Yusif Bağırzadə
Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006).
Yusif Bağırzadə | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Sələfi | Fuad Muxtarov | ||||||
Xələfi | Arzuxan Əlizadə | ||||||
| |||||||
Sələfi | Etibar Ələsgərov | ||||||
Xələfi | Arzuxan Əlizadə | ||||||
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | Bitərəf (-1998) Azərbaycan Demokrat Partiyası (1998-2003) Azərbaycan Milli İstiqlal Partiyası (2010-2015) | ||||||
Təhsili |
| ||||||
Doğum tarixi | 19 fevral 1961 (60 yaş) | ||||||
Doğum yeri |
Həyatı
Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir.
Siyasi fəaliyyəti
1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur.
1998-ci ildə Yusif Bağırzadə Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının həmsədri seçilməsindən sonra Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.
2003-cü il prezident seçkilərindən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının tərkibinə parlamentdənkənar siyasi partiyaların da iştirakının təmini səbəbi ilə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Müsavat Partiyası tərəfindən üzvlər irəli sürülmüşdür. Azərbaycan Demokrat Partiyası əsas üzvlüyə Yusif Bağırzadə təqdim olunmuşdur. 13 iyun 2003-cü ildə təqdim olunan üzvlər təsdiqlənmiş və Yusif Bağırzadə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. 2005-ci il seçkilərindən sonra səlahiyyətləri sona çatsa da yeni tərkib 7 fevral 2006-ci ildə seçilmişdir.
Daha sonra Yusif Bağırzadə bitərəf olaraq siyasətə davam etmişdir.
2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. Yusif Bağırzadə AMİP-ə üzv olmaq üçün Siyasi Şuraya özü müraciət etmişdir. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə çıxarılıb.
2010-cu ilin 10 iyul tarixində Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə partiya sədri seçilmişdir. 27 oktyabr 2015-ci il tarixində parlament seçkilərinə 5 gün qalmış sədr postundan və partiyadan istefa verən Yusif Bağırzadə siyasətdən getdiyini elan etmişdir.
Ailəsi
Evlidir, 1 övladı var
Mənbə
- Azərbaycan Respublikası Milli Məclisinin rəsmi saytında Yusif Bağırzadə
- "Arxivlənmiş surət". 2021-05-02 tarixində . İstifadə tarixi: 2021-05-02.
- "Arxivlənmiş surət". 2021-04-27 tarixində . İstifadə tarixi: 2021-05-02.
- "Arxivlənmiş surət". 2021-05-02 tarixində . İstifadə tarixi: 2021-05-02.