Bizim Cəbiş müəllim (film, 1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir.
Bizim Cəbiş müəllim | |
---|---|
rus. Я помню тебя, учитель | |
Janr | dram müharibə |
Rejissor | Həsən Seyidbəyli |
Ssenari müəllifi | Maqsud İbrahimbəyov |
Baş rollarda | Süleyman Ələsgərov Şəfiqə Məmmədova Muxtar Maniyev Səfurə İbrahimova Ziya Seyidbəyli Nəsibə Zeynalova Əliağa Ağayev Aqil Ağacanov |
Operator | Arif Nərimanbəyov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Məmməd Hüseynov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 30 dekabr 1969 |
Filmin növü | tammetrajlı bədii film |
Rəng | ağ-qara |
Vaxt | 72 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1969 |
Texniki məlumat | 8 hissə 2098 metr |
IMDb | ID 4263882 |
Məzmun
Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.
Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
Film haqqında
Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib.
Festival və mükafat
1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir.
Rollarda
- Süleyman Ələsgərov — Cəbiş
- Şəfiqə Məmmədova — Cəbişin arvadı
- Muxtar Maniyev — Nəcəfov
- Səfurə İbrahimova — Nəcəfovun arvadı
- Ziya Seyidbəyli — Namiq
- Nəsibə Zeynalova — Suğra xala
- Əliağa Ağayev — Əbülfəz
- Aqil Ağacanov — Makedon
- Svetlana Morşinina — Tanya
- Cahangir Novruzov — Rəsulov
- Fazil Salayev — Mıqqı
- Məryəm Seyidbəyli — Şəfiqə
- Hamlet Xanızadə — Kapitan
- Kamil Qubuşov — Müəllim
- Cabbar Əliyev — Müəllim
- Məmmədrza Şeyxzamanov — Poçtalyon
- Sona Aslanova — Ana
- Ş. Bağırova
- Süsən Məcidova — Makedonun anası
- Məmməd Sadıqov — Səngər qazan
- Tələt Rəhmanov
- Eldəniz Zeynalov — Qulam
- Sofya Bəsirzadə — Həkim
- Ağahüseyn Cavadov — Neft satan
- Vladimir Otradinski — Qaçqın
- N. Sorin
- A. Yakovlev
- Nina Sarnatskaya — Qaçqın qadın
- Vera Şirye — Həkim
- Əliheydər Həsənzadə — Tanyanı gətirən
- İ. Şaqulina
- Mehdi Seyidbəyli — Cəbişin oğlu
- Sədaqət Zülfüqarova
- Əli Xəlilov — Məhəllə sakini
- Bahadur Əliyev — Alverçi
- Filmi səsləndirənlər:
- Həsən Turabov — Əsgər (titrlərdə yoxdur)
- Məmmədsadıq Nuriyev — Qaçqın (titrlərdə yoxdur)
- Dadaş Kazımov — Qaçqın (titrlərdə yoxdur)
- Amaliya Pənahova — Tanya (Svetlana Morşinina)(titrlərdə yoxdur)
- Bahadur Əliyev — Əsgər (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Namiq (Ziya Seyidbəyli )(titrlərdə yoxdur)
İstinadlar
- Я помню тебя, учитель — Kinopoisk.ru
- Müharibə dövründən danışan mükəmməl sənət əsəri: “Bizim Cəbiş müəllim”ə çəkilmək üçün Makedon şərt qoydu: [rejissor Həsən Seyidbəylinin eyniadlı filmi haqqında rejissor Əbdül Mahmudbəyovun fikirləri] //Azadlıq.- 2014.- 8 sentyabr.- S. 14.
- ↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 66-67
Mənbə
- Əzimzadə, Y. “Bizim Cəbiş müəllim” [Resenziya] //Ədəbiyyat və incəsənət.- 1970.- 11 aprel.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 287; 383.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 142-143; 145; 182.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər
- Filmi izlə
- Filmin musiqiləri (video)
- Filmin musiqiləri (audio)