Zeyvə (Goranboy)
Zeyvə — Azərbaycan Respublikasının Goranboy rayonunun Zeyvə kənd inzibati ərazi dairəsində kənd.
Zeyvə | |
---|---|
40°27′35″ şm. e. 46°40′59″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1914 (2009) nəfər |
Toponimikası
Kənd Goran çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. İnqilabdan əvvəl Azərbaycanda Zeyvə adlı 10 kənd olmuşdur. Zeyvə ərəb dilindəki zaviyə sözündən olub, “hücrə”, “ibadətgah”, “künc”, “bucaq”, “guşə” mənalarında işlənir. Müəyyən dövrlərdə, o cümlədən Səfəvilər dövründə ruhanilər imtiyazlı zümrələrdən hesab olunurdu. Kürdəxanıda Əxizaviyəsi (XV əsr), Bibi- heybət Zaviyəsi (XVII əsr) həmin dövrün yadigarlanndandır. Zeyvə adlı məntəqələr camaatdan kənarda, ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar (onlar zavi- yənişin adlanırdılar) üçün salınmış məntəqələr idi.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1914 nəfər əhali yaşayır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2019). "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (azərb.). stat.gov.az. 2020-04-16 tarixində (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
- Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |