Wikipedia
Emil Musayev
Emil Musayev (tam adı: Emil Vurğun oğlu Musayev; 2 oktyabr 1989, Bakı) — Azərbaycanlı aktyor, ssenarist, blogger, aparıcı, Planet Parni iz Baku KVN teatrının aktyoru, 2-ci Qarabağ müharibəsinin iştirakçısı.
Emil Musayev | |
---|---|
azərb. Emil Vurğun oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Aktyor • Ssenarist • Blogger • Aparıcı |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Mükafatları | |
IMDb | ID 10471346 |
emilmusayev.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və karyerası
Emil Musayev 2 oktyabr 1989-cu ildə Bakıda anadan olub. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra kompüter texnologiyaları ixtisası üzrə Azərbaycan Texniki Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra isə 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Emil Musayev həmçinin də sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı döyüşlərə qatılmışdır.
- Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Musayev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
- Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Musayev "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəaliyyəti
- 2008-ci ildən Azərbaycan Texniki Universitetinin Şən və Hazırcavablar Klubunda çıxış etməyə başlayıb.
- 2010-cu ildə Space televiziyasında yayımlanan Yumor Kuboku yarışmasında iştirak edib.
- 2011-ci ildə Planet Parni iz Baku KVN teatrına dəvət alıb.
Filmoqrafiya
Aşağıdakı layihələrdə rol almışdır:
- 2011-ci ildə teatrın "10line yubiley"
- 2013-cü ildə "Hər gün sirk"
- 2014-cü ildə "Analoqu olmayan"
- 2015-ci ildə "Hamı avroppalara"
- 2016-cı ildə "İdeal milli yumor"
- 2017-ci ildə "TV-yə giriş qadağandır"
- 2018-ci ildə "Nataşa tı prişol?"
- 2019-cu ildə isə "Nataşa mı prişla" adlı solo konsertlərində çıxış edib
- 2019-cu ildə "Məhəllə 3"
- 2020-ci ildə "Ağanatiq" filmlərində rol almışdır
"Zarafat Zarafata" və "Zarafat+" layihələrinin ideya müəllifi və rəhbəridir.
- 2015-ci ildə "Bizim Əhməd haradadır?" serialında
- 2016-cı ildə "Ölülər XXI əsr"
- 2018-ci ildə "Bəxt üzüyü 2 "
- 2019-cu ildə isə "Məhəllə 3" filmlərində çəkilib.
- 2019-2020 İctimai Televiziyada yayımlanan "Bizim restoran" serialı
- 2019-cu ildə "Report" İnformasiya Agentliyi, "Cinemazadeh" studiyası, "Bakı Media Mərkəzi", "CinemaPlus" kinoteatrlar şəbəkəsi, "Azad Azərbaycan" teleradio yayım şirkəti və "CBC" telekanalı tərəfindən "Siqaret çəkmə, kino çək!" mövzusunda film müsabiqəsi elan edilib. Emil Musayevin müsabiqəyə təqdim etdiyi "Siqaret öldürür" adlı filmi 92 film arasında 3-cü yerə layiq görülüb.
Təltif və mükafatları
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı
Həmçinin bax
İstinadlar
- "Qarabağda döyüşən aktyor Emil Musayev: "Deyirdilər sən burada nə edirsən?" - VİDEO". baku.ws (azərb.). Baku.ws. 19 noyabr 2020.
- "Qarabağda döyüşən aktyor Emil Musayev: Hər şeyi ikinci plana atdıq..." milli.az (azərb.). milli.az. 19 noyabr 2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ""Ölülər XXI əsr" filminin premyerası olub". azertag.az (azərb.). Azertac. 22 sentyabr 2016.
- . kinoafisha.az (azərb.). Kinoafisha. 1 fevral 2018. 2020-02-19 tarixində orijinalından arxivləşdirilib.
- ""Siqaret çəkmə, film çək!" mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib". report.az (azərb.). Report. 3 iyul 2018.
- "Определились победители конкурса короткометражных фильмов на тему "Не кури, сними фильм!"". report.az (rus). Report. 3 iyul 2018.
Xarici keçidlər
- Emil Musayev rəsmi saytı
- Rəsmi Facebook səhifəsi
- Rəsmi Instagram hesabı
- Rəsmi YouTube kanalı