Wikipedia
Firuz Səxavət
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Firuz Əmirxan oğlu Məmmədov (d. 23 avqust, 1972, Ağdam) — xanəndə, muğam ustası. Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır.
Firuz Səxavət (Firuz Məmmədov) | |
---|---|
Firuz Əmirxan oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Abdal-Gülablı |
Fəaliyyəti | xanəndə |
Həyatı
Firuz Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.
- 1979-1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır.
- 1985-1990-cı illərdə ilk musiqi təhsilini Xan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur.
- 1984-1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir.
- 1990-1992-ci illərdə Hərbi xidmət keçmişdir.
- 1994-1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır.
- 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
- 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir.
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən "Qarabağ xanəndələri" adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrdə Firuz Səxavətin də ifası daxil edilmişdir.
Xarici keçidlər
Firuz Səxavətin ifaları
- Bayatı- Şiraz Qarabag xanendeleri - musiqi albomu
- Ay qız
- Səhər-səhər
- Təsnif, Nəzakət Teymurova ilə duet
- Olmaz-olmaz deyirsən
- [1]
Mənbə
- FEHRUZ MƏMMƏDOV (SƏXAVƏT)[ölü keçid]
- "QARABAĞ XANƏNDƏLƏRİ" LAYİHƏSİ