Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd.
Mandılı | |
---|---|
39°28′26″ şm. e. 47°09′43″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Nəqliyyat kodu | 19 |
Tarixi
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Mandılı oyk. Füzuli r-nunun Pirəhmədli i.ə.v.-də kənd. Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, -1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri”; "dördnala çapmaq”; "qiymətli Çin ipəyi”; "sakit"; "enli alın” və s. mənalarda da işlənmişdir. Kəndin digər adı Əlihüseynuşağı olmuşdur.
Əhalisi
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
İstinadlar
- "Bu kəndlər də işğaldan azad edildi - Prezident elan etdi". qafqazinfo.az (azərb.). 28 oktyabr 2020. İstifadə tarixi: 28 oktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427