Bəybala Əliyev
Bəybala Fazil oğlu Əliyev (22 oktyabr 1996; Səbətkeçməz, Gədəbəy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin matrosu (dənizçi), Vətən müharibəsinin şəhidi.
Bəybala Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Səbətkeçməz, Gədəbəy rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Səbətkeçməz, Gədəbəy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 2013—2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri |
Həyatı
Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub. 2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Bəybala Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi hərbi xidmətdə olub. 2016-cı ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında "matros" (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin matrosu olan Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
- (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
İstinadlar
- Müdafiə Nazirliyi (22.01.2021). "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı (24.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- Normativ hüquqi sənədlərin vahid internet bazası (15.12.2020). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi (04.06.2021). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.05.2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (azərb.)). 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.