Wikipedia
Göydərə (Qobustan)
Göydərə — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.
Göydərə | |
---|---|
40°25′06″ şm. e. 48°56′36″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qobustan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 518 (2009) nəfər |
Tarixi
- Kənd 1899-cu ildə yaradılmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidindəki Göydərə kəndi coğrafi mövqeyinə görə il boyu başı qarlı Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəyindəki Gicəki dağı (Gicəki d., 1047 m) zirvəsinin qərbində yerləşir. Göydərə kəndi insan sağlamlığı üçün vacib olan son dərəcə rütubətsiz və əlverişli quru iqlim şəraitinə malikdir. Dəmyə torpaqlara və geniş otlaq sahələrinə malik olan kənddə əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur.
Tanınmışları
- İlqar Məmmədov—riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri.
- Telman Güləliyev—biologiya elmləri namizədi.
- Ağaseyid Camalov—cərrah.
- Vəli Vəliyev—iqtisad elmləri namizədi.
Din
Kənddə Göydərə kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qobustan Rayon İcra Hakimiyyəti
İstinadlar
Qobustan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (azərb.)