Wikipedia
3 sentyabr
Avqust – Sentyabr – Oktyabr | ||||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 |
3 sentyabr — ilin 246-cı günü (uzun illərdə 247-ci). 2017-ci İlin sonuna 119 gün qalır.
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
- 1260 – Ərəblər və məmlüklər arasında Ayn-Cəlut döyüşü baş vermişdir.
- 1588 – Gəncə qalası tikdirilib.
- 1683 – Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanmışdır
- 1783 – Britaniya ABŞ-ın müstəqilliyini tanımışdır
- 1783 – Qambiya İngiltərənin tabeliyinə keçmişdir
- 1791 – Fransada ilk konstitusiya qəbul olunmuşdur
- 1843 – ilk yunan konstitusiyası qəbul olunmuşdur
- 1859 – Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir
- 1869 – İstanbulda yeni nəqliyyat növü – konka istifadəyə verilmişdir
- 1897 – Bazeldə beynəlxalq sionist təşkilatının ilk qurultayı keçirilmişdir
- 1912 – Londonda dünyanın ilk konserv zavodu istifadəyə verilmişdir
- 1914 – Hərb tarixində ilk dəfə alman sualtı qayığı ingilis gəmisini batırmışdır
- 1914 – Amerikalı Meri Felips ilk büstqalteri hazırlamışdır, 1915-ci ildə isə onu patentləşdirmişdir
- 1928 – Aleksandr Fleminq penisillini kəşf etmişdir
- 1933 – Sovet alpinisti Yevgeni Abalakov Pamirin ən yüksək zirvəsinə – Stalin pikinə (7 495 metr) qalxmışdır
- 1939 – İkinci dünya müharibəsi: ABŞ öz neytrallığını elan etmişdir
- 1943 – İkinci dünya müharibəsi: İtaliya təslim olmuşdur
- 1944 – İkinci dünya müharibəsi: Brüssel faşist qoşunlarından azad edilmişdir
- 1952 – Türk bayrağı Ağrı dağının zirvəsinə sancılmışdır
- 1962 – İranda zəlzələ nəticəsində 12 000 nəfər həlak olmuşdur
- 1967 – İsveçrədə sağtərəfli hərəkətə keçilmişdir
- 1971 – Qərbi Berlinin statusuna dair SSRİ, ABŞ, Fransa, İngiltərə dördtərəfli sazişi imzalanmışdır
- 1978 – Viking-2 zondu Marsa enir
- 1995 – eBay saytı yaranmışdır
- 1996 – ABŞ İraq hərbi obyektlərinə zərbələr endirmişdir
- 2000 – Rafik Əl-Həriri Livanın baş naziri seçilmişdir
- 2004 – Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olmuşdur
- 2008 – Nikaraqua prezidenti Daniel Orteqa Abxaziya və Osetiyanın "müstəqilliyini" tanımışdır
- 2016 – Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı yaradılıb - ƏSA Teatrı
Azərbaycanda olan hadisələr
Doğumlar
- 1034 – Yaponiya imperatoru Qo-Sanco (ö. 1073)
- 1693 – Çarlz Redklif – Britaniyalı siyasətçi (ö. 1746)
- 1810 – Pol Keyn – Kanada rəssamı (ö. 1871)
- 1869 – Fritz Preql – sloven kimyaçı, Nobel mükafatı laureatı (ö. 1930)
- 1875 – Ferdinand Porşe – avstriyalı avtomobil mühəndisi (ö. 1951)
- 1897 – Salli Benson – amerikan yazıçısı (ö. 1972)
- 1899 – Frank Makfaleyn Börnet – Avstraliya bioloqu, Fiziologiyada və ya Tibbdə Nobel mükafatçısı (ö. 1985)
- 1900 – Moris Dobb – Britaniyalı iqtisadçı (ö. 1976)
- 1900 – Urho Kekkonen – fin siyasətçi (ö. 1986)
- 1905 – Karl Devid Anderson – amerikan fiziki, Nobel mükafatı laureatı (ö. 1991)
- 1908 – Lev Semyonoviç Pontryagin – rus riyaziyyatçısı (ö. 1988)
- 1925 – Benqt Lindström – İsveç artisti (ö. 2008)
- 1925 – Hank Tompson – amerikan müğənnisi (ö. 2007)
- 1938 – Ryoji Noyori – yapon kimyaçısı, Nobel mükafatı laureatı
- 1941 – Sergey Dovlatov – rus yazıçısı (ö. 1990)
- 1958 – İlham Əsgərov – Azərbaycan teatr və kino aktyoru.
- 1965 – Çarli Şin – amerikan aktyoru
- 1966 – Vladimir Rıjkov – rus siyasətçisi
- 1969 – Con Fugelsanq – amerikan aktyoru
- 1970 – Qaret Souzgeyt – ingilis futbolçu
- 1973 – Cennifer Peyc – amerikan müğənnisi
- 1976 – Aşley Cons – amerikan aktrisası
- 1989 – Gusttavo Lima – Braziliya müğənnisi, söz yazarı
- 2005 – Ağayev Kərim – Vikipediya istifadəçisi və yazıçısı
Ölümlər
- 1592 – Robert Qrin – ingilis yazıçısı (d. 1558)
- 1658 – Oliver Kromvel – İngiltərənin lord-protektoru (d. 1599)
- 1662 – Vilyam Lental – ingilis siyasətçi (d. 1591)
- 1722 – İvan Skoropadski – Ukraynanın getmanı (d. 1646)
- 1866 – Konstantin Flavitski – rus rəssamı (d. 1830)
- 1883 – İvan Turgenyev – rus yazıçısı (d. 1818)
- 1893 – Ceyms Harrison – şotland əsilli ixtiraçı (d. 1816)
- 1948 – Edvard Beneş – Çexoslovakiyanın prezidenti (d. 1884)
- 1974 – Harri Patç – amerikan bəstəkarı (d. 1901)
- 1991 – Frenk Kapra – amerikan rejissoru (d. 1897)
- 2007 – Stiv Rayan – amerikan aktyoru (d. 1947)
- 2007 – Albrext Karter – Musiqiçi (d. 1973)