Dolu (film, 2012)
Dolu tammetrajlı bədii döyüş filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər.
Dolu | |
---|---|
Janr | döyüş müharibə |
Rejissor | Elxan Cəfərov |
Prodüser | Müşfiq Hətəmov |
Ssenari müəllifi | Aqil Abbasov |
Baş rollarda | Məmməd Səfa Rza Rzayev Elvin Əhmədov Fuad Poladov Gülzar Qurbanova Şamil Süleymanlı Fərhad İsrafilov Rövşən Ağayev Cavanşir Hadıyev Şahmar Qəribli Vüqar Vəlixanov Vüsal Murtuzəliyev |
Operator | Nadir Mehdiyev |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 2 avqust 2012 |
Filmin növü | tammetrajlı bədii film |
Rəng | rəngli |
Vaxt | 84 dəq |
Büdcə | 1,3 milyon manat 1,5 milyon manat |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2012 |
Texniki məlumat | 35 mm |
IMDb | ID 3961690 |
Məzmun
Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir.
Film haqqında
- Film aktyor Mayak Kərimovun kinoda son işidir.
- Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir.
- Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib.
- Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
- Filmdə coğrafi məkan kimi Şəmkir, Ağdam, İsmayıllı, Ağcabədi, Sumqayıt, Sumağallı, Bakı və Xızı seçilib.
- Filmin nümayişi 6 dekabr 2012-ci ildə Rusiyanın Ryumina adına Folklor Mərkəzində, 21 yanvar 2013-ci ildə Gürcüstanın "Amirani" kinoteatrı, Azərbaycanda Bakıda, Qaxda, Balakəndə nümayiş etdirilmişdir.
- Filmin büdcəsi 1,3 milyon və 1,5 milyon manatdır.
Festivallar və mükafatlar
Filmin üzərində işləyənlər
Əsərin müəllifi: Aqil Abbas
Rejissor: Elxan Cəfərov
Ssenari müəllifi: Aqil Abbasov
Operator: Nadir Mehdiyev
Prodüser: Müşfiq Hətəmov
Rəssam: Rafiq Nəsirov
Bəstəkar: Polad Bülbüloğlu
Montaj: Elşad Rəhimov
Musiqi redaktoru: Rauf Əliyev
Redaktor: Ramiz Fətəliyev
Rejissorlar: Əliqulu Səmədov
Geyim üzrə rəssam: Elfira Hüseynova
Geyim üzrə rəssam assistenti: Tatyana Mixaylıçova
Qrim üzrə rəssam: Berta Roqova
Qrim ustası: Rafael Baxışov
Səs texniki: Kamal Məmmədov
Mətnin düzümü: Elxan Pərvizoğlu
Rejissor qrupu: Əsmər Əliyeva,Cabir Hacıyev,Asif Ağayev,Vüsalə Məmmədova
Operatorlar: Tarıverdi Tarıverdiyev,Asif Şirəliyev
Operator assistenti: Nahid Namazov
Fokus pullar: Zaza Somaya,Qoça Brolaşvili,Erekli Sxelişvili
Dolly: Georgi Zakaidze
Kamera mexaniki və stedikam: David Odişariya
Operator kranı: Emin Yəhyayev,Rufiz Paşayev,Bəhram Bəhramov
Dekor rəssamı: Kamal Qarayev
Quruluşçu rəssam assistentləri: Günel Zeynalova,Həbib Mustafayev
Playbock: Elgün Əzimov
Kompüter qrafikası: İqrar Əşrəfzadə
Sinxron səslər: Əliqulu Səmədov
Çalır: Rusiya Dövlət Simfonik Kinematoqrafiya Orkestri
Dirijor: S. Klik
Musiqi yazılışı üzrə səs rejissoru: Rafiq Rəhimov
Foto rəssamı: Babək Quliyev
İşıq ustası: Tahir Bağırov
İşıqçılar: Əliağa İbrahimov,Şəmsi Qədirov,Mixail Ramişvili
Rollarda
- Məmməd Səfa – komandir
- Rza Rzayev — Drakon
- Elvin Əhmədov – Pələng
- Fuad Poladov – katib
- Gülzar Qurbanova – Pələngin anası
- Şamil Süleymanlı – müəllim
- Fərhad İsrafilov – milis rəisi
- Rövşən Ağayev – Azərbaycan döyüşçüsü
- Cavanşir Hadıyev – Azərbaycan döyüşçüsü
- Faiq Kərimoğlu – Azərbaycan döyüşçüsü
- Vüqar Vəlixanov – Azərbaycan döyüşçüsü
- Oqtay Quliyev – baza müdiri
- Şahmar Qəribli – baş mühasib
- Sərdar İsgəndərov – Şelli Eldar
- Vüsal Murtuzəliyev – jurnalist
- Əjdər Zeynalov – Levon
- Namis Şirməmmədov – Aram
- Ramin Şıxəliyev – Musanın qardaşı
- Anar Səfiyev – batalyon növbətçisi
- Corc Qafarov – Qeyrət
- İntiqam Soltan – şair
- Rza Məmmədov – BTR-in zabiti
- Əlisurət Məmmədov – polkovnik
- Asif Rəhimov – referent
- Cahid Əmiraslanov – molla
- Habil Xanlarov – erməni döyüşçüsü
- Ceyhun Məmmədov – erməni döyüşçüsü
- Emil Məhərrəmov – erməni döyüşçüsü
- Anar Heybətov – zabit
- İlqar Musayev – çavuş
- Vüsal Mustafayev – döyüşçü
- Səmayə Nəbiyeva – "N" kəndində qadın
- Mayak Kərimov – həbsxana rəisi
- Süleyman Xəlilov – yaşlı kişi
- Elşad Mitəlov – həkim
- Sərdar Rüstəmov – erməni
- Vüsalə Məmmədova – erməni qızı
- Sadıq Əhmədov – dustaq
- Vaqif Kərimov – dustaq
- Rəzzaq Məmmədov – dustaq
- Ələsgər Qurbanəliyev – dustaq
- Aydın Əliyev – dustaq
- Nadir Bəhruzoğlu
- Natəvan Qeybullayeva
- Nurcan xatun Nağıyeva
- Behruzə Şirinova
- Neman Musayev
- Bəhruz Süleymanov
- Filmi səsləndirənlər:
- Rəşid Səməndər — Drakon (Rza Rzayev) (titrlərdə yoxdur)
- Ruslan Ağa — Azərbaycan döyüşçüsü (Rövşən Ağayev) (titrlərdə yoxdur)
- Əhliman Ərşadlı — Azərbaycan döyüşçüsü (Cavanşir Hadıyev) (titrlərdə yoxdur)
- Cəlal Məmmədov — Azərbaycan döyüşçüsü (Faiq Kərimoğlu) (titrlərdə yoxdur)
- Şəhla Əliqızı — erməni qızı (Vüsalə Məmmədova) (titrlərdə yoxdur)
- Elxan Cəfərov — tərcüməni oxuyan (titrlərdə yoxdur)
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- Freebase Data Dumps — Google.
- "Dolu"nun KADRARXASI: "O səhnədə heç kim özünü saxlaya bilmədi" — FOTO
- ↑ Məmmədli, C. Real gerçəklik və bədii həqiqətin harmoniyası: Yaxud bitməmiş bir film haqqında düşüncələr: [Elxan Cəfərovun “Dolu” filmi haqqında] //525-ci qəzet.- 2015.- 25 iyul.- S.14-15; Ədalət.- 2015.- 29 iyul.- S.3; 30 iyul.- S.4.
- Rza Rzayev: “Biz bir-birimizə “sevirəm” deyə bilmədik”: [“Dolu” filminin qəhrəmanı Rza Rzayevlə müsahibə] //Ədalət.- 2012.- 20 dekabr.- S.8.
- Elbrus. “Məğlubiyyət haqqında qələbə filmi”. //Azad Azərbaycan.-2012.- 14 avqust.- səh. 7.
- "Mədəniyyət xəbərləri — TTV; 09.04.16". İstifadə tarixi: 2016-04-10.
- “Dolu” filmi Rusiyada təqdim olunub: [rejissor Elxan Cəfərovun eyniadlı filmi] //Mədəniyyət.- 2012.- 12 dekabr.- S. 10.
- Moskva “Dolu”ya inandı: [rejissor Elxan Cəfərovun “Dolu” filminin təqdimatı keçirilib] //Ədalət.- 2012.- 8 dekabr.- S.3.
- Osmanova, A. Moskvada “Dolu” filminin təqdimatı keçirilib: [Aqil Abbasın romanı əsasında rejissor Elxan Cəfərovun Qarabağ müharibəsinə həsr olunmuş eyniadlı filminin L.Ryumina Folklor Mərkəzində təqdimatı] //Mərkəz.- 2012.- 8 dekabr.- S.14.
- “Dolu” Qaxda nümayiş olunub: [Qax rayon Mədəniyyət evində quruluşçu rejissor Elxan Cəfərovun eyniadlı filmi nümayiş etdirilmişdir] //Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.
- Balakənli gənclər “Dolu” filminə tamaşa ediblər: //Mədəniyyət.- 2015.- 2 sentyabr.- S.11.
- "Dolu" filminin büdcə qalmaqalı
- Qarabağ savaşı haqda film necə alınıb?
- "Zirvə"nin təqdimatı olub[ölü keçid]
- Rzayev, R. “Artıq iki nəfərik — həm Rzayam, həm Drakon”: Aktyor Rza Rzayev: Nəfsim rejissor olmağımı istəyir: [rejissor Elxan Cəfərovun çəkdiyi “Dolu” filmində Drakon rolunun ifaçısı ilə müsahibə] /müsahibəni apardı Ulduzə Qaraqızı //Ekspress.- 2014.-4-8 oktyabr.- S.21.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər
Filmi izlə