Ağdərə
Ağdərə — Azərbaycan Respublikasının qərbində, Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər. Keçmiş Ağdərə rayonunun mərkəzi.
Ağdərə | |
---|---|
40°12′55″ şm. e. 46°48′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 453 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 10 200 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+994) 246 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 59 |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimi
Ağdərə XIX əsrin I yarısında qonşu Qasapet kəndindən cıxmış erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır.
Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı. Şahbuz, Şamaxı və Ordubad rayonlarında Ağdərə adları ilə mənaca eynidir.
Ümumi məlumat
Tərtər-İstisu avtomobil yolunun kənarındadır. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən isə Ağdərə adlanıb. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Ağdərə şəhəri və Şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir.
Tarixi
Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını 1923-cu ildən Crabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, qəsəbə isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır.
Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən Ermənistan ordusu 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal etmişdi.
Əhalisi
1989-cu il siyahıyaalınmasına əsasən şəhərdə 8.325 nəfər (4.018 nəfəri kişilər, 4.307 nəfəri qadınlar) əhali yaşayırdı.
Tarixi abidələr
Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz Alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir).
İqtisadiyyatı
İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.
Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasindakı, Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.
80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
Görüntülər
Həmçinin bax
İstinadlar
- https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/demoqraphy_2019.zip
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- Ağdərə əməliyyatından 16 il ötür[ölü keçid]
- Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц,городских поселений и городских районов по полу
- http://stat-nkr.am/files/publications/2015/LXH_tverov_2015.pdf