Ayşə Hümaşah Sultan
Ayşə Hümaşah Sultan (Osmanlı türkcəsi: هوما شاه سلطان عائشة هانم) — I Süleymanın və Xürrəm Sultanın yeganə qızı Mihrimah Sultanın və əri sədrəzəm Rüstəm Paşanın qızıdır.
Ayşə Hümaşah Sultan | |
---|---|
هوما شاه سلطان عائشة هانم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Rüstəm Paşa |
Anası | Mihrimah Sultan |
Həyat yoldaşları | Şəmsi Əhməd Paşa Nişançı Firidun bəy |
Uşaqları | Sultanzadə Əbdürrəhman bəy Sultanzadə Mehmed bəy Sultanzadə Şəhid Mustafa Paşa Sultanzadə Osman bəy Saliha Sultan |
Həyatı
Ayşə Hümaşah Sultan 1541-ci ildə İstanbulda dünyaya gəlmişdir. Uşaqlıq illərini balaca qardaşı Sultanzadə Osman bəylə anası Mihrimah Sultan və atası Rüstəm Paşanın yanında keçirmişdir.
Babası I Süleymanın son səfəri olan Zigetvar səfərinin ardından ilk nigahı sədrəzəm Şəmsi Əhməd Paşa ilə bağlanmışdır. Bu evlilikdən 4 oğlu dünyaya gəlmişdir.
Əhməd Paşanın vəfatının ardından 10 aprel 1582-ci ildə təntənəli bir mərasimlə Nişançı Firidun bəy ilə evlənən Ayşə Hümaşah Sultanın bir qızı da dünyaya gəlmiş və bir il sonra təkrar dul qalmışdır.
1594-cü ildə oğlu ilə həccə gedən Ayşə Hümaşah Sultan ziyarətdən döndükdən sonra Üsküdardakı sarayında vəfat etmişdir. Cənazəsi ikinci əri Nişançı Firidun bəyin Əyyubsultandakı türbəsinə dəfn edilmişdir.
Övladları
- Sultanzadə Əbdürrəhman bəy - Cığalızadə Yusif Sənan Paşanın qızı ilə evlənmiş və bu nigahdan Sultanzadə Mehmed Paşa dünyaya gəlmişdir.
- Sultanzadə Mehmed bəy (ö. 22 iyun 1593) - Bosniya hakimi Telli Həsən Paşanın dönəmində Herseqovina sancaqbəyi kimi fəaliyyət göstərmişdir. Avstriya ilə çıxan çatışmalarda şəhid olmuşdur.
- Sultanzadə Şəhid Mustafa Paşa - Dalmasiya sancaqbəyi olmuşdur.
- Sultanzadə Osman bəy (ö. 1590) - Məzarı Mihrimah Sultan məscidindədir.
- Saliha Sultan
Mənbə
- . 2017-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.