloğlu" nəşriyyatı, 2003, 149 səh.
- Əsgər andı. Bakı: "Araz" nəşriyyatı, 2003, 98 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 337 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: "Ozan nəşriyyatı, 2003, 360 səh.
- Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 376 səh.
- Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 365 səh.
Tərcümələri
(ruscadan)
- S.V.Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
- G.Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
- M.Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
- N.A.Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
- Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
Xatirəsi
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır..
İstinadlar
- ↑ "M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1991-ci il tarixli, 486 nömrəli Fərmanı[ölü keçid] (azərb.)
- Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı — anl.az saytı
- ""Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 iyun 1992-ci il tarixli, 826 nömrəli Fərmanı (azərb.)
- http://www.publika.az/index.php?action=static_detail&static_id=9630
- ""Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2013-cü il tarixli Sərəncamı". president.az (azərb.). 27.03.2019. İstifadə tarixi: 2019-03-05.
Xarici keçidlər
- Məmməd Arazın rəsmi saytı