Wikipedia
5 noyabr
Oktyabr – Noyabr – Dekabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
5 noyabr — Qriqorian təqvimi ilə ilin 309-cu günü (uzun illərdə 310-cu). İlin sonuna 56 gün qalır.
Əhəmiyyətli hadisələr
- 1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatmışdır.
- 1912 — Vudro Vilson ABŞ-ın prezidenti seçilmişdir.
- 1913 — Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir.
- 1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilmişdir.
- 1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilmişdir.
- 1940 — Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilmişdir.
- 1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilmişdir.
- 1952 — Dvayt Eyzenhaver ABŞ-ın prezidenti seçilmişdir.
- 1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulmuşdur.
- 1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır.
- 1968 — Riçard Nikson ABŞ-ın prezidenti seçilmişdir.
- 1970 — Mülki təyyarə "Concorde 001" səs baryerini keçmişdir.
- 1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırmışdır.
- 1996 — Bill Klinton ABŞ-ın prezidenti seçilmişdir.
- 1996 — Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılmışdır.
- 2005 — Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
- 2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
- 2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
- 2008 — Barak Obama ABŞ Prezidenti seçilmişdir.
Doğumlar
- 1948 — Baba Pünhan, azərbaycanlı şair, qəzəlxan.
- 1952 — Vilayət Quliyev, Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri.
- 1959 — Brayan Adams, kanadalı rok musiqisi ulduzu, müğənni, bəstəkar və fotoqraf.
Ölümlər
- 2002 — Eldəniz Zeynalov, azərbaycanlı aktyor (d. 1937).